Onlayn kredit borcu miras qalırmı?
Hüquq 29 İyul 2026, 10:58
504
Son illər vətəndaşları ən çox maraqlandıran hüquqi məsələlərdən biri də vəfat etmiş şəxsin bank borclarının taleyidir. Xüsusilə onlayn qaydada götürülmüş, zaminsiz və sığortasız kreditlərlə bağlı ailə üzvləri tez-tez sual edirlər: "Yoldaşım vəfat edib,götürdüyü onlayn kredit hələ də bağlanmayıb. Bu borcu mən və ya övladlarım ödəməlidirmi?"
Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, bu məsələdə əsas meyar mirasın qəbul olunub-olunmamasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vəfat etmiş şəxsin varisləri mirası qəbul etdikləri halda, mərhumun borclarına da yalnız qəbul etdikləri mirasın dəyəri həcmində cavabdeh olurlar. Başqa sözlə, varis öz şəxsi əmlakı və ya gəlirləri hesabına borcu ödəməyə məcbur deyil. Onun məsuliyyəti yalnız miras kimi əldə etdiyi əmlakın bazar dəyəri ilə məhdudlaşır.Məsələn, əgər mərhumdan varisə 5 min manat dəyərində əmlak keçibsə, bank həmin varisdən ən çox həmin məbləğ həcmində borcun ödənilməsini tələb edə bilər. Borcun məbləği bundan artıq olsa belə, fərq varisin şəxsi vəsaiti hesabına tələb edilə bilməz.Digər mühüm məqam isə bankın hüquqi prosedurlarıdır. Borcun ödənilməsi üçün bank müvafiq qaydada iddia qaldırmalı və qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidir. Əgər bank uzun müddət heç bir tələb irəli sürməyibsə və ya ölüm faktı ona təqdim olunubsa, bəzi hallarda həmin kredit bank tərəfindən "ümidsiz borc" kimi uçota alına bilər. Bununla belə, hər bir konkret hadisənin hüquqi qiymətləndirilməsi fərdi qaydada aparılır və sənədlər əsasında müəyyən edilir.Ən vacib suallardan biri də budur: mərhumun heç bir əmlakı yoxdursa nə baş verir? Hüquqi baxımdan, əgər vəfat etmiş şəxsdən miras qalan hər hansı daşınar və ya daşınmaz əmlak, pul vəsaiti və ya digər miras predmeti mövcud deyilsə və varislər faktiki olaraq heç nə qəbul etməyiblərsə, onlar həmin kredit borcunu ödəmək öhdəliyi daşımırlar. Çünki qanun varislərin məsuliyyətini yalnız qəbul etdikləri mirasın həcmi ilə məhdudlaşdırır.Eyni zamanda, kredit müqaviləsində həyat sığortasının olub-olmaması da mühüm rol oynayır. Əgər kredit sığortalanıbsa və sığorta müqaviləsinin şərtlərinə əsasən ölüm hadisəsi sığorta hadisəsi hesab edilirsə, həmin borcun ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilə bilər. Buna görə də belə hallarda ilk növbədə kredit müqaviləsi və sığorta sənədləri diqqətlə araşdırılmalıdır.
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, vəfat etmiş yaxınlarının kreditləri ilə bağlı bankın şifahi məlumatları ilə kifayətlənməsinlər. Mirasın qəbul olunması, borcun məbləği, kreditin sığortalanıb-sığortalanmaması və bankın irəli sürdüyü tələblərin qanuniliyi peşəkar hüquqi qiymətləndirilməlidir. Zərurət yarandıqda isə hüquqların qorunması üçün məhkəməyə müraciət etmək mümkündür.Nəticə etibarilə, rəhmətə gedən şəxsin kredit borcu avtomatik olaraq ailə üzvlərinin üzərinə keçmir. Varislər yalnız qəbul etdikləri mirasın dəyəri həcmində məsuliyyət daşıyırlar. Əgər miras ümumiyyətlə mövcud deyilsə və ya qəbul edilməyibsə, həmin borcun ödənilməsi öhdəliyi də yaranmır.
Həmçinin oxuyun
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vəfatdan sonra ev avtomatik həyat yoldaşına keçir?
Vətəndaşlar tərəfindən ən çox ünvanlanan hüquqi suallardan biri də vəfat etmiş həyat yoldaşının adına olan evin sonrakı taleyi ilə bağlıdır. Xüsusilə "Üç övladım var, həyat yoldaşım vəfat edib. Ev onun adınadır. Evi birbaşa öz adıma keçirə bilərəmmi?" sualı tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ev avtomatik olaraq sağ qalan həyat yoldaşının adına keçirilmir. İlk növbədə mirasın açılması və qanunla müəyyən edilmiş vərəsələrin dairəsinin müəyyənləşdirilməsi lazımdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, birinci növbə üzrə qanuni vərəsələr mərhumun həyat yoldaşı, övladları və valideynləridir. Yəni vəfat etmiş şəxsin anası və atası sağdırsa, onlar da birinci dərəcəli vərəsə hesab olunur. Eyni...
29 İyul 2026, 09:58
Sığortasız sürücü qəza törədərsə, zərəri kim ödəyir?
Azərbaycanda sürücülərin ən çox üzləşdiyi problemlərdən biri də yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfin avtomobilinin icbari sığortasının olmamasıdır. Belə hallarda zərərçəkən sürücülər haqlı olaraq sual edirlər: "Mən öz avtomobilimi sığortalatmışamsa, niyə sığorta şirkətim mənim zərərimi ödəmir?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə ciddi yanlış anlaşılmalar mövcuddur. Çoxları düşünür ki, avtomobilini icbari sığortalatdığı üçün istənilən qəza zamanı onun avtomobilinə dəyən zərəri də sığorta şirkəti ödəməlidir. Halbuki qanunvericiliyə əsasən, icbari avtomobil sığortasının funksiyası tamamilə fərqlidir.Mütəxəssislər izah edir ki, icbari avtomobil sığortası avtomobil sahibinin öz nəqliyyat vasitəsini deyil, onun üçüncü şəxslər qarşısındakı mülki məsuliyyətini sığortalayır. Başqa sözlə, əgər sürücü...
29 İyul 2026, 08:55
Mənzilin kvadratmetri niyə fərqli hesablanır?
Vətəndaşların ən çox qarşılaşdığı suallardan biri də mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki ölçü arasında fərqin yaranmasıdır. Bəzən alıcılar mənzili, məsələn, 150 kvadratmetr sahə kimi alırlar, lakin sonradan mütəxəssis tərəfindən aparılan ölçmə zamanı sahənin 230 kvadratmetr olduğu müəyyən edilir. Bu isə haqlı olaraq alıcılarda sual yaradır: bu fərq necə yaranır və qanun buna necə yanaşır?Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sahəni hesablama üsulu ilə bağlıdır. Bir sıra hallarda mənzil satılarkən ümumi sahəyə yalnız yaşayış otaqları deyil, həm də divarların, ara kəsmələrin və digər konstruktiv elementlərin altında qalan hissələr daxil edilir. Nəticədə alıcıya təqdim olunan...
28 İyul 2026, 11:00
Leyvi işıqdan istifadəyə görə hansı cərimələr tətbiq olunur?
Elektrik enerjisindən qanunsuz istifadə, yəni ictimaiyyət arasında "leyvi işıq" kimi tanınan hallara görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Hüquqşünasların sözlərinə görə, məsuliyyətin növü vurulan ziyanın məbləğindən və əməlin nəticələrindən asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, elektrik enerjisinin sayğacdan kənar qoşulma yolu ilə mənimsənilməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi, plombun qırılması və ya digər qanunsuz üsullarla elektrik enerjisindən istifadə edilməsi qanun pozuntusu hesab olunur.Onların sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən, elektrik enerjisinin qanunsuz istehlakı nəticəsində az miqdarda ziyan vurulduqda fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan...
28 İyul 2026, 09:58
Valideyn evdən qovan və ya əl qaldıran övladı nə gözləyir?
Valideynə qarşı zorakılıq, onu yaşadığı evdən zorla çıxarmaq, əşyalarını küçəyə atmaq və fiziki xəsarət yetirmək son dövrlər cəmiyyətdə narahatlıq doğuran hallardan biridir. Belə vəziyyətlərlə üzləşən vətəndaşlar isə çox vaxt hansı hüquqlara malik olduqlarını və hara müraciət etməli olduqlarını bilmirlər.Citypost.az xəbər verir kii, mütəxəssislərin sözlərinə görə, ilk növbədə hadisənin bütün təfərrüatları araşdırılmalıdır. Çünki hüquqi qiymətləndirmə evin kimə məxsus olmasından, həmin şəxsin evdə hansı hüquqi əsasla yaşamasından, qeydiyyat məsələsindən və zorakılığın hansı formada baş verməsindən asılıdır.Hüquqşünaslar bildirirlər ki, əgər övlad anasını və ya atasını döyərək evdən çıxarıbsa, əşyalarını küçəyə atıbsa və fiziki xəsarət yetiribsə, bu artıq sadəcə ailədaxili mübahisə hesab edilmir. Belə...
28 İyul 2026, 08:56
Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?
Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri...
27 İyul 2026, 10:21