Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
Cəmiyyət 29 İyul 2026, 18:26
363
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib.
Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən edilən daha bir şəxsin iyulun 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.
Həmçinin oxuyun
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.
Süleymanov Hidayət Nemət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cenevrədəki daimi nümayəndə geri çağırıldı
Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
29 İyul 2026, 19:44
Tahir Tağızadə vəzifəsindən geri çağırıldı
Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılıbTahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
29 İyul 2026, 19:42
Serbiyadakı səfir Avstriyaya göndərildi - İlham Əliyevdən SƏRƏNCAM
Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
29 İyul 2026, 19:40
Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub
Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində parlament nümayəndə heyəti iyulun 29-da paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.Bu barədə Citypost.az-aMilli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Burada qonaqlara məlumat verilib ki, Azərbaycanın brendi olan "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün yaradılmış müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB" dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara...
29 İyul 2026, 19:38
Səfir geri çağırıldı, Cenevrəyə göndərildi
Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısınmın digər Sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib....
29 İyul 2026, 19:34
AKİ-də sədr seçkisi mübahisəsi böyüyür
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra qurumda yeni sədr seçkisi ilə bağlı yaranmış vəziyyət ətrafında müzakirələr davam edir.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, AKİ-nin bir qrup tanınmış kino xadimi birgə bəyanat yayaraq, seçki prosesi, İttifaqın idarə olunması və maliyyə fəaliyyəti ilə bağlı mövqelərini açıqlayıblar. Bəyanatda bildirilir ki, mərhum sədr Rasim Balayevin uzun sürən xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir. Sənəddə qeyd olunur ki, İttifaqın “icraçı katibi” Əli İsa Cabbarov 26 may 2026-cı il tarixində məhdud sayda üzvlərin iştirakı ilə keçirilən toplantıda özünü sədr elan etsə də, sonradan Ədliyyə Nazirliyi...
29 İyul 2026, 18:36