Bizə yazın

Baku

-°C

USD

-

Mentalitetin isə kitabxanası yoxdur

Söz adamı 14 Avqust 2026, 13:11

524

Mədəniyyət və mentalitetin bir-birini dəstəkləməyən zidd anlayışlar olduğunu yazdığım cümlələrə iradlar gəldi ki, guya, mədəniyyət mentalitetin sütunları üzərində dayanmasa çox tez uçub-dağılar.

CityPost.az xəbər verir ki,bunu yazıçı Aqşin Yenisey bildirib.

Mədəniyyətin sütunları bunlardır: elm, fəlsəfə, sənət və hüquq. Mentalitetdə elmi din, fəlsəfəni inanc, sənəti folklor, hüququ şəxsi vicdan əvəz edir. 

Mədəniyyətin bütün sütunları aşağıda kitabaxanada birləşir. Mentalitetin isə kitabxanası yoxdur. Ölkəni ələk-vələk etsək, neçə evdə kitabxana olduğuna şahid ola bilərik? 

Niyə bizim evlərdə kitabxana yoxdur? Çünki mentalitet əsaslı cəmiyyətik, kitabxanaya ehtiyacımız yoxdur. Universitetə şalvar qayışına soxduğu iki dəftərlə gedən toplumuq. 

Biz mədəniyyəti mentalitetin üzərinə, yəni elmi dinin, fəlsəfəni inancın, sənəti folklorun, hüququ şəxsi vicdanın üzərinə inşa etmişik deyə dünyanın mədəniyyət bazarına çıxarmağa heç bir məhsulumuz yoxdur. 

Çünki o bazara heç kim öz mentalitetini arabaya yükləyib gətirmir, hətta Markes, Morrison və s. mental mənşədən çıxış edənlər belə öz milli matahlarına mühafizəkar-liberal savaşı, ABŞ siyasəti və Afroamerikan kimliyi sayaq mədəniyyətin yaratdığı mövzulardan bol-bol qatırlar ki, əllərindəki "pula getsin".  

Məsələn, Alim Qasımov muğamı sakral-mental çərçivədən kənara çıxara bildi deyə zənguləsi başqa ölkələrdən də eşidildi. İyirmi ildir əlləşirik ki, onu çıxdığı yerə - mentalitetin feyziyab olduğu standarta, əruz qəlibinə qaytaraq. 

Mədəniyyət mentalitetin evdən qaçan oğludur. Onun hər şeyi sıfırdan başlamaqdan başqa çarəsi yoxdur. Biz o gücü özümüzdə görmürük deyə başımızı aşağı salıb dədə malını tıxmağı üstün tuturuq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yer yoxdu el arasında  

Yer yoxdu el arasındaEl üzünə ağ olana.Tülkülük etmək yaraşmazİnsan kimi doğulana.Boğdular çox istəyimi, Bu sitəmlər bəs deyilmi?Dünya bir məhbəs deyilmiÜrəyi dustaq olana?Bulanıq sular durular,Nə vaxtsa məhşər qurular,Nə qədər balta vurular,Aman Allah, yıxılana?Köksümdə dərd adası var,Hər işin bir qaydası var,Sarayın nə faydası varKönül mülkü dağılana?Son kəlməni göy deyəcək,Yaram çoxmu göynəyəcək?Axı məlhəm neyləyəcək Sinəsində dağ olana?Bir çiçək varmı solmayan?Halal bir eşqə ol maya!Qəlbində iman olmayanAdam çətin ağıllana…31.07.2023.Rafiq Yusifoglu...

14 Avqust 2026, 11:59

BİRCƏ GÖZƏLİ VAR VUR-TUT DÜNYANIN  

Vasif Süleyman yazır:Nə dərd çək, nə həsrət, nə də ki ağla,Neçə ki, səninəm... Unut dünyanı.Sən gəl, ürəyini buz kimi saxla,Bircə gözəli var vur-tut dünyanın.Elə ki, üzünə yolları bağlı,Dərdi sevincindən əzəl görünür.Qəribə şey imiş insanın ağlı,Sevdiyi hamıdan gözəl görünür.Alnımı yandırar qəlbimin təri, Gözümün yaşını əyləyə billəm.Ürəyim göynəyir səndən ötəri,Məndən uzaqdasan neyləyə billəm... Canım, sevgi hara, unutmaq hara,Həsrəti gözümə sıxıram indii.Məni qısqandığın gözəl qızlara,Çiynimin üstündən baxıram indi.Nə dərd çək, nə həsrət, nə də ki ağla,Neçə ki, səninəm... Unut dünyanı.Sən gəl, ürəyini buz kimi saxla,Bircə gözəli var vur-tut dünyanın...

14 Avqust 2026, 11:52

Üfunət içindəyəm  -Ayaz Arabaçı

Üfunət içindəyəmAlmağa hava yoxdu.Gündə yüz yol ölürəm,Çox da ki,dava yoxdu.Məndə həvəs qalmayıb,Day bu ömrü sürməyə.Hərə bir it bəsləyir ,Üstümə hürdürməyə.Adamlar balıq kimi-Ağzında su yaşayır.Sevinci qətl ediblər, Qorxu-tabuYaşayır...Haqq uğruna bir qərar.Yox dəxi doğru-düzgün.Didir vətəni leştək.Bir sürü qarğa-quzğun.Bəxtin saatı yatıb,Bir günümüz il dadır.Dilimiz ağzımızda,Tikanlı məftil dadır.İzlər tamam qarışıbHər addımda çaşırıq.Olan-qalan günləri,Ümidlə uğraşırıq.Bu nə dərdli hekayə.Bu nə qəmli bəstədir.Vətəni sevənlərin Hamısı məhbəsdədir.Qələmə alammıram,Ən gözəl pak hissləriTanrım nə vaxt yaratdın,Bu qədər iblisləri.Allaha çatammırıq,İman çox uzaqdadır.Bu gəmi də batacaq,Liman çox uzaqdadır...Ayaz Arabaçı...

14 Avqust 2026, 11:28

Ədəbiyyat və Onun Adamları - Afaq Məsud yazır 

Afaq MƏSUDYazıma seçdiyim bu qəribə başlıq, uzun illərdən bəri Ədəbiyyat və Onun Adamları ilə bağlı gəldiyim bir çox təsirli qənaətlərimdən alınan ümumi mənzərəni əks etdirir və söhbət, əlbəttə ki, öz sərhədləri, yazılmamış qayda və qanunları olan həqiqi Ədəbiyyatdan, Onun xüsusi növ Adamlarından gedir. Daha dəqiq desəm, «60-cılar» deyilən ədəbi nəsilə aid edilsə də, cəmiyyətin alt qatını Mirzə Fətəli Axundzadə gözü ilə görüb, Mirzə Cəlil yumoru ilə qələmə alan, dərin bədii tutumlu roman və pyeslər, müxtəlif azərbaycanlı tipləri və xarakterlərinin usta yazıçı məharəti ilə açıldığı təsirli povest, novella və hekayələr müəllifi Elçindən gedir.Hələ 60-cı illərin ortalarından bina qonşumuz yazıçı İlyas Əfəndiyevin...

13 Avqust 2026, 14:47

 BİR BELƏMİ?! - Yusif Nəğməkarın şeiri

Qaldıq dərdin qalığına...Qart qalıq bir belə olmaz.Kiridim kür cığalına;Şax şuluq bir belə olmaz.Daha can qəm yolu seçib;Ağrıya ağ libas biçib...Keçib, hər qılıqdan keçib,Ərk, qılıq bir belə olmaz.Ötərgi həvəsə uydun:Qəlb sındırdın, könül oydun...Xiffət sayrılığı yaydın,Sayrılıq bir belə olmaz.Düz sevgini düzə atdın,Yanıb, dözə-dözə atdın.Eşqə cida, nizə atdın--Mizraqlıq bir belə olmaz.Baş qovzadın daş balınctək --Qaldın qəsdində qalınctək.Sıyrıldın qından qılınctək,Sıyrılıq bir belə olmaz.Qara qələm kirpiklərinAğüz vərəqdə xətt dərin...Qıydığın mən-ölün, dirin;Qıyrılıq bir belə olmaz...Sonradan eymənib, keymək --Peşman əli dizə döymək.Nisgili uc-uca düymək ‐-Ayarlıq bir belə olmaz.Həsrət zülmətdir, hüzur-dan,Ulduz barışı düzür dan...Usanmaq yoxkən hüzurdanDoyarlıq bir belə olmaz...Susqun, küskün ədalıyıq,Sükut içrə sədalıyıq...Nə zamandır cüdalıyıq;Ayrılıq bir belə olmaz!..Nə...

12 Avqust 2026, 16:48

"GÜNƏŞLİ DAYANACAQLAR"IN ADAMI - ETİBAR CƏBRAYILOĞLU YAZIR 

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun vəfatı ədəbiyyatımız üçün itkidir. Son dövrlər sağlıq durumunda problemlər yaşayan Çingiz müəllimin dünyadan köçməyi barədə xəbəri eşidəndə bu səmimi, mehriban, kübar insanla bağlı xatirələr yadıma düşdü. Onları paylaşmaq qərarına gəldim.1985-ci il ilin iyun ayı. Lənkərandakı 3 saylı orta məktəbi bir neçə gündür ki, bitirmişəm. Yolumu yenə şəhərimizdə hamının yaxşı tanıdı "Kitab evi"ndən salmışam. "Kitab evi"nin müdiri Xanağa müəllim atamın tanışıdır, maraqlı kitablar gələndə tanış-bilişə xəbər edir."Kitab evi"nin qapısından içəri daxil olanda rayon qəzetinin-"Leninçi"nin redaktoru, tanınmış şair Şəkər Aslanı görürəm, yanında da Çingiz Əlioğlu. Ehtiramla salamlaşıram, təbii ki, hər iki adlı-sanlı  ədəbiyyat adamı orta məktəbi...

12 Avqust 2026, 13:32