Bizə yazın

Baku

-°C

USD

-

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

Cəmiyyət 14 Avqust 2026, 23:44

443

Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vətən müharibəsi bitəndən bugünə qədər 73 nəfər mina partlayışı nəticəsində həlak olub, 363 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mina terrorunun yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildirib: 

“Təəssüf hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına rəğmən, vətəndaşlarımız bu gün də mina terrorunun qurbanı olmaqda davam edir. Bugünlərdə Baş Prokurorluğun təqdim etdiyi statistika bu terrorun miqyas və nəticəsinin necə böyük və ağır olduğunu göstərir.

Xatırladaq ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən öncə də mina cinayətləri ilə üzləşib, erməni faşizminin mina terrorundan ciddi əziyyət çəkib. Hansı ki, mina terroru bir xalqa, bir dövlətə deyil, bütün insanlığa qarşı cinayətdir və beynəlxalq qanunlar, konvensiyalarla yasaqlanıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistan mina terrorundan xalqımıza qarşı hər zaman geniş istifadə edib. Erməni faşizminin anti-insani mahiyyətindən irəli gələn bu cinayətlər yüzlərlə vətəndaşımızın faciəsi ilə nəticələnib ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşür”.

Polkovnik Cəlil Xəlilov mina partlayışları ilə bağlı Baş Prokurorluğun gördüyü işləri də yüksək qiymətləndirib:

“Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışlaır ilə bağlı hər bir işi xüsusi olaraq nəzarətə götürür və bu istiqamətdə ətraflı araşdırma aparılır. Bu araşdırmalar hadisənin bütün halalrının müəyyən edilməsi, partlayışın səbəb və nəticələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Baş Prokurorluq tərəfindən aparılan bu araşdırmalar, həm də erməni faşizminin anti-insani mahiyyətinin beynəlxalq miqyasda ifşası baxımından da olduqca önəmlidir. Hər bir araşdırma bütün dünyaya erməni xislətinin amansızlığı ilə yanaşı, mina terrorunun nə qədər dəhşətli, ölümcül olduğunu sübut edir”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında yeni təyinat olub.Citypost.az xəbər verir ki, nazir Rəşad İsmayılovun müvafiq əmri ilə Rövşən Fətullayev Strateji Proqnozlaşdırma şöbəsinin müdiri təyin edilib.Xəbəri nazirlikdən təsdiqləyiblər.Qeyd edək ki, Rövşən Fətullayev uzun illər Dövlət Neft Şirkətində (SOCAR) Ekoloji Layihələrin İdarə Edilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb./qaynarinfo

14 Avqust 2026, 19:43

Bu 9 marşrutun hərəkəti dəyişdirildi

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

14 Avqust 2026, 19:28

Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 15-də güclü külək əsəcək.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

14 Avqust 2026, 18:13

Məktəblər bu tarixdə başlayacaq - Rəsmən elan edildi

Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur.Bəs belə bir dəyişiklik mümkündürmü və bununla bağlı qərar gözlənilirmi?Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər yeni tədris ili ərəfəsində bu mövzu gündəmə gəlir, lakin bununla bağlı indiyədək konkret qərar qəbul edilməyib:"Belə bir dəyişiklik real olsaydı, məsələ əvvəlcədən ictimai müzakirəyə çıxarılıb müxtəlif dairələrin rəyləri öyrənilərdi. Ən azı indidən ictimai müzakirəyə çıxarılardı. Amma təəssüf ki, bu məsələ, yəqin ki, sosial şəbəkələrdə müzakirə...

14 Avqust 2026, 17:51

Uşaqlara özünəinam hissini artırmaq üçün doğru ünsiyyət dili

Uşaqlarda özünəinam duygusunun formalaşması onların şəxsiyyət kimi yetişməsində, gələcək uğurlarında həlledici rol oynayır. Ailədə istifadə olunan ünsiyyət dili balacaların daxili aləminin, özünə hörmət hissinin bünövrəsini qoyur. Müsbət, dəstəkləyici sözlər uşağın potensialını ortaya çıxardığı halda, davamlı tənqid, müqayisələr onun öz qüvvəsinə inamını sarsıdır, çətinliklər qarşısında geri çəkilməsinə səbəb olur.Citypost.az xəbər verir ki, özünəinamı yüksəldən doğru ünsiyyətin birinci əsas qaydası uşağın nəticəsini deyil, göstərdiyi səyi təqdir etməkdir. "Sən çox ağıllısan" kimi ümumi ifadələr yerinə "Bu iş üçün çox çalışdığını gördüm, əməyini yüksək qiymətləndirirəm" demək daha faydalıdır. Bu yanaşma uşaqda uğursuzluq qorxusunu aradan qaldırır, uğurun zəhmət sayəsində qazanıldığı düşüncəsini formalaşdırır. Səhvlər edildikdə cəzalandırıcı...

14 Avqust 2026, 17:42

Vanqadan 3 bürcün həyatını dəyişəcək məsləhətlər

Bəzi insanlar üçün həyat bir-birinin ardınca gələn sınaqlarla dolu görünə bilər.Citypost.az News24.az-a istinadən xəbər verir ki, 1996-cı ildə vəfat edən məşhur bolqar öncəgörücü Vanqa astroloji şərhlərdə Tərəzi, Xərçəng və Oğlaq bürclərinin yaşadığı bəzi çətinliklərin xarici amillərdən daha çox, onların xarakterindən qaynaqlandığını deyib.Bunlar həddindən artıq düşünmək, keçmişdə ilişib qalmaq və öz üzərinə ağır məsuliyyətlər götürməkdir.Bu üç bürcün ortaq cəhəti onların ən güclü xüsusiyyətlərinin zaman-zaman həyatlarını çətinləşdirən amilə çevrilməsidir.Tərəzi:Ədalət hissi, diplomatik davranışları və harmoniya axtarışları ilə tanınan Tərəzilər çox vaxt hər kəs üçün ən doğru qərarı verməyə çalışırlar. Lakin bu xüsusiyyət mühüm məsələlərdə qərar qəbul etmələrini çətinləşdirə bilər.Tərəzi bürcünün ən böyük sınaqlarından...

14 Avqust 2026, 16:16