AĞAC KİMİ KƏSİN MƏNİ...
Söz adamı 27 Avqust 2026, 11:41
418
Ağac kimi kəsin,
doğrayın məni...
Uzanıb kədərin
caynaqları ,
qartal caynağı kimi
didib-parçalayır
ömrümü.
Sıxmayın ürəkləri,
kəsin! Kəsin!
Kəsin məni!..
Ağac kimi kəsin,
doğrayın məni..
Çağırın bağbanı,
odunçunu çağırın...
Əlindəki mişarla
kəssin, doğrasın məni.
Bəlkə budaqlarımda
qalan son ümid də
torpağa səpilsin...
İtib ümidin izləri,
sönüb yolların işığı.
Ürəyimdə bir hikmət
daşı ağlayır
səssiz-səssiz..
Sanki illərin yükünü
sinəsində daşıyır.
Baxıb pəncərələrdən
yazığınız gəlməsin...
Ey düşünən baxışlar,
ey susan gözlər!
Mənim ağrımı
mərhəmətlə yox,
ürəklə anlayın siz!....
Ağac kimi
kəsin, doğrayın məni...
Dəryalar, dənizlər
gözümün yaşı...
Gecənin tənhalığında
qoy ay da, ulduzlar da
mənim halıma yansın.
Ay baxsın yaralarıma,
ulduzlar saysın
qopmuş budaqlarımı...
Yarpaqlarım var idi,
küləklərə əmanət etdim.
Meyvələrim var idi...
illərə payladım.
İndi kötüyüm qalıb...
Kötüyümdə acı,
torpağımda xatirə,
kölgəmdə bir ömür var.
Qurdlar da var,
böcəklər də...
Çürümüş budaqları
didənlər də var.
Amma bilmirlər ki,
ağacın kökü
torpağın dərinliyində
hələ yaşayır...
Məni kəsə bilərsiniz,
doğraya bilərsiniz,
budaqlarımı yandıra
bilərsiniz
amma kökümü
torpaqdan çıxara
bilməzsiniz!
Çünki mən
təkcə bir ağac deyiləm...
Mən bir ömrəm
yarpaqlarım xatirələrim,
meyvələrim arzularım,
budaqlarım sevdiklərim,
köküm isə
ayaqda qalmaq
inadım...
Kəsin!..Kəsin!...
Ağac kimi kəsin məni!..
Amma unutmayın:
torpağa düşən hər toxum
bir gün yenidən cücərir.
Bəlkə də
mənim doğranmış ömrümdən
bir gün
yeni bir ağac bitəcək...
O ağacın
ilk yarpağında
mənim adım yazılacaq....
Müəllif: Gülmaya Feyruzqızı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Belə-belə baxa qaldı gözlərim - Cavid Qurbanovun şeiri
Baxıb bu dünyaya baxdı və gördü,Gözəllik tək səndə gördü gözlərim.Baxdı çox dalınca, boylanıb durdu,Belə-belə baxa qaldı gözlərim.Bir gün sənsiz qaldı özü dünyanın,Bir gün sənsiz qaldı gözü dünyanın.Deməyə qalmadı sözü dünyanın,Mənimsə gizlicə doldu gözlərim.Sən gedən yolları gözlədim yenə,Axşamı səhərə bağladım yenə.Adını ürəkdə saxladım yenə,Səni görməsə də, gördü gözlərim.Bir xəfif küləkdə səsin var kimi,Yağış pəncərəmdə izin var kimi.Səhər başdan-başa sən varmış kimi,Arxanca kölgəyə döndü gözlərim.Nə qədər yol getdim, yol sənə çıxdı,Nə qədər gül gördüm, gül sənə baxdı.Ay doğdu, elə bil göylər darıxdı,Aya baxa-baxa yandı gözlərim.Sən gedən yolları gözlədim yenə,Axşamı səhərə bağladım yenə.Adını ürəkdə saxladım yenə,Səni görməsə də, gördü gözlərim.Bəlkə bir gün yenə...
27 Avqust 2026, 12:33
Daş - Sakit Şəkilinin şeiri
Hardasa alnıma bir daş yazılıb,Üzü Nəsimitək soyulacaqdır.Həyatı bir tükdən asılı qalıb,Bir gün qəbrim üstə qoyulacaqdır.O daş, daşlar içrə salıb vəlvələ,O daş ölümünə inanmır hələ.Ərşimi görəndə, dönüb heykələ,O da mənim kimi quruyacaqdır.Həyat dəryasında batanda gəmim,Gəlib yetişəndə axır qismətim.Kədərli bir şəklim, tarixim mənim,O daşın üstündə oyulacaqdır.Əzəldən belədir, bu həyat əlbət,Axıb göz yaşıyla gedir məhəbbət.O daş göstərərək əsil sədaqət,Mənimlə baş - başa uyuyacaqdır.Beləcə qurtarır həyat oyunu,İnsan tez unudur ölən qohumu.Qəbrimi dolaşan qərib ruhumu,Şeytandan, iblisdən qoruyacaqdır.Eşidib naləsin qara torpağın,Dözər şaxtasına çovğunun, qarın.Yağışı, dolunu eyləyib narın,Qəbrimin başını suluyacaqdır.Əzrayıl alanda bir vaxt canımı,Beş arşın ağ ilə allam payımı.Torpağın altında ağrılarımı,Yalnız o anlayıb, o duyacaqdır.İllər ötər, tarix...
27 Avqust 2026, 12:08
Azərbaycana xəyanət edən ziyalı -Orxan Saffari yazır
Obrazlı desək, Ruhulla Axundov Azərbaycana xainlik edənlər arasında ən savadlı adamlardan idi. O, Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının birinci katibi olub. Etdiyi bütün iyrənc əməllərə baxmayaraq, onun ədəbi-elmi fəaliyyətin siyasi fəaliyyətindən ayrıdır və qiymətləndirilməlidir. Belə ki, Ruhullq Axundov Azərbaycan dilinin elmi terminologiyasını hazırlayıb. Ancaq eyni zamanda latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini də Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.Bu səbəbdir ki, hətta 1954-cü ildə Mircəfər Bağırov dindirilən vaxt Ruhuıla Axundovun həbsinə Stalindən icazə istədiyini xatırladıb və demişdi ki, Stalin əvvəlcə Bağırovdan onu əvəz edəcək, Azərbaycan dilini...
26 Avqust 2026, 15:56
Ədəbiyyatımızın ögey balası...
Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür,...
26 Avqust 2026, 10:12
Gözlərin dəryasında qərq olan ömür: Zöhrab Mehdidən "Ürəyimi qoyum"
Ürəyimi qoyum Səhərtək açıl, istəsənAxşam kimi düş, üzümə!Çiçəktək saçıl, istəsənYaz kimi çök, qış üzümə!At başını, at üstünəYastıq elə də, sinəmi!Elə, nə desən razıyam -Şah da, kölə də... sinəmi!Kirpiklərini də qaldırÇalxansın dərya gözlərin!Ya qərq etsin məni, ya da...Gözlərin var ya, gözlərin!...Başı batmasın, başı daSənin keçdiyin küçənin!Bilmədimi kim olduğun Gəlib burdan da, keçənin?!Ayaq basdığın yer var haa...Axı, necə doyum ora!Gözləyirəm, sən qoy götür ...Ürəyimi qoyum ora! (Z.M)...
25 Avqust 2026, 17:33
Fikrət Qocanın doğum günüdür
Bu gün böyük şair, böyük insan Fikrət Qocanın doğum günüdür.Lap cavan vaxtlarımdan biz həmişə bir yerdə olduq. Taleyimizdə oxşarlıqlar çox idi - hər ikimiz metro tikintisində fəhləlikdən başlamışdıq. Sonra Moskvada tələbəlik həyatımız... Hər ikimiz məşhur rus şairi Lev Oşaninin sinifində oxumuşduq. Hər ikimiz Oşaninin sevimli tələbəsi olmuşduq. Hər şıltaqlığımıza dözürdü, hər çətinliyimizi yoluna qoyurdu.O zamanlar Fikrət müəllim tez-tez Moskvaya gələrdi. Mümkünsüz idi məni tapmasın. Çox vaxt məşhur mehmanxanalarda yerini boş qoyub gəlib tələbə yataqxanasında yanımda qalardı. Bakıya qayıdandan sonra təqribən 2 il Yazıçıların Şüvəlan yaradıcılıq evində işlədim. Bakıda mənzil alandan sonra gedib-gəlməyin dərdindən işdən çıxdım yazı-pozu ilə məşğul olmağa başladım. O...
25 Avqust 2026, 17:14