Namərd gülləsinə tuş gəlməsəydi, bu gün 95 illik yubileyini keçirdəcəydik… Əjdər Rza oğlu Xanbabayev
Cəmiyyət 27 Avqust 2026, 16:53
566
Azərbaycanın tanıdığım ən işıqlı ziyalılarından idi: pozitiv, həyatsevər, övladcanlı—Afət və Nərgiz adlı 2 gül parçası kimi qızı vardı, onlarla nəfəs alırdı: “Onlarsız bir gün də yaşaya bilmərəm”- deyərdi. Etibarlı dostları vardı(çünki özü çox etibarlı, sədaqətli, qayğıkeş insan idi), sevdiyi peşəsi—kitab dünyası vardı. Şərq ədəbiyyatını, klassik dünya şedevrlərini müntəzəm olaraq mütaliə edərdi, farsı, rusu gözəl bildiyindən həmin əsərləri orijinaldan oxuyurdu.
Ötən əsrin sonlarında mənfur qonşularımız Qərbi Azərbaycandan soydaşlarımızı zorla, vəhşicəsinə qovanda xalqımızın meydanlara tökülərək SSRİ rəhbərliyinə etiraz aksiyalarının ilk günlərindən Əjdər müəllim maddi və mənəvi dəstəyini əsirgəmirdi. Bu xeyirxah əməllərinin hamısının şahidiyəm. Azərnəşrdəki kabinetinə kimlər gəlmirdi—hərəkatın şəriksiz lideri Əbülfəz Əliyev(Elçibəy), Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Sabir Rüstəmxanlı, Xəlil Rza, Vurğun Əyyub, Aydın Məmmədov, Yusif Səmədoğlu, Rüstəm Behrudi, Hatəmi…
Tale elə gətirdi ki, qısa bir dövrdə həm kolleqa olduq, həm də bir neçə il direktorum oldu, bir binada yaşadıq, dost olduq. Özü də əsl dost! Təsəvvür edin, mən onun tabeçiliyində işləyirəm, səhərlər zəng vurar, “düş gedək”- deyər, mən bir az gec durduğumu deyib, “ siz gedin, mən beş-on dəqiqəyə çıxıraram”,-dediyimə baxmayaraq, düşəndə təəccüblə görərdim ki, həyətdə var-gəl edir…”Ay Əjdər müəllim, gedəydiz də, özüm gələrdim”. Doğma bir təbəssümlə “Heç nə olmaz, uzaqbaşı 5-10 dəqiqə gecikərik”. Öz maşınıyla beləcə, məni də işə aparıb gətirərdi. Səmimi, gülərüz, qayğıkeş İnsan, əsl İnsan ha, bax belə olardı! Bir neçə dəfə səfərlərdə olmuşuq, gözəl yol yoldaşlığı vardı. Kimsənin qəlbinə toxunmaz, hamıyla mehriban, hamının qayğısına qalan! Həmişə də evdən xüsusi hazırlatdığı çeşid-çeşid yeməklər götürər, işlərimizi qurtarandan sonra yığardı öz otel otağına, yemək süfrəsi arxasında şirin, dadlı-duzlu söhbətlər gecəyarısınadək davam edərdi…
Bir dəfə—1989-cu ilin iyul ayının 4-ündə Moskvada millətlərarası bir konfransda birlikdə iştirak edirdik. Gorbagor Z.Balayanla Poqosyan bizim qabağımızdakı sırada əyləşmişdilər. Mən A. Volskinin keçmiş Dağlıq Qarabağla dediyi yalanlara etiraz edib yerdən kəskin tutarlı cavab verdim, və bildirdim ki, mən o sənin deputat təyin olunduğun Kəlbəcər rayonundanam. O erməni iti balayan dönüb dedi ki:” ne toropites, skoro Kelbadjar toje budet naşim”. Əjdər müəllim kimi təmkinli adam necə qışqırdı:”Molçi separatist, pridet vremya, ot vas v Karabaxe ni odin şenok ne ostanitsa!” Səs-küy qalxdı, iclası 2 saatlığa təxirə saldılar. Axşam rəhmətlik mənim otağıma zəng vurdu ki, tez “Vremya”ya bax, bizi göstərirlər. 1990-cı ilin qanlı yanvarının şəhidlərinin dəfnindən 3 gün keçmiş səhi işə gedəndə yolda mənə dedi ki, biz bir az unutqan xalqıq, başımıza gətirilən müsibətləri çox tez unuduruq, bu qırğın barədə yazılan yazıları, efirlərdə səslənən materialları toplayaq bir kitab buraxaq. O dövr çox təhlükəli dövr idi—Bakıda komendat saatı, fövqəladə vəziyyət, rus ordusu şəhərdə… dərhalmişə başladıq və qısa müddətdə “Baku. Çyernıy Yanvar 1990” kitabı(əvvəlcə rus dilində, sonra Azərbaycan dilində) ərsəyə gəldi və rəhmətlik Elmira Qafarovanın maşını ilə aeroporta göndərdik, Elmira xanım aparıb SSRİ Ali Sovetinin sessiyasında paylatdırdı. Əjdər müəllim Vətəni pafosla yox, Vətən kimi sevirdi, milləti kiminsə xatirinə yox, millətin oğlu kimi sevirdi, kitabı Kitaba görə sevirdi. İlk dəfə Quranı tərcümə elətdirib nəşr etmək istəyirdik ki, tərcümə hazır olmamış, ömrü yarıda kəsildi, daha doğrusu, namərdlər tərəfindən kəsildi…onda özümə söz verdim ki, ruhunuz rahat olsun, bu müqəddəs işi yarımçıq qoymayacam və sözümə də əməl etdim: 1991-ci ildə Kiyevdə yüz min tirajla çap etdirib Bakıya gətirdim. Gələn kimi bir nüsxə götürüb məzarının üstə apardım. Sinə daşının üstünə qoyub arzusunun yerinə yetirildiyini çatdırmaq istədim. Ruhu şad olsun. Təəssüflər ki, belə ziyalılar həm çox az olur, həm də çox gec-gec yetişir.
Çox təəssüflər olsun ki, bu cür işıqli insana namərdlər konyuktura səbəbindən xain gülləsi açdılar. Heydər Əliyevin Moskvadan Bakıya gəlişinin qabağını almaq üçün…amma xainlər, namərdlər bilmədilər ki, tarixin təkərini döndərmək mümkün deyil. Sadəcə, səfəri bir az gecikdirməyə nail oldular. Heydər Əliyev gəldi və həm Əjdər müəllimin qatillərini, həm də sifarişçilərini ifşa etdirib tarixin zibilliyinə atdırdı. Əjdər Xanbabayev kimi kişinin qanı bata bilməzdi! Çünki o kişi haqqdan doğulmuşdu, haqq dünyasında da ən şərəfli yerlərdən birində əbədiyyən yaşayacaqdır, necə ki, qədirbilən dostlarının, yaxınlarının və ələlxüsus da ciyərparçası Afət Əjdər qızı Xanbabayevanın qəlbində! Ruhun şad olsun, əziz ustad, unudulmaz dost, görkəmli ictimai-siyasi xadim və kitab fədaisi!
Əlövsət Ağalarov
Sabiq millət vəkili
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qəzənfər Paşayevin doğum günüdür
Bu gün görkəmli alim, ədəbiyyatşünas, folklorşünas, publisist, yazıçı və tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Qəzənfər Məhəmməd oğlu Paşayevin doğum günüdür. Qəzənfər Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.Tovuz Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri kimi Qəzənfər müəllim cəmiyyətin fəaliyyətində, xüsusilə xeyriyyə və ictimai təşəbbüslərdə yaxından iştirak edir. Onun ağsaqqal sözü, ziyalılığı, xeyirxahlığı və doğma Tovuza bağlılığı hər zaman böyük hörmətlə qarşılanır.Qəzənfər müəllimin zəngin elmi və ədəbi yaradıcılığı, Azərbaycan folklorunun, xüsusilə İraq türkmanlarının ədəbi-mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində gördüyü böyük işlər Azərbaycan elminə və mədəniyyətinə dəyərli töhfələrdir.Tovuz Xeyriyyə Cəmiyyəti adından Qəzənfər müəllimi doğum günü...
27 Avqust 2026, 17:10
Mətbəxdə qaz sızması olduqda ilk olaraq nə etmək lazımdır?
Mətbəxdə qaz sızması baş verdikdə cəld, soyuqqanlı, doğru addımlar atmaq patlayış, yanğın risklərinin qarşısını alan ən vacib amildir. Təbii qaz qoxusuz olsa da, sızmanın dərhal hiss edilməsi üçün tərkibinə xüsusi kəskin qoxulu maddə əlavə olunur. Mətbəxdə bənzər spesifik qoxu hiss edildikdə panikaya düşmədən təhlükəsizlik qaydalarına dəqiq əməl olunmalıdır.Citypost.az xəbər verir ki, atılacaq ilk, ən təxirəsalınmaz addım qaz kəmərinin üzərindəki əsas ventili (kranı) dərhal bağlamaqdır. Qazın daxil olmasını kəsdikdən sonra məkanın havasını dəyişmək üçün pəncərələri, qapıları tam açmaq lazımdır. Bu, qazın konsentrasiyasını azaldaraq zəhərlənmə, patlayış təhlükəsini kəskin aşağı salır. Otaq havalandırılarkən daxildə olan şəxslər, xüsusən uşaqlar, yaşlılar dərhal məkandan xaric edilməlidir.Sızma...
27 Avqust 2026, 16:13
Qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə asaslanan əməkdaşlıq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsindən, mövcud əməkdaşlığın nəticələrindən və gələcək perspektivlərdən geniş bəhs etdi.Cənab Prezident İlham Əliyevin bəyanatında iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması istiqamətində konkret hədəflərin müəyyənləşdirildiyi diqqətə çatdırıldı. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ticarətlə məhdudlaşmır. Energetika,...
27 Avqust 2026, 16:04
Tofiq Hüseyn -İŞIQLI GECƏLƏR
Gecələr işığa bürünər aləm,Gecələr od yanar,ocaq qalanar.Gecə düşünər ki,gecə deyiləm,Hər evdən bir parça gündüz boylanar.Gecələr gecədən bir əlamət yoxDünyaya təptəzə baxmaq-gözəldir.Bir aləm gündüzə baxmaqdan da çoxBir parça gündüzə baxmaq-gözəldir.Yağar düzənlərə nur ətək-ətəkGöylərin yerlərlə yarışımı var.Tələsən maşınlar Prometey təkElə bil zülmətə od qaçırarlar.Gecə sevdiyim qız gələr görüşəMənim gözlərimdə sökülər al dan.Qəlbimə od düşər,gur işıq düşərOnun kəlməsindən,pıçıltısından.Gecələr kədəri-qəmi unudubDinər ürəklərdə məhəbbət simi.İşıqlar gecənin əlindən tutubOnu ötürərlər səhərə kimi....
27 Avqust 2026, 13:05
Çoxlarımız gəncliyimizdə Payızı sevmirik.... Ramidə Yaqubqızı yazır
Həqiqətən də, hər şeyin öz vaxtı, vədəsi var. Zamanı gələndə istəsən də, istəməsən də baş verir. Bu, həyatın, təbiətin qanunudur. Havalar yavaş-yavaş sınmağa başlayır. Nə qədər Günəş öz hökmünü göstərməyə çalışsa da, işıldayıb torpağa od ələmək istəsə də, hava o hava deyil. Haradasa uzaqlardan payızın qoxusu gəlir. Hiss edirsən ki, çoxu gedib, azı qalıb. Yayın da vaxtına çox qalmayıb. Daha o yandırıcı istilər də öz effektini, gücünü itirir. Müvəqqətidir, son çırpınışlarıdır. Neyləsədə, necə etsə də getmək məcburiyyətindədir. Deməli, bir Yayı da beləcə yola salırıq. Ömürdən, gündən gedir. Necə gedir, hansı izləri qoyur, daha o, bizə aiddir. Özümüz bilirik. Kiminə xoş, kiminə də naxoş...Amma...
27 Avqust 2026, 12:50
AY MAŞALLAH! -Sərdar Şəmsiyev yazır
Mediada məlumatlar yayılıb ki, guya məşhur dolalayçımız POLAD BÜLBÜLOĞLU dördüncü dəfə evlənib...AMMA...Azərbaycanın Xalq artisti, bəstəkar və deputat POLAD BÜLBÜLOĞLU rəsmi olaraq iki dəfə ailə həyatı qurub.Onun evlilikləri barədə məlumatlar aşağıdakı kimidir:Birinci həyat yoldaşı — BELA RUDENKO: Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti olub. Polad Bülbüloğlundan 12 yaş böyük olan Bela xanım (2021-ci ildə vəfat edib) ilə evlilikdən sənətkarın Teymur adlı bir oğlu dünyaya gəlib.İkinci həyat yoldaşı — GÜLNARƏ ŞIXƏLİYEVA: Polad Bülbüloğlu onunla 1997-ci ildə ailə həyatı qurub. Bu evlilikdən sənətçinin Leyla adlı bir qızı və Murtuza adlı bir oğlu var.Son iddialar haqqında:Mediada Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və əməkdar artist, rəqqasə ETERİ CƏFƏROVA...
27 Avqust 2026, 12:11