Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub

Cəmiyyət 29 İyul 2026, 19:38

359

Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində parlament nümayəndə heyəti iyulun 29-da paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.

Bu barədə Citypost.az-aMilli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Burada qonaqlara məlumat verilib ki, Azərbaycanın brendi olan "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün yaradılmış müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB" dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.

Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasiye arasında keçirilən görüşdə də bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Ötən dövr ərzində Azərbaycanın dəstəyi ilə Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı zəruri təşkilati, hüquqi və texniki dəstək tədbirləri həyata keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiyada keçirdiyi görüşlər zamanı ölkə rəhbərliyi bu modelin artıq Efiopiyanın regionlarında da tətbiq olunduğunu və bununla da dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Saray Muzey Kompleksi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, kompleks Efiopiyanın dövlətçilik tarixini, monarxiya dövrünün irsini və ölkənin mədəni dəyərlərini özündə əks etdirən mühüm tarixi-mədəni məkanlardan biridir.

Nümayəndə heyəti həmçinin Milli Tarix Muzey kompleksini də ziyarət edib. Burada qonaqlar Efiopiyanın tarixini əks etdirən eksponatlarla tan

ış olublar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cenevrədəki daimi nümayəndə geri çağırıldı

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

29 İyul 2026, 19:44

Tahir Tağızadə vəzifəsindən geri çağırıldı

Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılıbTahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

29 İyul 2026, 19:42

Serbiyadakı səfir Avstriyaya göndərildi - İlham Əliyevdən SƏRƏNCAM 

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

29 İyul 2026, 19:40

Səfir geri çağırıldı, Cenevrəyə göndərildi

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısınmın digər Sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib....

29 İyul 2026, 19:34

AKİ-də sədr seçkisi mübahisəsi böyüyür

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra qurumda yeni sədr seçkisi ilə bağlı yaranmış vəziyyət ətrafında müzakirələr davam edir.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, AKİ-nin bir qrup tanınmış kino xadimi birgə bəyanat yayaraq, seçki prosesi, İttifaqın idarə olunması və maliyyə fəaliyyəti ilə bağlı mövqelərini açıqlayıblar. Bəyanatda bildirilir ki, mərhum sədr Rasim Balayevin uzun sürən xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir. Sənəddə qeyd olunur ki, İttifaqın “icraçı katibi” Əli İsa Cabbarov 26 may 2026-cı il tarixində məhdud sayda üzvlərin iştirakı ilə keçirilən toplantıda özünü sədr elan etsə də, sonradan Ədliyyə Nazirliyi...

29 İyul 2026, 18:36

Bakıda 15 küçə və prospektdə tıxac

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda:1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;6. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən...

29 İyul 2026, 18:33