Prezident fərman imzaladı
Cəmiyyət 01 Oktyabr 2024, 17:23
1905
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Citypost.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791 (Cild I); 2024, № 4, maddə 393) ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
Həmçinin oxuyun
1. 2.1-ci bəndə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.
2. 2.2.3-cü yarımbəndə “vətəndaşların” sözündən sonra “və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vahid Əliyev vəfat etdi
Əməkdar artist Vahid Əliyev vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.Bildirilib ki, 73 yaşlı aktyor bu gün axşam saatlarında vəfat edib.
06 Noyabr 2025, 17:55
Bu ilin 10 ayında 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb
Cari ilin 10 ayı ərzində 50 aptekə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb.Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.Bildirilib ki, bunlardan 8-i Bakıda, 42-i isə digər bölgələrdə fəaliyyət göstərən apteklər olub.Dərman vasitələrinin reseptsiz satışına görə protokollar tərtib edilib.
06 Noyabr 2025, 17:16
Teymur Musayevə ağır itki
Azərbaycanın səhiyyə naziri Teymur Musayevə ağır itki üz verib.CityPost.az xəbər verir ki, nazirin atası Yusif Musayev vəfat edib.Allah rəhmət eləsin!
06 Noyabr 2025, 17:13
Zərgərlik məmulatlarına dövlət əyar damğasını vuracaq orqan müəyyənləşib
Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına dövlət əyar damğasının vurulması sahəsində xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.Agentliyin təqdim etdiyi xidmətlər siyahısına malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi və standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətin müvafiq standartla, texniki reqlamentlə və digər...
06 Noyabr 2025, 17:13
Prezident fərman İMZALADI
Azərbaycanda "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı" genişləndirilib.CityPost.az xəbər vemrir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.Fərmana əsasən, siyahıya Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi bir sıra xidmətlər əlavə edilib. Belə ki, Agentlik standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktla müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və uyğunluğun təsdiqi barədə təsdiqedici sənədlərin verilməsi, eləcə də qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət...
06 Noyabr 2025, 16:38
Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Bəhmən Abuzərovun xatirəsi anılıb
5 noyabr tarixində İmişli rayon Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Abuzərov Bəhmən Abuzər oğlunun xatirəsinə həsr olunmuş “Suverenlik: Qalib Prezident, Qalib Şəhid, Dünyəvi Azərbaycan” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirildi.Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektorunun rəhbərliyi, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ziyalıları, şəhid müəllimin şagirdləri, döyüş yoldaşları, məktəb kollektivi və şagirdlər iştirak etdilər.Tədbir boyu şagirdlər və müəllimlər vətənpərvərlik ruhunda şeirlər, kompozisiyalar səsləndirdilər, şəhid müəllimin öz qələmindən çıxan şeirlər ifa olundu. O misralarda Bəhmən müəllimin qələbəyə olan sarsılmaz inamı, Vətən sevgisi və xalqımıza sonsuz etibarı duyulurdu.Bəhmən müəllim İmişli rayonunun Cavadxanlı kənd məktəbində...
06 Noyabr 2025, 14:11