Azərbaycan tarixinin üç ən xəyanətkar simasından biri də odur, Çingiz İldırım...
Cəmiyyət 20 Avqust 2026, 23:39
547
Heç şübhəsiz, Azərbaycan tarixinin üç ən xəyanətkar simasından biri də odur, Çingiz İldırım.
Çingiz İldırım elə bir insan idi ki, xainlikdə Ayna Sultanovagildən, Əliheydər Qarayevlərdən, Bünyadzadədən heç də geri qalmırdı.
Hətta bir çox məsələlərdə onlar Çingiz İldırımın əlinə su da tökə bilməzdilər.
Bəs necə başlamışdı bu xainliklər?
Çingiz İldırım bəy nəslindən idi, ancaq ömür uzunu bolşevik köləsi oldu.
Hələ 1919-cu ilin əvvəllərində Şuşa şəhərində yerləşən Qarabağ qəzası general-gubernatorluğuna gəldiyi ilk günlərdən elə general-qubernatorluq yanında Şuranın üzvü təyin olundu və çox keçmədi ki, qubernatorluqda dəftərxana müdiri, daha sonra isə vitse-qubernator vəzifələrinə qədər yüksəldi.
Bəy nəslindən olduğu və həm də təhsilli obrazına görə, əvvəllər bu qəfil yüksəliş heç kimin diqqətini çəkməmişdi. Ancaq sonradan bunların xainlik üçün bir pillə olduğu aydın oldu.
Və beləliklə, Şuşada fəaliyyətə başladığı ilk günlərdən Çingiz İldırım yerli erməni və müsəlman bolşeviklərlə gizli əlaqələr qurdu.
O, hətta imkan düşdükcə bolşevikləri silahla təmin edir, polisin əlinə keçən bolşevikləri isə azad etdirirdi.
Ancaq çox keçmir ki, Çingiz İldırım daha böyük çirkin əməllərə imza atmaq üçün, ayaq yeri qoyduğu xain xidmətlərinin qiymətləndirilməsi niyyətinə Bakıya çağırılır.
Əlbəttə, ona bundan sonra daha yüksək vəzifələr də vəd edilir.
Plana görə, həmin dövrdə Şimali Qafqaz Denikinin əlində olduğu üçün, Bakı və Sovet Rusiyası arasındakı yollar bağlı idi.
Ona görə də, Bakıda gizli fəaliyyətlərini bərpa etmiş bolşeviklər Bakı-Həştərxan dəniz yolu ilə partiyanın Mərkəzi Komitəsi və Sovet hökuməti ilə əlaqə yaratmağı qarşılarına məqsəd qoymuşdular.
Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün isə hər şeydən əvvəl Xəzər dənizi matros və fəhlələri içərisində, Bakı limanında məsul vəzifələrdə baçarıqlı bolşevik işçilərə malik olmaq lazım idi.
Elə Çingiz İldırımın da Bakıya çağrılmasının gizli məqsədi bu idi.
Bu cür bir məsul xainlik əsl onun əyninə biçilmişdi.
Beləliklə, ona eyni zamanda iki vəzifə verildi:
- Bakı limanı rəisinin baş köməkçisi və Hərbi donanmanın rəis müavini.
Bir neçə aydan sonra isə Nəqliyyat nazirinin su nəqliyyatı üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi də ona tapşırıldı.
Başqa sözlə, Xəzər dənizindəki bütün hərbi və mülki donanma faktik olaraq Çingiz İldırımın səlahiyyətində idi.
Deyərdim, Çingiz İldırımın bolveşiklərin, Kirovun göstərişləri etdiyi iyrənc əməllərin heç bir izahı yoxdur.
Məsələn, o, Mikoyan və Frunzenin vasitəsiylə Orta Asiyadan və Həştərxandan Bakıya silah gəlirdi. Çingiz İldırım da onları gizlədirdi. O silahlar məhz Azərbaycana, azərbaycanlılara doğrulduralacaqdı və elə doğruldu da.
Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan Azərbaycan ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim etmişdi Çingiz İldırım.
Bəli, o, 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: -"2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!" adlı nota göndərərək 23 ay ömür sürmüş Müstəqil Azərbaycanın varlığına son qoyulmasına yardım etmişdir.
Məhz Çingiz İldırımın göstərişi ilə o zaman orduda və əsas donanmada gizli bolşekiv şəbəkələri yaradılmışdı.
Nəhayət, bolşeviklər Azərbaycanı ələ keçirməyə hazırlaşanda, bu vaxt məhz Çingiz İldırım donanma üzvlərinə silah paylayırdı.
O, eyni zamanda, Bayılda yerləşən uzaqvuran güclü sahil artilleriyası və ağır səhra topunu sıradan çıxarırdı, ADR-in Nargin adasında yerləşmiş qoşun hissəsinin və artilleriyasının Bakı ilə əlaqə saxladığı telefon xəttini kəsirdi.
Bununla bitirdimi? Bitmirdi!
Çingiz İldırımın komandanlığı altında Xəzər hərbi-dəniz donanması aprelin 27-də döyüşə tam hazır vəziyyətdə idi.
Donanmanın bütün gəmilərindəki üç rəngli bayraqlar çıxarılırdı və əvəzinə Qırmızı bayraqlar asıldı.
Konkret olaraq Orta Asiyadan və Həştərxandan gətirilən silahların ələ keçməməsi üçün bütün lazımi tədbirləri Çingiz İldırım həyata keçirir, silahları bolşeviklərin Qaraşəhərdəki və Bayıldakı gizli silah anbarlarında yerləşdirirdi.
Bakıya hücum zamanı isə Çingiz İldırım çirkin əməllərini ən yüksək səviyyəyə qaldırmışdı.
Belə ki, hücumdan əvvəl Çingiz İldırım Bakı yunkerlər məktəbinə daxil olub onları tərksilah elədi.
Yenə həmin gün səhər tezdən onun komandanlığı altında olan silahlı dənizçilər Bayıl fəhlələri ilə birlikdə şəhərdəki birinci polis idarəsini və sonra Bayıldakı hərbi silah anbarını ələ keçirdilər.
Silahlanmış inqilabçı dəstələr hərbi limanı tamamilə nəzarətə götürdülər, daha sonra isə Bayıl həbsxanasını tutub, oradakı bütün siyasi məhbusları azad elədilər.
Bəli, bu idi Çingiz İldırım.
Ancaq bütün bunlara baxmayaraq, iyrənc xidmətlərinin sonunda o da öz layiqli qiymətini aldı.
Belə ki, 1937-ci il iyul ayının 7-də birdən-birə Xalq Daxili İşlər Komissarlığı Çingiz İldırımı həbs elədi.
Üzərində “Əbədi saxlamalı” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş əksinqilabi qrupla əlaqələrdə, Maqnitoqorsk metallurgiya kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və xarici kəşfiyyata satılmaqda ittiham edirdilər.
Bir neçə ay Bakıda və Dnepropetrovskda davam edən istintaq və dindirmələrdən sonra, Çingiz İldırım ölüm cəzasına məhkum edildi.
Ancaq ölüm hökmü dərhal icra olunmadı.
O düz 4 il, ömrü boyu sədaqətlə xidmət elədiyi Qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində - Suxanovo monastrında, hər gün ölüm hökmünün icra ediləcəyi saatı gözlədi.
Onu 1941-ci il aprel ayının 27-də güllələdilər.
Aprel ayının 27-də güllənməyi də, yəqin ki, taleyin əsl ironiyası idi.
Orxan Saffari
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İdeoloji nağıllar və professor Nəsib Nəsibli həqiqətləri
İndi də diplomlu qaragüruh Azərbaycanın görkəmli tarixçi almi Nəsib Nəsiblinin üstünə hücuma keçib. Suçu: Düşündüyü həqiqətləri yazıb. "Biz deyəni niyə yazmırsan?" tələbi ilə sosial şəbəkədə əsl qaragüruh etiraz nümayişi keçirir. Onlarla dəyərli tədqiqatların müəllifi qos-qoca professor Nəsib Nəsibliyə də: "Sən haranın alimi oldun?" deyə ittiham yönəldirlər. Dünən bir video izlədim,10-15 il öncənin Tv proqramından... Xalq artisti Flora xanım Kərimova bu sahənin tədqiqatçılarına tarix dərsi keçdi və həqiqətən məni heyrətləndirdi. Danışmağa imkan verən kimi sadə məntiqin qarşısında çökürlər. Bunları da anlamaq lazım. Həqiqətlər üzə çıxdıqca yüzlərlə dissertasiya, məqalə mənasız bir kağız yığınına çevrilir, yüzlərlə elmi titulun içi boş qalır. On minlərlə...
20 Avqust 2026, 22:04
"Sirlər gözdən uzaqda yox, aşkarda gizlədilir..." – Həmid Herisçidən sirli Xəzər təhlili
Sirlər, sehirlər, məxfi mövzular, şifrələr-şriftlər adətən gözdən uzaqda yox...aşkarda gizlədilir.Yəni, göz önündə.Sirləri, məxfi mövzuları, gizli elmi təcrübələri adətən kinofilmlərdə, kitablarda gizləyərlər. Elə bircə “kitab, kitab içində, film, film içində” duası bildinmi, bəsindi. Bütün sirləri adi filmlərin, kitabların içindən üzə çıxarmağı bacaracaqsan. Mücərrəd danışmıram. Nağdı götürürəm bakılı, rusdilli sovet yazarı Aleksandr Nasibovun “Divanələr” romanını ( 1968-ci ildə bu romanın süjetiylə “Doktor Abstın təcrübəsi” filmi çəkilib). 1939-89-cu illərdə Xəzər adalarında keçirilən məxfi torpedo silahları istehsalı, sınaqları ( bax: https://m.youtube.com/watch?v=TK31zIF5hVY...) bu romanda fərqli coğrafiyaya-faşist Almaniyası ərazisinə, Baltik dənizindəki adalara köçürülüb. Yəni, zaman-məkan anlayışları dəyişsə də, şükür, mövzu, gizli silah təcrübələri əsərdə, filmdə tam əks...
20 Avqust 2026, 22:00
Mənzilin istilik sisteminin (kombi) təzyiqi niyə düşür?
Mənzillərdə istifadə olunan kombi sistemlərində su təzyiqinin qəfildən, yaxud müntəzam olaraq düşməsi ən çox rast gəlinən texniki problemlərdən biridir. Normal şəraitdə manometrdəki təzyiq göstəricisi 1.5 ilə 2 bar arasında tənzimlənməlidir. Bu göstəricinin 1 bardan aşağı enməsi sistemin effektsiz işləməsinə, radiatorların qızmamasına, hətta cihazın təhlükəsizlik rejiminə keçərək tamamilə sönməsinə gətirib çıxarır. Təzyiqin düşməsinin arxasında həm xırda texniki nasazlıqlar, həm də ciddi sızma problemləri dayana bilər.Citypost.az xəbər verir ki, təzyiq azalmasının ən yayğın səbəbi boru xətlərində, radiatorlarda, qovşaq birləşmələrində baş verən su sızmalarıdır. Boruların kiçik birləşmə nöqtələrindən damcılayan su tədricən sistemdəki su həcmini azaldır. Bəzən bu sızmalar divar daxilində, yaxud döşəməaltı borularda...
20 Avqust 2026, 21:40
Professor Məhərrəm Zülfüqarlının bu gün doğum günüdür
İctimai-siyasi xadim, tarixçi, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının (1955) bu gün doğum günüdür. Ucar şəhərində anadan olub. 1972-ci ildə 2 saylı Ucar şəhər orta məktəbi fərqləmə ilə bitirib Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim, 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant, 1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, 1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdir, 1998–2000-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, 2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, “Magistratura şöbəsi”nin...
20 Avqust 2026, 21:21
Təranə Dəmir ƏDƏBİYYATLA TARİXİN SİNTEZİ -Pərviz Yəhyalı haqqında
Bu günkü qəhrəmanım Pərviz Yəhyalıdı. Yazıçı Pərviz Yəhyalı. Titullarını sadalamağı sevmir. Hərçənd ki, ədəbiyyatda öz sözü, öz dəst-xətti ilə seçilən yaradıcı ziyalılarımızdandı.Adına və soyadına sadiqdi. Tarixinə bağlıdı. Gözəl tarixçidi həm də. Pafosdan kənardı. Düşündüyünü, hiss etdiyini yazır. Qələminə arxalanan yazardı . Yazılarından tanıyıram Pərviz Yəhyalını. Yalançı sevgilərdən, saxta səmimiyyətdən uzaqdı. Hər kəs kimi düşünmür. Elə hər kəsə də özünü isbat etməyə çalışmır. Sakitliyində də içindəki təlatümü gizlədə bilmir. Min ildi haqqa doğru gedir. Ədalətlidi. Qərarları da ədalətlə verir. Sözündə qətidi. Konkretdi. Düşündüklərini sonda deyir. Oxucunu intizarda qoymağı sevir nədənsə. Əfsanələrə və əsatirlərə inanır. Sözünün arxasında min bir qənaətləri var. ....
20 Avqust 2026, 17:57
Hərbi biletlə bağlı qərar: 200 manat...
Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimələnirlər.Məlumata görə, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletin verilməsi üçün ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartasının surəti, inzibati xəta haqqında protokol və cərimənin ödənilməsi barədə qəbz və ya xəbərdarlıq edilməsi...
20 Avqust 2026, 17:02