399 nəfər Azərbaycana geri qaytarılıb
Cəmiyyət 29 İyul 2026, 11:58
412
"Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib".
Citypost.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.
O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub:
Həmçinin oxuyun
“Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya tədbirinin çarter reysi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.
Ümumilikdə isə bu proses davamlı xarakter daşıyır və mütəmadi olaraq həyata keçirilir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BDU-nun rektoru universitetdəki yenilikləri açıqladı
Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edir.Universitet sərgidə abituriyentlərə təhsil proqramları, qəbul imkanları, kampus həyatı və universitetdə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim edir.Citypost.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev AzEdu.az-a açıqlamasında bildirib. Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bu cür tədbirlər qəbul prosesinin daha səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır:"Hər bir ali təhsil müəssisəsi öz strateji inkişaf planına uyğun fəaliyyət göstərir və müxtəlif təqdimatlar həyata keçirir. Lakin universitetlərin eyni məkanda bir araya gələrək öz imkanlarını, nailiyyətlərini və təhsil proqramlarını abituriyentlərə təqdim etməsi onların düzgün seçim...
29 İyul 2026, 13:35
Tanınmış baş həkim təqaüdə göndərildi
27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.Əmrə əsasən, S.Yusifova təqaüdə göndərilib.
29 İyul 2026, 13:19
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux, Şəkidə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Naxçıvan MR-də narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq...
29 İyul 2026, 13:06
DMX: Azərbaycanda 220 minə yaxın əcnəbi yaşayır
“Bir sıra ölkələrdə qanunsuz miqrasiya ciddi sosial və təhlükəsizlik problemləri yaratsa da, Azərbaycanda vəziyyət nəzarət altındadır".Citypost.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib."Hazırda ölkədə yaşayan əcnəbilərin sayı təxminən 210–220 min nəfər civarındadır. Mövsümdən asılı olaraq bu rəqəm dəyişə bilir. Məsələn, yay aylarında turist axınının artması səbəbindən ölkədə olan əcnəbilərin sayı daha yüksək olur. Bu ümumi göstərici fonunda qanunsuz yaşayan şəxslərin sayı nisbətən azdır və idarəolunan səviyyədə qiymətləndirilir”, - o bildirib....
29 İyul 2026, 12:30
İyulun 30-na hava proqnozu açıqlandı
İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz...
29 İyul 2026, 12:12
Abşeronda 3 aylıq uşaq həyatını itirib
Abşeron rayonunda 3 aylıq uşaq boğulmadan ölüb.APA xəbər verir ki, hadisə ötən gün rayonun Hökməli qəsəbəsində baş verib.Məlumata görə, 3 aylıq S.A. yaşadığı evdən asfiksiyadan (boğulmadan) ölüb.Faktla bağlı araşdırma aparılır.
29 İyul 2026, 12:00