Qarabağda 2 500-dən çox ev günəş enerjisinə keçib
Cəmiyyət 29 İyul 2026, 10:38
559
Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 13-cü iclası keçirilib.
Bu barədə Citypost.az-a Energetika Nazirliyindən məlumat verilib.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Yaşıl Enerji Zonası” elan edilmiş azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Nazir vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl texnologiyalar və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib və keçirilən monitorinqlərin müsbət dinamikası da bunu bir daha sübut edir.
Ötən iclasdan bəri dövlət başçısının Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, Xocavənd və Laçın rayonlarına səfərləri zamanı təməli qoyulan və istifadəyə verilən yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri barədə məlumat verilib. Bu çərçivədə Şükürbəyli kəndinin, Soltanlı kəndində “Azərenerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının və Laçında su elektrik stansiyalarının açılışının həyata keçirildiyi qeyd olunub.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda günəş elektrik stansiyalarının tikintisi, Kəlbəcər və Laçın rayonlarında özəl sektor hesabına 4 KSES-in inşasının, həmçinin Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədi ilə ölçmə-müşahidə işləri üzrə irəliləyişləri diqqətə çatdırıb. Bildirilib ki, azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.
Həmçinin oxuyun
Sonra Ağdam şəhərində, Xocavənd rayonunun bir sıra kəndlərində, habelə Qırmızı Bazar və Hadrut qəsəbələrində yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticələrinə və Cəbrayıl rayonunun Horovlu, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində vətəndaşların aktiv istehlakçı kimi qeydiyyatının cari vəziyyətinə dair hesabatlar dinlənilib.
Bildirilib ki, ümumilikdə azad edilmiş ərazilərdə indiyədək 2500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8000 kVt-dan çox olan günəş panelləri və 8000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. İşıqlandırma qurğularının 43 faizi, yəni təqribən 3500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Həmçinin elektrik doldurma qurğuları, evlərin və binaların izolyasiyası ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
İclasda yaşayış komplekslərində istilik təminatı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Abşeronda 3 aylıq uşaq həyatını itirib
Abşeron rayonunda 3 aylıq uşaq boğulmadan ölüb.APA xəbər verir ki, hadisə ötən gün rayonun Hökməli qəsəbəsində baş verib.Məlumata görə, 3 aylıq S.A. yaşadığı evdən asfiksiyadan (boğulmadan) ölüb.Faktla bağlı araşdırma aparılır.
29 İyul 2026, 12:00
399 nəfər Azərbaycana geri qaytarılıb
"Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib".Citypost.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub:“Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya tədbirinin çarter reysi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.Ümumilikdə isə bu proses davamlı xarakter daşıyır və mütəmadi olaraq həyata keçirilir”....
29 İyul 2026, 11:58
"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib
"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib.Bu barədə Citypost.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.Son olaraq MOİK klubunda forma geyinən müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
29 İyul 2026, 11:52
Tahir Əmiraslanovdan izləyicilərinə xəbərdarlıq
Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) sabiq baş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial şəbəkələrdə davranış qaydaları ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, tanınmış aşbaz bildirib ki, şəxsi səhifəsi onun evi kimidir və bu sosial "evinə" hər kəs xoş gəlib.Tahir Əmiraslanov qeyd edib: "Mənim süfrəm, evim, yeməklərim xoşunuza gələ, yaxud gəlməyə bilər. Bunun üçün postun altında bəyəndim ya bəyənmədim işarəsini qoya bilərsiniz. Amma bu mənim evimdir, kimsə bu evdə, süfrədə tüpürə, ya başqa qonağı təhqir edə bilməz. Əgər mənim süfrəmdə oturan qonağı bəyənmirsinizsə, gedə bilərsiniz. Kimsəyə kobudluq etmədən."O, həmçinin vurğulayıb: "Bu süfrədə mən qarpız, pendir qoymuşamsa, lütfən mövzunu dəyişib...
29 İyul 2026, 11:25
Rəşadət Xalıqov: Süni intellekt insanı yox, bacarıqsızı əvəz edəcək
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov süni intellektin cəmiyyətə və əmək bazarına təsiri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, son vaxtlar hər kəs süni intellektdən danışır. Kimi onun insanların işini əlindən alacağını, kimi isə gələcəyin artıq gəldiyini deyir. Rəşadət Xalıqovun sözlərinə görə, əslində məsələ çox sadədir: AI heç vaxt insanı əvəz etməyəcək. Amma AI-dan istifadə etməyi bacaran insan, etməyəni mütləq əvəz edəcək.O qeyd edib ki, insan öz ağlını, yəni IQ-sunu süni intellektlə birləşdirəndə tamamilə yeni bir güc yaranır. Günlərlə vaxt aparan, insanı yoran rutin işləri texnologiyaya həvalə etməklə icra sürətini dəfələrlə artırmaq...
29 İyul 2026, 11:23
Ramin Məmmədov Kəlbəcər və Laçından olan vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Komitədən məlumat verilib.Qeyd edilib ki, qəbul avqustun 3-ü saat 11:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində keçiriləcək.Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, [email protected], [email protected]) müraciət etmələri xahiş olunub....
29 İyul 2026, 11:06