Qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə asaslanan əməkdaşlıq
Cəmiyyət 27 Avqust 2026, 16:04
610
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsindən, mövcud əməkdaşlığın nəticələrindən və gələcək perspektivlərdən geniş bəhs etdi.
Cənab Prezident İlham Əliyevin bəyanatında iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması istiqamətində konkret hədəflərin müəyyənləşdirildiyi diqqətə çatdırıldı. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ticarətlə məhdudlaşmır. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı, emal və bankçılıq kimi çoxsaylı sahələrdə birgə layihələr həyata keçirilir.
Bəyanatın mühüm məqamlarından biri də Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlər oldu. Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkənin qarşılıqlı investisiyaları artıq mühüm nəticələr verməkdədir. Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə Azərbaycanda həyata keçirdiyi layihələr iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, ölkələr arasında neft-qaz kəşfiyyatı sahəsində əməkdaşlığın da yeni mərhələyə keçdiyi bildirildi.
Azərbaycan-Özbəkistan münasibətlərində nəqliyyat və tranzit əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Möhtərəm Prezident çıxışında Trans-Xəzər nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsinin vacibliyi vurğulandı. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm rola malik olduğu qeyd edildi. Bu istiqamətdə görüləcək işlər hər iki ölkənin beynəlxalq nəqliyyat və ticarət imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.
Ölkə başcısı çıxışında humanitar və mədəni əlaqələrin də Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm hissəsi olduğunu qeyd etdi. Bu baxımdan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin Daşkənddə yeni binasının açılması xüsusi əhəmiyyət daşıyır. Həmçinin iki xalqın böyük mütəfəkkirləri Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə layihələrin həyata keçirilməsi mədəni əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən quruculuq işlərində Özbəkistanın iştirakı da yüksək qiymətləndirildi. Cənab İlham Əliyev Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisinə və Xankəndidə tikiş fabrikinə investisiya yatırmasına toxundu. Bu layihələr iki qardaş ölkə arasındakı həmrəyliyin və qarşılıqlı dəstəyin konkret nümunələri kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin genişlənməsinin strateji əhəmiyyəti də xüsusi vurğulandı. Dövlət başçısı Azərbaycanla Mərkəzi Asiyanın böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi məkan olduğunu bildirdi. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsi ölkəmizin beynəlxalq və regional mövqelərinin daha da möhkəmlənməsinə imkan yaradır.
Beləliklə, 23 avqust 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanda mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər və müəyyənləşdirilən yeni layihələr iki qardaş ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır. Bu səfər Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mətbəxdə qaz sızması olduqda ilk olaraq nə etmək lazımdır?
Mətbəxdə qaz sızması baş verdikdə cəld, soyuqqanlı, doğru addımlar atmaq patlayış, yanğın risklərinin qarşısını alan ən vacib amildir. Təbii qaz qoxusuz olsa da, sızmanın dərhal hiss edilməsi üçün tərkibinə xüsusi kəskin qoxulu maddə əlavə olunur. Mətbəxdə bənzər spesifik qoxu hiss edildikdə panikaya düşmədən təhlükəsizlik qaydalarına dəqiq əməl olunmalıdır.Citypost.az xəbər verir ki, atılacaq ilk, ən təxirəsalınmaz addım qaz kəmərinin üzərindəki əsas ventili (kranı) dərhal bağlamaqdır. Qazın daxil olmasını kəsdikdən sonra məkanın havasını dəyişmək üçün pəncərələri, qapıları tam açmaq lazımdır. Bu, qazın konsentrasiyasını azaldaraq zəhərlənmə, patlayış təhlükəsini kəskin aşağı salır. Otaq havalandırılarkən daxildə olan şəxslər, xüsusən uşaqlar, yaşlılar dərhal məkandan xaric edilməlidir.Sızma...
27 Avqust 2026, 16:13
Tofiq Hüseyn -İŞIQLI GECƏLƏR
Gecələr işığa bürünər aləm,Gecələr od yanar,ocaq qalanar.Gecə düşünər ki,gecə deyiləm,Hər evdən bir parça gündüz boylanar.Gecələr gecədən bir əlamət yoxDünyaya təptəzə baxmaq-gözəldir.Bir aləm gündüzə baxmaqdan da çoxBir parça gündüzə baxmaq-gözəldir.Yağar düzənlərə nur ətək-ətəkGöylərin yerlərlə yarışımı var.Tələsən maşınlar Prometey təkElə bil zülmətə od qaçırarlar.Gecə sevdiyim qız gələr görüşəMənim gözlərimdə sökülər al dan.Qəlbimə od düşər,gur işıq düşərOnun kəlməsindən,pıçıltısından.Gecələr kədəri-qəmi unudubDinər ürəklərdə məhəbbət simi.İşıqlar gecənin əlindən tutubOnu ötürərlər səhərə kimi....
27 Avqust 2026, 13:05
Çoxlarımız gəncliyimizdə Payızı sevmirik.... Ramidə Yaqubqızı yazır
Həqiqətən də, hər şeyin öz vaxtı, vədəsi var. Zamanı gələndə istəsən də, istəməsən də baş verir. Bu, həyatın, təbiətin qanunudur. Havalar yavaş-yavaş sınmağa başlayır. Nə qədər Günəş öz hökmünü göstərməyə çalışsa da, işıldayıb torpağa od ələmək istəsə də, hava o hava deyil. Haradasa uzaqlardan payızın qoxusu gəlir. Hiss edirsən ki, çoxu gedib, azı qalıb. Yayın da vaxtına çox qalmayıb. Daha o yandırıcı istilər də öz effektini, gücünü itirir. Müvəqqətidir, son çırpınışlarıdır. Neyləsədə, necə etsə də getmək məcburiyyətindədir. Deməli, bir Yayı da beləcə yola salırıq. Ömürdən, gündən gedir. Necə gedir, hansı izləri qoyur, daha o, bizə aiddir. Özümüz bilirik. Kiminə xoş, kiminə də naxoş...Amma...
27 Avqust 2026, 12:50
AY MAŞALLAH! -Sərdar Şəmsiyev yazır
Mediada məlumatlar yayılıb ki, guya məşhur dolalayçımız POLAD BÜLBÜLOĞLU dördüncü dəfə evlənib...AMMA...Azərbaycanın Xalq artisti, bəstəkar və deputat POLAD BÜLBÜLOĞLU rəsmi olaraq iki dəfə ailə həyatı qurub.Onun evlilikləri barədə məlumatlar aşağıdakı kimidir:Birinci həyat yoldaşı — BELA RUDENKO: Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti olub. Polad Bülbüloğlundan 12 yaş böyük olan Bela xanım (2021-ci ildə vəfat edib) ilə evlilikdən sənətkarın Teymur adlı bir oğlu dünyaya gəlib.İkinci həyat yoldaşı — GÜLNARƏ ŞIXƏLİYEVA: Polad Bülbüloğlu onunla 1997-ci ildə ailə həyatı qurub. Bu evlilikdən sənətçinin Leyla adlı bir qızı və Murtuza adlı bir oğlu var.Son iddialar haqqında:Mediada Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və əməkdar artist, rəqqasə ETERİ CƏFƏROVA...
27 Avqust 2026, 12:11
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.CityPost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Hörmətli xanım Prezident,Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına...
27 Avqust 2026, 11:39
Vasim Məmmədəliyevin doğum günüdür
27 avqust şərqşünas-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, BDU-nun İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyevin doğum günüdür.CityPost.az xatırladır ki,Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant.1978-ci ildən professor olmuşdur.1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri...
27 Avqust 2026, 11:36