BDU-nun rektoru universitetdəki yenilikləri açıqladı
Cəmiyyət 29 İyul 2026, 13:35
383
Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edir.Universitet sərgidə abituriyentlərə təhsil proqramları, qəbul imkanları, kampus həyatı və universitetdə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim edir.
Citypost.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev AzEdu.az-a açıqlamasında bildirib.
Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bu cür tədbirlər qəbul prosesinin daha səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır:
"Hər bir ali təhsil müəssisəsi öz strateji inkişaf planına uyğun fəaliyyət göstərir və müxtəlif təqdimatlar həyata keçirir. Lakin universitetlərin eyni məkanda bir araya gələrək öz imkanlarını, nailiyyətlərini və təhsil proqramlarını abituriyentlərə təqdim etməsi onların düzgün seçim etməsinə və qəbul prosesinin daha effektiv təşkilinə mühüm töhfə verir.
Bakı Dövlət Universiteti olaraq bu cür təşəbbüsləri yüksək qiymətləndirir, həm ölkə daxilində, həm də beynəlxalq təhsil sərgilərində mütəmadi iştirak edirik.
Hazırda universitetimizdə yaradılmış yeni imkanlar barədə məlumatlar həm sərgi məkanında, həm də elektron platformalar vasitəsilə təqdim olunur. Abituriyentlərin suallarını operativ cavablandırmaq məqsədilə xüsusi elektron məlumat sistemi istifadəyə verilib. QR kod vasitəsilə sistemə daxil olan istifadəçilər onları maraqlandıran suallara qısa zamanda cavab əldə edə bilirlər.
Bununla yanaşı, universitetimizdə mütəmadi olaraq Açıq Qapı Günləri təşkil edilir. Abituriyentlər universitetə gələrək laboratoriyalar, muzeylər və kampus infrastrukturu ilə yaxından tanış olur, onları maraqlandıran suallara yerində cavab alırlar.
Bu il Bakı Dövlət Universiteti müasir dövrün tələblərinə uyğun formalaşdırılmış bir sıra yeni ixtisaslaşmalar təqdim edir. Təhsil proqramlarının yenilənməsi zamanı əmək bazarının tələbləri, işəgötürənlərin gözləntiləri, eləcə də ölkədə, regionda və dünyada müşahidə olunan inkişaf meyilləri nəzərə alınır.
Həmçinin oxuyun
Növbəti tədris ili universitetin infrastrukturunun inkişafı baxımından da əlamətdar olacaq. Əsaslı təmirə bağlanmış iri tədris korpuslarımızdan birində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yeni tədris ilindən etibarən tələbələr tamamilə yenilənmiş və müasir tədris infrastrukturu ilə təmin olunmuş binada təhsil alacaqlar.
Eyni zamanda, elmi tədqiqat və innovasiya fəaliyyətlərini əhatə edən Mükəmməllik Mərkəzində yenidənqurma işləri davam etdirilir. Kampus ərazisində tələbələrin sosial həyatını daha da zənginləşdirəcək yeni layihələr həyata keçirilir. Yaşıl kampus konsepsiyası çərçivəsində alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, yeni istirahət və ünsiyyət məkanlarının yaradılması istiqamətində işlər görülür.
Tələbələrin elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb olunması üçün yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, Bakı Dövlət Universitetinə xarici tələbələrin marağı ildən-ilə artır və növbəti tədris ilində də çoxsaylı əcnəbi tələbələrin universitetimizdə təhsil alacağı gözlənilir.
Təhsil haqları ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur. Bu il Bakı Dövlət Universitetində təhsil haqlarında əlavə artım planlaşdırılmayıb. Hesab edirik ki, əsas diqqət keyfiyyətli təhsilin təmin edilməsinə yönəldilməlidir. Təhsil prosesi qarşılıqlı məsuliyyət tələb edir və bu prosesdə həm təhsilverənlərin, həm də təhsilalanların üzərinə mühüm vəzifələr düşür.
Universitetin Strateji İnkişaf Planına uyğun olaraq bakalavriat səviyyəsində qəbul yerlərinin mərhələli şəkildə optimallaşdırılması, magistratura və doktorantura səviyyələrində isə qəbul imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər aparılır. Bu yanaşma universitetin elmi-tədqiqat potensialının daha da gücləndirilməsinə xidmət edir.
2026-2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetində bakalavriat səviyyəsində 76 ixtisas üzrə 5105, magistratura səviyyəsində isə 40 ixtisas üzrə 232 ixtisaslaşma üzrə 1606 plan yeri ayrılıb. Bu göstəricilər universitetin təhsil imkanlarının genişliyini və yüksəkixtisaslı mütəxəssis hazırlığına yönəlmiş strateji inkişaf siyasətini əks etdirir.
Əminik ki, həyata keçirilən bütün bu yeniliklər Bakı Dövlət Universitetinin inkişafına, tələbələrin daha keyfiyyətli təhsil almasına və universitetimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Martin Ryanın apellyasiya şikayəti rədd edildi
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı...
29 İyul 2026, 15:04
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir
Hazırda Azərbaycanda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında ümumilikdə 1400-dən çox şəxs var.Bu barədə City lpost.az -a Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.Bildirilib ki, onlardan 600-ə yaxını sümük iliyi, 520-dən çoxu böyrək, 250-yə yaxını qaraciyər, 50-yə yaxını ürək, 50-dən çoxu isə buynuz qişa transplantasiyası üçün gözləmə siyahısındadır:"Yaş bölgüsünə görə, sümük iliyi transplantasiyası gözləyənlər arasında uşaqlar üstünlük təşkil edir. Digər orqan transplantasiyaları üzrə gözləmə siyahısında isə əsasən böyüklər yer alır"....
29 İyul 2026, 14:53
Təmir işləri ilə əlaqədar iki marşrut dəyişəcək
Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Bu barədə Citypost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.Bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək....
29 İyul 2026, 14:22
AAYDA-nın sabiq sədr müavininə yeni vəzifə verildi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verilib.Citypost.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, AAYDA-nın yeni təyin olunan sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Hüsnü Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.O, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.Qeyd edək ki, Hüsnü Quliyev Prezidentin sərəncamı ilə ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib...
29 İyul 2026, 14:08
Dağ çaylarından sel keçəcəyi gözlənilir
İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
29 İyul 2026, 14:03
Səidə Bəkirqızına qarşı şikayət üzrə yeni qərar verildi
Bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu barədə "Unikal"a xüsusi ittihamçının vəkili Seymur Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasımda xüsusi ittihamçının şikayəti icraata götürülərək məhkəmə araşdırmasına təyin edilib. Məhkəmənin növbəti iclası avqustun 6-na təyin edilib. Xatırladaq ki, bloger Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi...
29 İyul 2026, 13:52