Bizə yazın

Baku

-°C

USD

-

Son yazılarımın hansısa birində ümumiyyətlə Şah İsmayıl adı çəkilməyib — Fazil Mustafadan AÇIQLAMA 

Cəmiyyət 07 Avqust 2026, 13:56

590

Millət vəkili Fazil Mustafa yazır:

Maraqlıdır, son yazılarımın hansısa birində ümumiyyətlə Şah İsmayıl adı çəkilməyib və sadəcə tariximizin fərqli dövrlərindəki düşüncələrin, ideologiyaların izahı, onların ziddiyətli məqamları  publisistik şəkildə ifadə edilib. Görən mövzunu fərdiləşdirmənin düyməsi haradan basılıb? Baxıram siyasətçisindən, jurnalistindən, ictimai şəxslərdən tutmuş sıradan insanlara qədər hamısı xorla "Şah Babam" deyib haray çəkir, veriliş düzənləyir, ağıl öyrədir, təhqir edir. Oradan da bir İran generalı haray çəkir ki, sizin deyil, bizim "Şah babamızdır! Çünki onun ideallarını yaşadan bizik". İndi buyurub bir-birinizlə razborkanızı davam etdirin, qaranlıq keçmişin mirasına birlikdə barış içində sahib çıxın. Bu da sizin haqqınızdır, sizə inanların haqqıdır.  Mən sadəcə inancla deyil ağılla mühakimə edən soydaşlarıma üz tutub deyirəm ki: "Şəhadət gətirirəm ki, millətimizn ən şərəfli tarixi milli dövlət qurduğumuz tarixdir, Azərbaycan Xalq Cümhuriyyətidir! Bizdən də sayı çox olan, sizdən daha artıq şahsevən olan 30 milyondan artıq soydaşımız məhz bu ideoloji zəmindən qopa bilmədiyinə görə müstəqilliyin nemətini dada bilməmişlər" Yenə də mən deyirəm: "Milli, müstəqil, dünyəvi dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadədir! Onu da bütləşdirmədən, mükəmməl irsini öyrənin ki, bu dövlətə irəlidə zaval gəlməsin".

Burada mübahisəlik bir məqam qaldımı? Öz xorunuzdur, öz gorunuzdur, bizə bunun nə aidiyyatı?

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentdən yeni təyinatlar:Siyahıda kimlər var? 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən 3 ölkədəki səfirimiz dəyişdirilib.CityPost.az  xəbər verir ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.Başqa sərəncamla Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.İrfan Davudov buna qədər Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri olub. O, bu vəzifədən geri çağırılıb.Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Fərhadov təyin edilib....

07 Avqust 2026, 14:10

“Arzum 999”un məhkəməsində yeni qərar

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib.Məhkəmə tərkibi etirazın baxılmamış saxlayıb. Daha sonra prosesdə zərərçəkmiş Muradova Sənubər ifadə verib. O bildirib ki, hadisədən qabaq yoldaşı ilə marketdən qayıdırmışlar:"Qarşımızda maşın var idi. Biz dəfələrlə uzaq işıqla yol istədik. Sonra bu hadisə baş verdi. Qəzadan sonra eşitmə qabiliyyətimi itirmişəm. Təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirə məruz qalmışam. Xahiş edirəm ədalətli qərar verəsiniz".Daha sonra şahid qismində...

07 Avqust 2026, 13:50

Müdrik insanın köçü

Adil MİNBAŞIBu dünyada şərəfli əməyi ilə zirvədən-zirvəyə yüksələn İkram Heydər oğlu Kərimov saf-xeyirxah əməlləri ilə bu yüksəklikdən Haqq dünyasına da üzüağ, alnıaçıq köçdü. Onun yoxluğu təkcə ailə üzvləri, qohumları üçün deyil, dostları, onu yaxından tanıyan insanlar üçün də uzun illər unudulmayacaq ağır itki olaraq qalacaq.Mən İkram Kərimov haqqında, onun Siyəzən və Xaçmaz rayonlarınada apardığı istintaq işləri barədə hələ tələbə olduğum illərdə eşitmişdim. O vaxtlar Xaçmaz rayonunun prokuroru olan qohumum Əyyub Fətəliyev istirahət və bayram günlərində Bakıya gələrkən həmkarları və dostları ilə onun evində toplaşardılar. Sohbət cinayət işlərindən, istintaqdan düşərkən rəhmətlik Əyyub müəllim tez-tez İkram Kərimovun adını çəkər, onun haqqında...

07 Avqust 2026, 13:36

Bu tarixdən istilər bitir – Güclü külək və leysan olacaq

Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir.Citypost.az Globalinfo.az-a istinadla xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir.Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır.Bundan başqa, avqustun ikinci yarısından etibarən regiona soyuq hava kütlələrinin daxil olacağı ehtimal edilir. Rusiya meteoproqnoz mərkəzinin sinoptiklərinin yaydığı məlumata görə, paytaxt Moskvada dolu, yağış yağacaq, intensiv külək əsəcək.Gürcüstanın dağlıq rayonlarında da leysan, şimşək, dolu və güclü külək müşahidə olunacaq.Azərbaycanın şimal rayonlarında isə gələn həftə yağış yağacağı gözlənilir....

07 Avqust 2026, 11:00

Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin artması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən aktuallaşdırıb. Sosial sahəyə ayrılan vəsaitin artırılması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin davamı kimi qiymətləndirilsə də, ilin ikinci yarısında əlavə artımların olub-olmayacağı maraq doğurur. Bəs, mövcud iqtisadi şərait maaş, pensiya və sosial ödənişlərin yenidən artırılmasına imkan verirmi və bu istiqamətdə hansı amillər həlledici rol oynayır?Citypost.az xəbər verir ki,məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bir sıra sosial ödənişlərdə artımlar qanunvericiliklə tənzimlənir."Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq...

06 Avqust 2026, 19:02

Zaur TikTok-dadır, Rəşad Məcid isə tarixdə - Turan Etibaroğlu yazır…   

Bir cümlə var idi ortada sadə, aydın, heç kimə qarşı yönəlməyən bir cümlə: “ kitab, nə qədər inkişaf etsək də, heç vaxt əvəzedilməz olmayacaq”  Rəşad Məcid bunu deyəndə, əslində, texnologiyaya bir güllə atmırdı. O, sadəcə, kağızın, sətrin, oxunun izini saxlayan həmin köhnə formanın yerini hələ heç nəyin doldura bilmədiyini xatırladırdı. Amma bu sadə xatırlatma tezliklə başqa məcraya yönləndirildi, üstəlik bunu edən şəxsin kimliyi məsələni daha da düşündürücü etdi.Əslində, kitab haqqında deyilən bu cür fikirlər yeni deyil. Zaman-zaman müxtəlif ölkələrdə, müxtəlif dövrlərdə oxşar müzakirələr olub , texnologiya sürətlə inkişaf etdikcə, köhnə vərdişlərin, köhnə formaların yaşarılığı sual altına alınıb. Amma tarix göstərib...

06 Avqust 2026, 18:44