ÇAĞRILMIŞ BAYATI.. ( Şaiq Vəli )
Söz adamı 23 Avqust 2026, 14:42
437
Sus, barı danışma olub-keçəni,
Dəli duyğuları oyatma bir də…
Gecələr sürünən kölkələr kimi,
Bəzən qorxunc olur xatirələr də.
Sən niyə gəlmisən,
Fikrin, qəsdin nə?
Görmüşəm vəfanı, mən ilqarını…
Sıxıb gözlərini tökmə üstümə
Ötəri hisslərin acılarını.
Mən dərddən tökülmüş həsrət heykəli,
Sənin üzündəki o kölgə nədir?
Saçımda dolaşıb illərin əli,
Sənin saçlarında…
Ah, bu dəhşətdir!
Sevgi məktubu tək çöhrən sap-sarı,
Qəlbində yad eşqin harayı, ünü…
Hanı gözlərinin gur dalğaları?
Çəkilib,
az qala dibi görünür.
Səni bağışlayım…
Sevimmi səni?
Ürəkdə yaşamaq istərəm düzü.
Qəlbinə salma yox,
Yandırar məni,
Ögey duyğuların istisi közü.
Köksümdə qaralıb sönən ocağı,
Ha yellə, yelpiklə, alışan deyil.
Bizim aramızdan ümmanlar axır,
Bizim ulduzlar ki, barışan deyil.
Ömrün payızında gəlmisən nəsə…
Qayıt, bu nə sevgi, umu-küsüdür?
Gedişin bir eşqin sükutuydusa,
Gəlişin bir ömrün faciəsidir.
Mən dərddən tökülmüş həsrət heykəli,
Sənin üzündəki o kölgə nədir?
Saçımda dolaşıb həsrətin əli,
Sənin saçlarında… ah, bu dəhşətdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Necə deyərlər, "qurunun oduna yaş da yanır"- Ramidə Yaqubqızı yazır
Deməli, istəsək hansısa nəticə əldə edə bilərik. Yetər ki, birliyimiz, həmrəyliyimiz olsun. Son günlərin ajiataj doğuran xəbər başlıqlarına olan münasibət getdikcə ədalət nizam tərəzisinə yönəlir. İstər həmkarımız Kamilə xanımın anasının dünyasını dəyişməsi, istərsə də Anar Nəcəflinin işdən ayrılması ilə bağlı. Artıq bir çox müəlliflər, həmkarlar etiraz səsini ucaldır. Ağlınıza gələn, kefinizə uyan kimi informasiyalar yaymayın. Reytinq, baxış sayı çox şeyi həll edə bilər. Amma hər şeyi yox. Dönə-dönə təkrarlayıram, tanıdığım insanlar var ki, onun da anası evdə tək olan zaman ürək tutmasından dünyasını dəyişib. Övladları gəldikdə artıq gec olub. Və yaxud da, başqa bir nəfərin atası deyə-gülə evdən çıxıb, beş dəqiqə...
23 Avqust 2026, 13:07
Bizim İlqar Musayeviç...
Mühacirət tariximizin bilicisi, filologiya elmləri doktoru, professor Abid Tahirli onun haqqında yazır: “Heyrətamiz hafizəsi, çevik zəkası, bənzərsiz ünsiyyət qurmaq bacarıgı, baməzə söhbət və şux zarafatları, ətrafına qarşı diqqət və həssasiyyəti, açıq və demokratik düşüncəsi, yüksək milli- mənəvi dəyərləri ilə nəinki ötən əsrin 70-ci illərində təhsil aldığı qrupda, bütünlüklə jurnalistika fakültəsinin, həmçinin bizimlə qonşu Şərqşunaslıq, Hüquq fakültələrinin tələbələri arasında fərqlənir, sayılıb seçilirdi...” Böyük şairimiz Məmməd Arazın yadigarı, əməkdar jurnalist İradə Tuncay isə onun barəsində söyləyir: "Onunla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən o hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. Onda qeyri-adi cazibə qüvvəsi vardı. İstənilən adamla bircə söhbətdən...
23 Avqust 2026, 11:50
Nadan insanlar bunu anlamırlar....
Əlisa Nicatın cəmiyyətin müəyyən bir təbəqəsinə yönəltdiyi sərt, ağrılı və bəlkə də mübahisəli fikri götürüb onu bütöv Azərbaycan xalqına qarşı çevirmək nə ədəbiyyat anlayışıdır, nə də sağlam düşüncə.Azərbaycan ədəbiyyatında bu ənənə yeni deyil. M.F.Axundzadə öz əsərlərində cəhaləti, nadanlığı, mövhumatı və geriliyi amansız tənqid edirdi və bu gün bu pəstahı çıxardan nadanların babaları onda da Axundzadəyə qarşı pəstah çıxardırdılar.M.Ə.Sabir cahil, düşüncəsiz, riyakar və nadan insanları satirasının hədəfinə çevirirdi. Bu gün tənqidi fikri manipuliasiya edib güya xalqın təssübünü çəkənlərin babaları onda Sabirə qarşı kampaniya aparırdılar.C.Məmmədquluzadə “Molla Nəsrəddin” vasitəsilə cəmiyyətin ən ağrılı yaralarını açırdı. Ölülər əsərində "tufu sizin üzünüzə ölülər" deyirdi və bu gün...
22 Avqust 2026, 12:00
Əlirza HƏSRƏTİN XUDAFƏRİN ŞEİRİ
İki eli birləşdirən,Bir qucaqdır Xudafərin.Qəldən qəlbə şəfəq saçan,Gur çıraqdır Xudafərin.Aramızda dönüb dağa,Nə qul keçir,nə də ağa.Zalımdan qisas almağa,Bir yaraqdır Xudafərin.Sərhəd telindən asdığı,Dərdli Xan Araz yastığı.Vətən bağrına basdığı,Bir bayraqdır Xudafərin.Yavaş-yavaş qızarır dan,Üzün gülsün Azərbaycan. Budaqdan asılıb qalan,Son yarpaqdır Xudafərin.
22 Avqust 2026, 10:48
Qaranlığın eşqinə ! - Ağaevli Hacı Əli yazır
Ruh kimi gəl gecəmə,Bədən biçilim sənə !Gözlərini Ay elə,Qaranlığın eşqinə !Dil- sözün öz qapısı,Haqsıza-köz qapısı !Dil-sözün döz qapısı,Küsdürmə onu dinə !Qapı tapmadım göyə,Hələ də yol üsdəyəm !Məçiddə,KilsədəyəmQoşulum hansı dinə ?!Haqqın çərçivəsindən,Çıxmadım bir əsimdə ! Gəl,isti nəfəsimdənSəp boşluğun yerinə !Dost kimi,yar kimi gəl,Ya yetər,var kimi gəl !Suyum yox,qar kimi gəl,Bu,daşlığın yerinə !
22 Avqust 2026, 10:45
Tofiq Hüseyn – sözə və mətbuata həsr olunmuş ömür
Azərbaycan jurnalistikasının və ədəbi mühitinin tanınmış simalarından biri, Əməkdar jurnalist, şair və publisist Tofiq Hüseynin 80 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir, yubilyara ünvanlanan səmimi təbriklər və xoş arzular davam edir.CityPost.az xəbər verir ki,Tofiq Hüseyn 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində anadan olub.Gənc yaşlarından ədəbiyyata və jurnalistikaya böyük maraq göstərib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Əli Bayramlı şəhərində, indiki Şirvanda jurnalistika fəaliyyətinə başlayıb. “İşıq” qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışaraq bölgə mətbuatının inkişafında mühüm rol oynayıb.Müstəqilliyimizin ilk illərində yeni yaradılmış Hacıqabul rayonunda nəşr olunan “Hacıqabul” qəzetinin ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” qəzetinin...
21 Avqust 2026, 12:28