Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
Cəmiyyət 29 İyul 2026, 15:35
394
Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub.
Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
Həmçinin oxuyun
Eyni zamanda heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu,Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"ADY Mobile" yeni rekorda imza atdı
"Azərbaycan Dəmir Yolları" QSC-nin "ADY Mobile" mobil tətbiqinin istifadəçilərinin sayı 500 minə çatıb.Bu barədə Citypost.az səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış ola, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə biletlərini asanlıqla əldə edə, eyni anda bir neçə nəfər üçün bilet ala və biletləri PDF formatında ailə üzvləri və yaxınları ilə paylaşa bilirlər.Qeyd edilib ki, son illərdə "ADY Mobile" üzərindən ölkədaxili istiqamətlər üzrə bilet satışlarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabr ayında tətbiq vasitəsilə əldə olunan biletlər ümumi satışın 11 %-ni təşkil etdiyi halda, 2026-cı ilin iyun ayında bu...
29 İyul 2026, 16:47
Elnur Azadxanov vəzifəsini itirdi
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tutduğu vəzifədən azad edilib.Citypost.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.Qeyd edək ki, Elnur Azadxanov 2023-cü ildə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilmişdi.
29 İyul 2026, 16:36
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında...
29 İyul 2026, 16:18
Xankəndi Dram Teatrında bərpa işləri davam edir
Hazırda 3 abidənin bərpası gedir. Bunlar Xankəndi Dram teatrı, Lənkəran dairəvi qalası və Çıraqqaladır.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Bərpası bitən abidə isə Kiçik Mərdəkan qəsridir.
29 İyul 2026, 16:08
Sahibə Qafarova Efiopiya Palatasının sədri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, Aqeqnehu Teşager Azərbaycanın Efiopiya üçün çox mühüm bir ölkə olduğunu söyləyərək, xüsusilə Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da gücləndiyini bildirib.Federasiya Palatasının sədri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasınınAzərbaycanın uğuru olduğunu söyləyərək, ölkəmizin inkişafı, qazandığı nailiyyətlərin dost Efiopiyada diqqətlə izlənildiyini bildirib.Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu söyləyib və münasibətləri daha da dərinləşdirmək üçün böyük potensial...
29 İyul 2026, 16:00
Ceyranbatan–Maştağa xətti yenilənir
Ceyranbatan–Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.Bu barədə Citypost.az-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Məlumata görə, xəttin 6-cı kilometrində diametri 1 200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.Bildirilib ki, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib:"Hazırda təmir-bərpa işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili şəbəkəyə veriləcək"....
29 İyul 2026, 15:19