Düzgün günəş kremi seçimi: SPF göstəriciləri nə deməkdir?
Maraqlı 14 Avqust 2026, 17:00
2279
Mütəxəssislər günəş şüalarının dəri sağlamlığına müsbət təsirləri ilə yanaşı, qorunmadan uzun müddət günəş altında qalmağın kəskin fəsadlar yaratdığını bildirirlər. Ultraviolə (UV) şüalar dərinin vaxtından əvvəl qocalmasına, ləkələrin tündləşməsinə, hətta xərçəng riskinin artmasına gətirib çıxarır. Dərini bu zərərli faktorlardan qorumağın ən effektiv yolu mövsümdən asılı olmayaraq düzgün günəş kremindən müntəzəm istifadə etməkdir. Doğru məhsul seçmək üçün ilk növbədə kremlərin üzərindəki göstəricilərin mənasını düzgün anlamaq lazımdır.
Citypost.az xəbər verir ki, məhsulların üzərində tez-tez rast gəlinən SPF (Sun Protection Factor) göstəricisi kremin ultrabənövşəyi UVB şüalarına qarşı qoruma dərəcəsini ifadə edir. Bu göstərici dərinin günəş altında qızarmadan, yanmadan nə qədər müddət qala biləcəyini göstərir. Məsələn, SPF 15 dərini UVB şüalarının təxminən 93 faizindən, SPF 30 göstəricisi 97 faizindən, SPF 50 isə 98 faizindən qoruyur. Yüksək SPF göstəricisi dərini 100 faiz qorumaq anlamına gəlmədiyindən müdafiə müddətini uzatmaq üçün kremi müntəzəm yeniləmək zəruridir.
Günəş kremi seçərkən yalnız UVB deyil, UVA şüalarından da qoruyan geniş spektrli (Broad Spectrum) məhsullara üstünlük verilməlidir. UVA şüaları dərinin dərin qatlarına nüfuz edərək erkən qırışların, hüceyrə zədələnmələrinin əsas səbəbinə çevrilir. Paketin üzərindəki PA++++ işarəsi və ya UVA davamlılıq simvolu məhsulun bu təhlükəyə qarşı maksimum müdafiə təmin etdiyini göstərir.
Kremin tərkibi və fakturası şəxsi dəri tipinə uyğun seçilməlidir. Yağlı, sızanağa meyilli dərilər üçün məsamələri tutmayan, su əsaslı, matlaşdırıcı gel teksturlu kremlər tövsiyə olunur. Quru, həssas dərilər üçün isə tərkibində hyaluron turşusu, mineral filtrlər (sink oksid, titan dioksid) olan nəmləndirici tərkibli məhsullar ideal sayılır. Kremi çölə çıxmazdan 20 dəqiqə öncə kifayət qədər miqdarda tətbiq etmək, üzdə, boyunda, əllərdə bərabər paylamaq, çimdikdən və ya tərledici aktivlikdən sonra hər iki saatdan bir yeniləmək maksimum qorunmanı təmin edir.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qarışqa yuvasının altında nələr gizlənir? – Möhtəşəm yeraltı şəhər
Yerdə gördüyümüz kiçik bir qarışqa təpəsi əslində torpağın altında yerləşən nəhəng və mürəkkəb bir sistemin yalnız görünən hissəsidir. Qarışqalar yuvalarını instinktiv şəkildə qurur və burada bir-biri ilə əlaqəli otaqlardan, keçidlərdən və tunellərdən ibarət bütöv bir şəbəkə yaradırlar.Citypost.az-ın məlumatına əsasən , işçi qarışqalar alt çənələrindən istifadə edərək torpağı qazır, çıxardıqları torpaq hissəciklərini yuvadan kənara daşıyaraq müəyyən yerlərdə toplayırlar. Zaman keçdikcə bu torpaq yığınları böyüyür və səthdə gördüyümüz qarışqa təpələri formalaşır.Lakin əsl maraqlı hissə torpağın altındadır. Yuvanın daxilində müxtəlif məqsədlər üçün istifadə olunan çoxsaylı otaqlar və onları birləşdirən tunellər yerləşir. Bəzi otaqlar yumurtaların və sürfələrin saxlanılması, bəziləri isə qida ehtiyatlarının toplanması üçün...
08 Sentyabr 2026, 11:40
Arı pətəkləri niyə məhz altıbucaqlıdır? – Səbəbi təəccübləndirir
Arıların hazırladığı pətəklərə diqqətlə baxdıqda onların niyə məhz altıbucaqlı formada qurulduğu maraq doğurur. İlk baxışdan bu, sadəcə təbiətin yaratdığı adi bir naxış kimi görünə bilər. Əslində isə pətəyin bu forması həm möhkəmlik, həm də materiala qənaət baxımından olduqca səmərəli quruluşdur.Citypost.az-ın məlumatına əsasən , arılar balmumundan pətək hazırlayarkən mümkün qədər az materialdan istifadə etməklə mümkün qədər böyük saxlama sahəsi yaratmağa çalışırlar. Altıbucaqlı hüceyrələr bir-birinə sıx şəkildə yerləşdiyi üçün onların arasında boşluq qalmır. Beləliklə, arılar eyni miqdarda balmumu ilə daha çox bal və digər ehtiyatları saxlaya biləcək sahə əldə edirlər.Bəs niyə hüceyrələr dairəvi deyil? Dairələr bir-birinə sıx şəkildə yerləşdirildikdə onların arasında boşluqlar...
08 Sentyabr 2026, 11:08
Məhəmməd Həsən Hacınskinin son günləri: İntihar, yoxsa qətl?
Əgər nə vaxtsa Məmməd Həsən Hacınski adını eşitsəniz, bilin ki, bir xəyanətkardan, Cümhuriyyətə xəyanət edən şəxsdən söhbət gedir. Bəli, o, AXC-nin daxili, xarici işlər, maliyyə, dövlət nəzarəti naziri kimi mühüm postlar tutsa da, siyasi böhranlar zamanı yalandan, xaincəsinə hökuməti qurmaq missiyasını öz üzərinə götürüb, bundan sonra isə bolşeviklərlə gizli-gizli danışıqlara gedib.Konkret olaraq, hökumətin yeni kabinetinin formalaşdırmağı prosesini qəsdən gecikdirərək dövləti böhran və idarəolunmaz vəziyyətdə qoyub. Bəli, Hacınski Müsavat Partiyasının ilk üzvlərindən biri idi. Ancaq buna baxmayaraq, 22 aprel 1920-ci ildə Müsavat Partiyasını tərk edir və rəsmi olaraq əvvəldən xidmət etdiyi Azərbaycan Kommunist Partiyasının üzvü olur. Daha dəqiq, xəyanətkar obrazını bununla da açıq-aşkar elan edir. Əlbəttə,...
07 Sentyabr 2026, 13:17
Beriyanın yeznəsi: Çobandan SSRİ generalına gedən yol
İki Lavrenti, iki cəllad, iki seksual manyak – yeznə-qayın generalların yüksəlişi də, “vurulması” da paralel gedib.Onlar yeniyetməlik illərindən dostluq ediblər. Aralarında bir yaş fərq olduğuna görə Lavrenti Beriyaya “Birinci Lavrenti”, Lavrenti Cancqavaya isə “İkinci Lavrenti” deyiblər. Dostluq münasibətləri sonralar qohumluğa keçib, Lavrenti Cancqava Lavrenti Beriyanın bacısı ilə ailə həyatı qurub. Bu yaxın münasibətlər “İkinci Lavreti”ni SSRİ-də birincilər sırasına çıxarıb, onun çoban statusunu general rütbəsi ilə əvəzləyib.Lavrenti Cancqava 1900-cu ildə Kutaisidə, Naxunavo kədində yoxsul kəndli ailəsində anadan olub. Uşaqlıqda çobanlıqla məşğul olan Cancqava 1919-cu ildə Tiflisdə gecə məktəbini bitirib. Həmin ərəfədə Lavrenti Beriya ilə daha yaxın dostluq münasibətləri olan Cancqava Beriyanın tövsiyəsi ilə Kommunist Partiyasına...
07 Sentyabr 2026, 11:27
“Ölüm barmağı” necə yaranır? – Dənizin dibindəki sirli buz hadisəsi
Dənizlərin dərinliklərində insan gözünün nadir hallarda şahid olduğu, ilk baxışdan fantastik film səhnəsini xatırladan qeyri-adi təbiət hadisələri baş verir. Onlardan biri də “ölüm barmağı” kimi tanınan brinikldir (brinicle). Bu fenomen dəniz buzunun formalaşdığı son dərəcə soyuq sularda müşahidə olunur və görünüşünə görə nəhəng buz sütununu xatırladır.Citypost.az-ın məlumatına əsasən, brinicle adi buz parçası deyil. Onun yaranmasının əsas səbəbi dəniz suyunda duzun və temperaturun yaratdığı mürəkkəb fiziki prosesdir. Dəniz suyu donarkən duzun böyük hissəsi buz kristallarının strukturundan kənarda qalır və yüksək duz konsentrasiyasına malik çox soyuq maye – duzlu məhlul yaranır. Bu məhlul ətrafındakı sudan daha sıx olduğuna görə aşağıya doğru hərəkət...
07 Sentyabr 2026, 11:18
İlk uçan insan kim olub? – Müsəlman alim və ixtiraları
İnsan dünyaya gəldiyi ilk andan etibarən yeni bir şey öyrənməyə, yerin dərinliklərində gizlənən sirləri kəşf etməyə, parlayan ulduzlar haqqında məlumat əldə etməyə, dərin uçurumlara enməyə və çox-çox yüksəklərə qalxmağa can atır… Həmin suallardan da biri budur: İnsan niyə quş kimi uça bilmir? Niyə? Bu sual qədim zamanlardan bəri bəşəriyyəti düşündürüb… Lakin sadəcə sual vermək kifayət deyil, ona cavab tapmaq da lazımdır.Citypost.az Az.shafaqna.com-a istinadən xəbər verir ki, Əbül-Qasim Abbas ibn Firnas ət-Təkurini bu sualı verən ilk insan deyildi, lakin özünü uçan quş kimi hiss etməyi bacaran ilk şəxslərdən biri idi. Əndəlüsdə doğulan və elə orada da təhsil alan İbn Firnas böyük...
07 Sentyabr 2026, 10:42