Bizə yazın

Baku

-°C

USD

-

Martin Ryanın apellyasiya şikayəti rədd edildi

Cəmiyyət 29 İyul 2026, 15:04

382

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elnur Azadxanov vəzifəsini itirdi

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tutduğu vəzifədən azad edilib.Citypost.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.Qeyd edək ki, Elnur Azadxanov 2023-cü ildə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilmişdi.

29 İyul 2026, 16:36

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.Citypost.az  xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında...

29 İyul 2026, 16:18

Xankəndi Dram Teatrında bərpa işləri davam edir

Hazırda 3 abidənin bərpası gedir. Bunlar Xankəndi Dram teatrı, Lənkəran dairəvi qalası və Çıraqqaladır.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Bərpası bitən abidə isə Kiçik Mərdəkan qəsridir.

29 İyul 2026, 16:08

Sahibə Qafarova Efiopiya Palatasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb.Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, Aqeqnehu Teşager Azərbaycanın Efiopiya üçün çox mühüm bir ölkə olduğunu söyləyərək, xüsusilə Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da gücləndiyini bildirib.Federasiya Palatasının sədri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasınınAzərbaycanın uğuru olduğunu söyləyərək, ölkəmizin inkişafı, qazandığı nailiyyətlərin dost Efiopiyada diqqətlə izlənildiyini bildirib.Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu söyləyib və münasibətləri daha da dərinləşdirmək üçün böyük potensial...

29 İyul 2026, 16:00

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Bildirilib ki, həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub.Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.Eyni zamanda heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli,...

29 İyul 2026, 15:35

Ceyranbatan–Maştağa xətti yenilənir

Ceyranbatan–Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.Bu barədə Citypost.az-a  Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Məlumata görə, xəttin 6-cı kilometrində diametri 1 200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.Bildirilib ki, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib:"Hazırda təmir-bərpa işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili şəbəkəyə veriləcək"....

29 İyul 2026, 15:19