Bizə yazın

Baku

-°C

USD

-

Çoxlarımız gəncliyimizdə Payızı sevmirik.... Ramidə Yaqubqızı yazır

Cəmiyyət 27 Avqust 2026, 12:50

2536

Həqiqətən də, hər şeyin öz vaxtı, vədəsi var. Zamanı gələndə istəsən də, istəməsən də baş verir. Bu, həyatın, təbiətin qanunudur. Havalar yavaş-yavaş sınmağa başlayır. Nə qədər Günəş öz hökmünü göstərməyə çalışsa da, işıldayıb torpağa od ələmək istəsə də, hava o hava deyil. 

Haradasa uzaqlardan payızın qoxusu gəlir. Hiss edirsən ki, çoxu gedib, azı qalıb. 

Yayın da vaxtına çox qalmayıb. Daha o yandırıcı istilər də öz effektini, gücünü itirir. Müvəqqətidir, son çırpınışlarıdır. Neyləsədə, necə etsə də getmək məcburiyyətindədir. 

Deməli, bir Yayı da beləcə yola salırıq. Ömürdən, gündən gedir. Necə gedir, hansı izləri qoyur, daha o, bizə aiddir. Özümüz bilirik. Kiminə xoş, kiminə də naxoş...

Amma qarşıda qızılı Payız var. Fəsillərin bərəkəti, dadı-duzu. Biraz çılğın, biraz dəli, biraz da sakiti. Kövrək notlar üzərində gəzişən bu fəsil, insan ruhunun dincliyi, rahatlığıdır. 

Məsələn, payızda yağan yağış digər fəsillərdə yağan qədər romantik olmur. Elə bil, içindəki bütün ağrılar, sızıltılar və sıxıntılar yağan yağışlarla birləşir. 

Havada bir eşq qoxusu var misalı da bu fəslin boyuna biçilib. Payız eşq fəslidir, məhəbbət havasıdır. Nə qədər sevdalar göyərir bu çağda. Əbəs yerə Payızı toylar fəsli adlandırmırlar. Xoşbəxtlik çağı, sevgilərin, eşqlərin qovuşduğu məqamdır, vaxtdır. Mənə belə gəlir ki, əsl eşqlər də elə bu fəsildə başlayır. Məqamın ovqatı, romantikliyi sevənləri öz ağuşuna alır. 

Şairlərin ən kövrək şeirləri, bəstəkarların ən həzin musiqisi, sevgilərin ən alisi də bu çağda yaranıb desəm, yanılmaram yəqinki. 

Hər budaqdan üzülən saralmış yarpaqlar torpağa qovuşduqca xatirəyə dönür. Çiçəklərin köksünə düşən şeh, son tumurcuqlarını da təslim etməyə çalışan çiçək, əlçatmaz yerlərdə yetişib, dərilməsini gözləyən meyvə də insana sığınır elə bil. 

Payız hər halı ilə gözəldir. Çoxlarımız gəncliyimizdə Payızı sevmirik. Amma zaman keçdikcə, yaş üstünə yaş gəldikcə, vuruluruq bu fəsilə. Özü kimi bizi də romantikaya kökləyir. Ruhumuz dinclik, sakitlik axtarır. Ən kritik anlarda arzulayırıq ki, kaş uzaqda, meşənin içində bir daxma olaydı. Payız yağışlarında islanıb, qaçaydıq o bacasından burula-burula tüstü qalxan komaya. Pəncərə önündə oturub, damlaların səsinə qulaq asaydıq. Sobada yanan odunun çırtaçırtla yanması, çöldə islanmış sərçələrin civiltisi də xoş təsir göstərəydi bizə. Arada güruldayıb, hökmünü, gücünü torpağa göstərməyə çalışan şimşəklərin səsindən də qorxmayaydıq. 

Payız sevgi fəslidir...

Ramidə Yaqubqızı

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tofiq Hüseyn -İŞIQLI GECƏLƏR

Gecələr işığa bürünər aləm,Gecələr od yanar,ocaq qalanar.Gecə düşünər ki,gecə deyiləm,Hər evdən bir parça gündüz boylanar.Gecələr gecədən bir əlamət yoxDünyaya təptəzə baxmaq-gözəldir.Bir aləm gündüzə baxmaqdan da çoxBir parça gündüzə baxmaq-gözəldir.Yağar düzənlərə nur ətək-ətəkGöylərin yerlərlə yarışımı var.Tələsən maşınlar Prometey təkElə bil zülmətə od qaçırarlar.Gecə sevdiyim qız gələr görüşəMənim gözlərimdə sökülər al dan.Qəlbimə od düşər,gur işıq düşərOnun kəlməsindən,pıçıltısından.Gecələr kədəri-qəmi unudubDinər ürəklərdə məhəbbət simi.İşıqlar gecənin əlindən tutubOnu ötürərlər səhərə kimi....

27 Avqust 2026, 13:05

AY MAŞALLAH!  -Sərdar Şəmsiyev yazır

Mediada məlumatlar yayılıb ki, guya məşhur dolalayçımız POLAD BÜLBÜLOĞLU dördüncü dəfə evlənib...AMMA...Azərbaycanın Xalq artisti, bəstəkar və deputat POLAD BÜLBÜLOĞLU rəsmi olaraq iki dəfə ailə həyatı qurub.Onun evlilikləri barədə məlumatlar aşağıdakı kimidir:Birinci həyat yoldaşı — BELA RUDENKO: Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti olub. Polad Bülbüloğlundan 12 yaş böyük olan Bela xanım (2021-ci ildə vəfat edib) ilə evlilikdən sənətkarın Teymur adlı bir oğlu dünyaya gəlib.İkinci həyat yoldaşı — GÜLNARƏ ŞIXƏLİYEVA: Polad Bülbüloğlu onunla 1997-ci ildə ailə həyatı qurub. Bu evlilikdən sənətçinin Leyla adlı bir qızı və Murtuza adlı bir oğlu var.Son iddialar haqqında:Mediada Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və əməkdar artist, rəqqasə ETERİ CƏFƏROVA...

27 Avqust 2026, 12:11

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik 

Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.CityPost.az-ın  məlumatına görə, təbrikdə deyilir:"Hörmətli xanım Prezident,Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına...

27 Avqust 2026, 11:39

 Vasim Məmmədəliyevin doğum günüdür

27 avqust şərqşünas-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, BDU-nun İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyevin doğum günüdür.CityPost.az  xatırladır ki,Vasim Məmmədəliyev  1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant.1978-ci ildən professor olmuşdur.1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri...

27 Avqust 2026, 11:36

Unudulmaz unudulmuşlar silsiləsindən

Bu gün xalqımızın görkəmli tarixçilərindən və şərqşünaslarından biri, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi(1962-2004) və müdiri(2001–2004), Cənubi Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçısı, tarix elmləri doktoru, professor Seyidağa Onullahi (1925–2004) dünyaya gəlmişdir.Seyidağa Mironullah oğlu Onullahi 1925-ci il avqustun 26-da Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdir. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında fəal iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Şimali Azərbaycana pənah gətirmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri,...

27 Avqust 2026, 10:19

Daha atdan düşün, a bəy, bu xalqın da sizi təftiş etməyə haqqı var...  

Xalq çaşbaşlıq içində. Görəsən, dünənə qədər  örnək olan şəxsiyyətləri — Şah İsmayıl Xətaini, Babəki, Koroğlunu, Qaçaq Nəbini, M.F. Axundzadəni, Səməd Vurğunu və başqalarını hədəf seçməyin kökündə nə durur? Bu, bir mənəvi təxribatdırmı, yoxsa bəzi ziyalılarımızın Azərbaycana düşmən mövqedə dayanan ölkələrin mənbələrindən gen-bol istifadə etməyindəndirmi?!Axı hər bir millətin tarixi onun şərəfidir. Şah İsmayıl Xətai böyük bir ərazidə Azərbaycan adlı nəhəng dövlət qurdu, dağınıq tayfaları birləşdirdi, doğma ana dili, sərkərdəlik nümunəsi qoyub getdi. Babək qırx il boyunduruq altında yaşamaqdansa, bir gün azad yaşamağın şirinliyini öyrətdi. Bəs bu xalq sizdən nəyi öyrənəcək, hər kəs əlinə bir qara boya alıb tarixi keçmişimizi silib boşluğa...

27 Avqust 2026, 10:15