Bizə yazın

Baku

-°C

USD

-

QAÇAQ NƏBİ VƏ HƏCƏRİN ETNİK KİMLİYİ  

Cəmiyyət 23 Avqust 2026, 14:11

359

Bu gün Qaçaq Nəbi və onun ömür gün və döyüş yoldaşı Həcər xanımla bağlı müzakirələrdə bəzi şəxslər onları “kürd” olaraq adlandırırlar. Əzizlərim nə Nəbi, nə də Həcər kürd millətinə aid olmayıblar. Lap belə olsalar da kürd olmaq mərd olmaq deməkdir. Kürd də bu torpağın övladıdır və onlar bizim əbədi və çiyin söykədiyimiz qonşularımız, can qardaşlarımızdır. Lakin həqiqət mənim dostumdur deyərək əminliklə yazıram ki, Qaçaq Nəbi və Həcər tər təmiz türk olublar.

Birinci  Nəbinin yaşadığı Mollu kəndinin sakinlərinin kürdlərlə heç bir bağlılığı yoxdur. Bəri başdan deyim ki, qəzanın 51 min sakinindən yalnız 3 mini kürd olub. 34 min adamı dəf-dolaqla kürd elan ediblər, çünki kürdcə bir kəlmə də bilməyiblər, ana dilləri türkcə olub. 1926-cı ildə də Qubadlı camaatı eyni cür davranıb. Qəzanın Qubadlı dairəsinin 13 min 533 sakinindən 13 min 367-si milliyyətini türk olduğunu bəyan edib, dairədə 1 kürd və 1 rus yaşayıb, 162 də erməni olub. 1897-ci il Ümumdünya Rusiya İmperiyası əhalisinin siyahıyaalınmasında Zəngəzur qəzası üzrə əhalinin ana dili "tatar (azərbaycan)" dili kimi qeydə alınmışdır.

(MƏNBƏ: Первая всеобщая перепись населения Российской империи 1897 г. / под ред. Н.А. Тройницкого. – СПб.: изд. Центрального статистического комитета МВД, 1904. – Т. 63: Елизаветпольская губерния. – С. 1–3, 50–53.)

Ermənilər də ruslar da  Nəbinin də, Həcərin də türk olduğunu çox gözəl bilirlər. Çünki bizdən fərqli olaraq sənədlərdən çox yaxşı xəbərdardıqlar. Və o sənəd Kirovun təmtəraqla Kürdüstan qəzası adlandırdığı rayonlarımızda 1926-cı ildə aparılmış siyahıyaalmadır.

Eyni zamanda XIX əsrin sonlarında Yelizavetpol (Gəncə) quberniyasının polis və qəza idarələrinin hesabatlarında, eləcə də "Кавказъ" qəzetində bölqənin yerli əhalisi olan azərbaycanlılar o dövrün rus terminologiyasına uyğun olaraq qafqaz tatarları və ya "müsəlman" kimi qeyd olunurdu. Nəbi və Həcər barəsindəki rəsmi arxiv işlərində də onların mənsubiyyəti Zəngəzur qəzasının Mollahəsənli və Aşağı Mollu kəndlərindən olan "tatar/müsəlman" sakinləri kimi göstərilir.

Gori Müəllimlər Seminariyasının məzunu P. Vostrikov və digər XIX əsr etnoqraflarının Zəngəzur mahalındakı qaçaq hərəkatı ilə bağlı yazılarında Nəbi və Həcərin mənsub olduğu kəndlərin, tayfaların və iştirak etdikləri hadisələrin birbaşa yerli türk əhalisi ilə bağlı olduğu aydın şəkildə qeyd edilir. 

(MƏNBƏ: Востриков, П. А. Музыка и песня у татар Елизаветпольской губернии // Сборник материалов для описания местностей и племен Кавказа. Вып. 42. – Тифлис: Типография Канцелярии Наместника Его Императорского Величества на Кавказе, 1912. – Отд. II.) 

Tiflis Mülki Qubernatorunun dəftərxanasının "Nəbi dəstəsi" haqqındakı məxfi axtarış işlərində onların dili və mənsub olduğu kəndli təbəqəsi təsvir edilərkən yazılır:

"Quldur dəstəsinin rəhbəri Nəbi və onun arvadı Zəngəzur qəzasının tatar [türk] kəndlərinin sakinləridir, yerli tatar dialektində danışırlar..."

(MƏNBƏ: Центральный государственный исторический архив Грузии (ЦГИАГ). – Ф. 13 (Канцелярия Тифлисского гражданского губернатора). – Оп. 1. – Д. 2415 (Дело о разбойнике Наби и его шайке, 1893–1896 гг.). – Л. 12–15.)

 Çar Rusiyasının 3-cü şöbə və Qafqaz Canişinliyinin polis idarəsinin onları axtarışa verdiyi məlumatda yazılır:

“Nəbi və Həcər Zəngəzur qəzasının Mollahəsənli tatar [türk] kəndindən olan müsəlmanlardır və  "tatar dilində" (yəni Azərbaycan türkcəsində) danışırlar”

(MƏNBƏ: Azərbaycan Dövlət Tarix Arxivi (ADTA). – F. 44 (Yelizavetpol Quberniya İdarəsi). – Siyahı 1. – İş 582 (Zəngəzur qəzasında qaçaq Nəbi və onun dəstəsinin axtarışı barədə kargüzarlıq işi, 1894–1896-cı illər). – Vərəq 45–48.) 

Qeyd edim ki, Nəbi tez-tez Osmanlı sərhədini  keçdiyi üçün Osmanlı sərhəd paşaları və Bəyazid mutasarrıflığı İstanbula  mütəmadi rəsmi teleqramlar göndərirdi. Osmanlı sənədlərində Rusiyadan sərhədi keçən qaçaqlar "İran və Rusiya təbəəliyyətində olan Azərbaycan tərəkəmələri" və ya "Zəngəzur türkləri" kimi qeyd olunur.

(MƏNBƏ: T.C. Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı Osmanlı Arşivi (BOA). – Dahiliye Nezareti Seyrüsefer Kalemi (DH. SFR.). – Dosya 214. – Evrak 88 (Zengezur ve Revan vilayetlerinden Osmanlı hududuna geçen Türk kaçak grupları hakkında takrir, 1312/1895)

Nəbinin haqqında Sankt-Peterburqda çıxan "Kavkaz" qəzeti və xarici jurnallar Zəngəzur qaçaq hərəkatı haqqında məqalələr dərc edirdi. Jurnalistlər və regionda olan  rus səyyahları yerli əhalini təsvir edərkən onların "Qafqaz türkləri"  olduğunu xüsusi vurğulayırdılar.

(MƏNBƏ: Газета «Кавказ». – Тифлис, 1895. – № 182 (12 июля). – С. 2–3. https://dspace.nplg.gov.ge/ ) 

Nəbinin dəstəsindəki digər şəxslər (məsələn, İman, Mehdi, Niyaz və b.) və onlara sığınacaq verən Zəngəzur, Naxçıvan və Qarabağ kəndlərinin əhalisi tamamilə türk-müsəlman əhalisindən ibarət idi. 

Bir sözlə "Qaçaq Nəbi və Həcərin etnik mənsubiyyəti Rusiya polis kargüzarlığında "tatar", Osmanlı diplomatik yazışmalarında Zəngəzur türkləri, hərbi-statistika nəşrlərində isə Türk-Oğuz soyuna mənsub şəxslər kimi qeyd edilib. 

Sərdar bəydən xahiş edirəm ki, daha bu məsələyə son qoysun. Onlar kürd yox, türk olublar. 

Prof.Dr. Zaur Aliyev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Memoriat: TANRININ GÖNDƏRDİYİ PUL

Mən ali məktəbdə atalı-analı yetim kimi oxumuşam, yəni evdən ciddi maddi dəstək görməmişəm. Elə birinci kursun ikinci ayında kəndə gəldim ki, evdən pul götürəm. Atam dedi, çətinlikdi, oxuma, anam ona etiraz etdi. Bu heys-beysdə kiçik qardaşım ocaqda qaynayan kartof qazanının üstünə yıxıldı, sifəti yandı. Yaranmış vəziyyətdə özümü günahkar bilib, iri paltar çemodanımı götürdüm və yola çıxdım.Əlbəttə, qardaşım sonralar müalicə olundu və sifətində yanıqdan əsər-əlamət qalmadı. Hadisə baş verən gün nənəm əmimi axtarıb tapdı və ondan 13 manat alıb mənə göndərdi. Pulun 4 manatını avtobus sürücüsünə verdim, doqquz manatla Bakıya gəlib çıxdım.Bir müddət sonra pulum tükəndi, Yasamalın döşündə yerləşən yataqxanadan endim...

23 Avqust 2026, 14:04

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib 

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib....

23 Avqust 2026, 13:56

 Şahmar Ələkbərovun doğum günüdür

Bu gün Azərbaycan mədəniyyət və incəsənətinin əfsanəvi nümayəndəsi, həm aktyor, həm ssenarist, həm rejissor, həm də dublaj sənətçisi kimi qısa ömründə mədəniyyətimizə dəyəri ölçüyəgəlməz töhfələr vermiş böyük sənətkar, Azərbaycan SSR-in xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun doğum günüdür. 1943-cü ilin bu günü Gəncədə dünyaya göz açan sənətkar kino və dublyaj sənətindəki yorulmaz fəaliyyəti, oynadığı və səsləndirdiyi rollarla xalqımızın qəlbində taxt qurmuş, adını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırmışdır. "Dağlarda döyüş", "Arxadan vurulan zərbə", "Babək" kimi filmlərdə oynadığı rollarla əfsanələşən sənətkar "Qanlı zəmi" filmində yaradıcılığının son illərində oynadığı  “İbiş” rolu ilə həm müsbət, həm də mənfi rolun necə ustalıqla oynanıla biləcəyini göstərdi....

23 Avqust 2026, 13:34

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib 

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.CityPost.az  xəbər verir ki, "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

23 Avqust 2026, 13:11

Bu adamların hamısı təfəkkürcə Məhəmmədhəsən əmidir - FAZİL MUSTAFA 

Orta əsrlər Azərbaycan tarixinin görkəmli simalarından olan Şah İsmayıl Xətai haqqında fikirləri ilə gündəmə gələn deputat Fazil Mustafa Hafta.az-a müsahibə verib.Düzdür, müsahibimiz suallarımızın əsas mahiyyətindən yayınmağa, konteksdən uzaqlaşmağa çalışa da, onun cavablarını olduğu kimi təqdim edirik.- Azərbaycan tarixini tədqiq edən, Şah İsmayıl Xətainin Azərbaycan xalqının böyük oğlu olduğunu elmi araşdırmalarla təsdiq etməyə çalışan saysız-hesabsız tarixçiyə qarşı çıxan Fazil Mustafanın Xətaiyə münasibəti şəxsi fikirlərdən doğur, yoxsa tarixi-elmi faktlara söykənir? Əgər faktlardan irəli gəlirsə, mənbələr barədə danışa bilərsinizmi?- Hər bir tarixçinin tarixi mənbələr üzrə hansısa dövrün proseslərini araşdırma haqqı var və bu da əslində, onun əsas işidir. Ama mənbələr üzrə araşdırdığı tarixi...

23 Avqust 2026, 13:04

Dadaş Bünyatzadə kimdir? -Orxan Saffari yazır

Dadaş Bünyadzadə küçəsi şəhərin aktiv küçələrindən biridir. O cümlədən, elə Dadaş Bünyadzadənin özü də bolşevizmə aktiv xidmət edən, Cümhuriyyətin süquta uğramasına çalışan tarixi simalardandır. Başqa sözlə, o, Azərbaycanda kommunist təşkilatlanmasının üç əsas simasından biridir. Bəs görəsən, onun çirkin əməllərinə nələr daxildir?Bünyadzadə 1920-ci il 11–12 fevralda Bakıda keçirilən Azərbaycan kommunist təşkilatlarının I qurultayında Bakı Komitəsi, Hümmət və Ədalətin birləşməsi nəticəsində yaradılan Azərbaycan Kommunist Partiyasının formalaşmasında fəal iştirak edib. Bundan başqa, AXC-yə qarşı silahlı mübarizənin hazırlanmasında da biləvasitə canla-başla iştirak edib.Xain xidmətinə görə, qurultaydan sonra Bünyadzadə hərbi-inqilab qərargahının və onun əməliyyat qurumunun üzvü də seçilib. Bünyadzadə eyni zamanda fəhlə döyüş dəstələrinin təşkilinə və silahlandırılmasına rəhbərlik edirdi. Şübhəsiz, Bünyadzadənin...

23 Avqust 2026, 12:01