Kamran Əliyev gürcü həmkarı ilə görüş keçirdi
Cəmiyyət 29 İyul 2026, 17:57
294
İyulun 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan Citypost.az-a verilən xəbərə görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları ziyarət olunub.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Baş prokuror Kamran Əliyev Azərbaycan və Gürcü xalqları arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Bundan başqa, prokurorluq orqanları arasında formalaşmış əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması və transmilli cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin fevral ayında Tiflisə səfəri məmnunluqla xatırlanıb, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Həmçinin oxuyun
Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, izlənilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Giorgi Qvarakidze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, mövcud tərəfdaşlığın bundan sonra da daha da dərinləşdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi istiqamətində bütün zəruri səylərin davam etdiriləcəyini vurğulayıb.
Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Qonaqlara, həmçinin, prokurorluq orqanlarında həyata keçirilən müasir idarəetmə, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə, həmçinin, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Mayya Tabaqari iştirak edib.
Nümayəndə heyətinin səfəri davam edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
AKİ-də sədr seçkisi mübahisəsi böyüyür
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra qurumda yeni sədr seçkisi ilə bağlı yaranmış vəziyyət ətrafında müzakirələr davam edir.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, AKİ-nin bir qrup tanınmış kino xadimi birgə bəyanat yayaraq, seçki prosesi, İttifaqın idarə olunması və maliyyə fəaliyyəti ilə bağlı mövqelərini açıqlayıblar. Bəyanatda bildirilir ki, mərhum sədr Rasim Balayevin uzun sürən xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir. Sənəddə qeyd olunur ki, İttifaqın “icraçı katibi” Əli İsa Cabbarov 26 may 2026-cı il tarixində məhdud sayda üzvlərin iştirakı ilə keçirilən toplantıda özünü sədr elan etsə də, sonradan Ədliyyə Nazirliyi...
29 İyul 2026, 18:36
Bakıda 15 küçə və prospektdə tıxac
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda:1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;6. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən...
29 İyul 2026, 18:33
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib.Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən edilən daha bir şəxsin iyulun 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.Belə ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla...
29 İyul 2026, 18:26
Ağdaş Uşaq Musiqi Məktəbinə Xalq artisti Habil Əliyevin adı verilib
Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adı verilib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.Mədəniyyət Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.
29 İyul 2026, 18:08
Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov iyulun 29-da Xidmətin Goranboy rayon şöbəsinin inzibati binasında Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.Qəbulda 2 şəhid ailəsi və 4 müharibə iştirakçısı olmaqla 28 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə və s. məsələlərlə bağlı müraciət ediblər.Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun...
29 İyul 2026, 17:48
“Azərpoçt” və Çin arasında yeni əməkdaşlıq müzakirə olundu
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan və Çin arasında poçt, elektron ticarət və logistika infrastrukturu sahələrində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub.Həmçinin 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü münasibətilə poçt markasının buraxılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.Görüş çərçivəsində Çinin elektron ticarət platformaları ilə “Azərpoçt” arasında əməkdaşlıq əlaqələrinin yaradılması, poçt və kommersiya göndərişlərinin daşınması, emalı və son təyinat ünvanına çatdırılması imkanları da nəzərdən keçirilib.Bununla yanaşı, “Azərpoçt”un logistika infrastrukturunun modernləşdirilməsi məqsədilə avtomatlaşdırılmış çeşidləmə xətləri və digər...
29 İyul 2026, 17:30