Tahir Əmiraslanovdan izləyicilərinə xəbərdarlıq
Cəmiyyət 29 İyul 2026, 11:25
429
Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) sabiq baş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial şəbəkələrdə davranış qaydaları ilə bağlı fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, tanınmış aşbaz bildirib ki, şəxsi səhifəsi onun evi kimidir və bu sosial "evinə" hər kəs xoş gəlib.
Tahir Əmiraslanov qeyd edib: "Mənim süfrəm, evim, yeməklərim xoşunuza gələ, yaxud gəlməyə bilər. Bunun üçün postun altında bəyəndim ya bəyənmədim işarəsini qoya bilərsiniz. Amma bu mənim evimdir, kimsə bu evdə, süfrədə tüpürə, ya başqa qonağı təhqir edə bilməz. Əgər mənim süfrəmdə oturan qonağı bəyənmirsinizsə, gedə bilərsiniz. Kimsəyə kobudluq etmədən."
Həmçinin oxuyun
O, həmçinin vurğulayıb: "Bu süfrədə mən qarpız, pendir qoymuşamsa, lütfən mövzunu dəyişib dolmadan, kababdan danışmayın. Kasıbın olanından. Belə hallarda inciməyin, dərhal blok ediləcəksiniz."
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux, Şəkidə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Naxçıvan MR-də narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq...
29 İyul 2026, 13:06
DMX: Azərbaycanda 220 minə yaxın əcnəbi yaşayır
“Bir sıra ölkələrdə qanunsuz miqrasiya ciddi sosial və təhlükəsizlik problemləri yaratsa da, Azərbaycanda vəziyyət nəzarət altındadır".Citypost.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib."Hazırda ölkədə yaşayan əcnəbilərin sayı təxminən 210–220 min nəfər civarındadır. Mövsümdən asılı olaraq bu rəqəm dəyişə bilir. Məsələn, yay aylarında turist axınının artması səbəbindən ölkədə olan əcnəbilərin sayı daha yüksək olur. Bu ümumi göstərici fonunda qanunsuz yaşayan şəxslərin sayı nisbətən azdır və idarəolunan səviyyədə qiymətləndirilir”, - o bildirib....
29 İyul 2026, 12:30
İyulun 30-na hava proqnozu açıqlandı
İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz...
29 İyul 2026, 12:12
Abşeronda 3 aylıq uşaq həyatını itirib
Abşeron rayonunda 3 aylıq uşaq boğulmadan ölüb.APA xəbər verir ki, hadisə ötən gün rayonun Hökməli qəsəbəsində baş verib.Məlumata görə, 3 aylıq S.A. yaşadığı evdən asfiksiyadan (boğulmadan) ölüb.Faktla bağlı araşdırma aparılır.
29 İyul 2026, 12:00
399 nəfər Azərbaycana geri qaytarılıb
"Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib".Citypost.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub:“Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya tədbirinin çarter reysi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.Ümumilikdə isə bu proses davamlı xarakter daşıyır və mütəmadi olaraq həyata keçirilir”....
29 İyul 2026, 11:58
"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib
"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib.Bu barədə Citypost.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.Son olaraq MOİK klubunda forma geyinən müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
29 İyul 2026, 11:52