Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlı rəssamlar Türkiyədə uğur qazandı

Sənət aləmi 29 İyul 2026, 12:38

2095

Azərbaycanın bir qrup gənc və istedadlı rəssamı Türkiyənin Kocaeli şəhərində keçirilən sərgidə öz əsərlərini nümayiş etdiriblər. 

Tədbirin iştirakçılarından biri, rəssam Ayla İnsanova Reyting.az-a səfər təəssüratlarını bölüşərək bildirib ki, qardaş ölkədə “Təbiət. İncəsənət və Sülh” X Ənənəvi Beynəlxalq Simpoziumu çərçivəsində keçirilən sərgidə Azərbaycanı rəssamlar Nigar Əliyeva, Leylifər Müseyibova və Ayla İnsanova təmsil etmək şansı qazanıblar.

Vəhdət

Nigar Əliyeva

“Ənənəvi simpozium-sərgi “Yalnızca Barışa Tarafiz” dərnəyinin rəhbəri Vedat Çalıkın təşəbbüsü və Kocaeli Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşmışdı. Dünyanın 20 ölkəsindən 100-dən artıq fırça ustası bir həftəlik yaradıcılıq prosesi ərzində yaratdıqları əsərləri nümayiş etdirdilər”,- deyən Ayla İnsanovanın sözlərinə görə, yüksək səviyədə təşkil olunan tədbir beynəlxalq mədəni dialoq, yaradıcılıq mübadiləsi və əməkdaşlıq üçün mühüm bir platforma kimi qəbul olunur. 

Galata

Leylifər Museyibova

Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədr müavini Berna Abış rəssamlarla görüşərək onlara yaradıcılıq uğurları arzulayıb. 

Azərbaycanlı istedadlı rəssamlar Nigar Əliyevanın “Vəhdət”, Leylifər Müseyibovanın “Qalata”, Ayla İnsanovanın “Ümid” və Belaruslu Katerina Özdemirin “Süleyman Paşa Hamamı” əsərləri simpozium-sərgirə bəyənilərək Kocaeli “Sənət Qalerisi”ndə təşkil olunan yekun sərgidə uğurla nümayiş etdirilib.

Ümid

Ayla İnsanova

Suleyman Paşa hamamı

Katerina Ozdemir

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aqil Bəhramlı Portuqaliyada beynəlxalq festivalda jüri olub

Portuqaliyanın Braqa, Maia, Barcelos və Fafe şəhərlərində dünyanın tanınmış teatr xadimlərini, yaradıcı kollektivləri və mədəniyyət rəhbərlərini bir araya gətirən V Beynəlxalq Teatr Festivalı keçirilib.Teatrdan Citypost.az-a bildirilib ki, Portuqaliya, İspaniya, İtaliya, Ukrayna və Moldova daxil olmaqla, ümumilikdə 10 ölkədən 80-dən çox teatr mütəxəssisinin qatıldığı, 14 tamaşanın nümayiş olunduğu beynəlxalq tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı jüri qismində iştirak edib.Direktor festival çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuş tədbir və panel müzakirələrdə iştirak edərək bir sıra ölkələrin teatr rəhbərləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.A.Bəhramlı, həmçinin Avrasiya Teatrlar Assosiasiyası (ETA)...

29 İyul 2026, 09:06

“Sihirli Annem”in ulduzu ailə qurur

Türkiyənin bir vaxtlar məşhur seriallarından olan “Sihirli Annem”in “Toprak”ı aktrisa Cennifer Boyner evlilik təklifi alıb.“Qafqazinfo” xəbər verir ki, bununla bağlı o, instaqram hesabında paylaşıb.Məlumata görə, 25 yaşlı aktrisa bir müddətdir münasibətdə olduğu müğənni Can Alaosmanın evlilik təklifini qəbul edib.Bildirilib ki, Cennifer Boyner daha əvvəl verdiyi müsahibədə Can Alaosmanla ilk dəfə İstanbulda bir çəkiliş meydançasında tanış olduqlarını, lakin sonradan “Sihirli Annem” filminin çəkilişlərində yollarının yenidən kəsişdiyini bildirib.Aktrisanın sözlərinə görə, tanışlıqlarından 2-3 ay sonra bir-birlərini daha yaxından tanımağa başlayıblar.O, sevgilisi barədə həmin gündən bəri Can mənim ən yaxın dostum, sirdaşım və adı kimi canım oldu ifadələrini işlədib....

25 İyul 2026, 09:00

Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"

Müğənni Ofelya Şabanova "Tağı ilə Xəbər Magazin" verilişində şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı açıqlamalar verib.Citypost.az xəbər verir ki, ifaçı bildirib ki, repertuar seçimində həyat yoldaşının fikri onun üçün xüsusi önəm daşıyır. Ofelya Şabanovanın sözlərinə görə, məşhur "Sevgidə yoxdu qürur" mahnısının ərsəyə gəlməsində də həyat yoldaşının rolu olub.Sənətçi qeyd edib ki, mahnının sözlərinin bir hissəsini həyat yoldaşı yazıb. Onun sözlərinə görə, əsərin musiqisi və əsas sözləri Azər müəllimə məxsus olsa da, ikinci kuplet həyat yoldaşının təklifi ilə hazırlanıb.Ofelya Şabanova əlavə edib ki, bu mahnını böyük sevgi ilə ifa edir və əsərin dinləyicilər tərəfindən sevilməsi onu sevindirir.Müğənni ailə münasibətlərindən də...

16 İyul 2026, 22:12

"Səma" Ansamblı dünya yarışında səhnəyə çıxıb

İstanbulda Dünya Xalq Rəqsləri Yarışması keçirilir. Tədbirdə Azərbaycan “Səma” Rəqs Ansamblı tərəfindən təmsil edilir.Citypost.az  xəbər verir ki, dünyanın 37 ölkəsindən 2 mindən çox rəqqası bir araya gətirən tədbirin qala gecəsi İstanbulun Cemil Topuzlu Harbiye Açıq Hava Teatrında keçirilib.Mədəniyyətin, dostluğun və qardaşlığın eyni səhnədə nümayiş olunduğu konsertdə müxtəlif xalqların adət-ənənələri və ortaq dəyərlər xalq oyunlarının dili ilə tamaşaçılara təqdim edilib.

16 İyul 2026, 08:33

Naxçıvan mədəniyyəti: Keçmişin mirası, gələcəyin strategiyası  

Mədəniyyət xalqın təkcə keçmişi deyil, həm də gələcəyini müəyyən edən strateji gücdür. Şəhər yolları təmiz ola bilər, amma onu tarixə çevirən mədəniyyətidir. Bir xalqı güclü iqtisadiyyat zənginləşdirə bilər, lakin onu millət kimi yaşadan mədəni yaddaşıdır. Naxçıvan isə məhz bu yaddaşın əsrlər boyu qorunub saxlandığı nadir Azərbaycan torpaqlarından biridir. Minilliklər boyu formalaşmış zəngin tarixi irs, qədim memarlıq nümunələri, teatr və musiqi ənənələri, muzeyləri, elmi və ədəbi mühiti bu diyarı Azərbaycanın mədəni xəritəsində fərqləndirən əsas amillərdəndir.Bilirik ki, mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gələcəyin düşüncə modelidir. Məhz buna görə də inkişaf etmiş dövlətlər mədəniyyətə təkcə incəsənət sahəsi kimi deyil, milli təhlükəsizlik,...

10 İyul 2026, 15:40

Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır  

Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...

23 İyun 2026, 10:07