Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycana xəyanət edən ziyalı -Orxan Saffari yazır  

Söz adamı 26 Avqust 2026, 15:56

461

Obrazlı desək, Ruhulla Axundov Azərbaycana xainlik edənlər arasında ən savadlı adamlardan idi. 

O, Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının birinci katibi olub. 

Etdiyi bütün iyrənc əməllərə baxmayaraq, onun ədəbi-elmi fəaliyyətin siyasi fəaliyyətindən ayrıdır və qiymətləndirilməlidir. 

Belə ki, Ruhullq Axundov Azərbaycan dilinin elmi terminologiyasını hazırlayıb. 

Ancaq eyni zamanda latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. 

Marksın əsərlərini də Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.

Bu səbəbdir ki, hətta 1954-cü ildə Mircəfər Bağırov dindirilən vaxt Ruhuıla Axundovun həbsinə Stalindən icazə istədiyini xatırladıb və demişdi ki, Stalin əvvəlcə Bağırovdan onu əvəz edəcək, Azərbaycan dilini onun qədər mükəmməl bilən, tərcüməçi, redaktor, rəhbərlik təcrübəsi olan başqa adam olduğunu soruşmuşdu.

Ruhulla Axundovun Azərbaycana xəyanəti 1919-cu ildən başlamışdı. 

Belə ki, Axundov 1919-cu ilin may ayında kommunist partiyasına üzv olaraq, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı əks fəaliyyət göstərib. 

Məsələn, konkret olaraq Ruhulla Axundov Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna kömək etmək məqsədilə 1920-ci ilin yanvarında bir qrup kommunistlə Moskvaya gedərək, XI ordunun 27 aprel 1920-ci il işğalı zamanı düşmənə dəstək verib.

Azərbaycana xüsusi nifrəti ilə seçilən Ruhulla Axundovun 1927-ci ilin noyabrında xalq maarif komissarı məruzəsini dinləyir və ümumi ibtidai təhsilə keçmək üçün hazırlıq işlərinə başlamaq haqqında qərar qəbul edir. 

1928-ci ildə Ruhulla Axundovun tapşırığı ilə "Kommunist" qəzeti gənc nəslin millət və din əleyhinə tərbiyə edilməsi üçün bir sıra məsələlər təklif etmişdi. 

Məsələn, təkliflərdə qeyd edilirdi ki, millətçi

müəllimlər məktəblərdən çıxarılmalıdır, müəllimlərin proletar sinfindən olmasına əhəmiyyət verilməlidir, komsomol və pioner dərnəkləri məktəblərdə kəndli fəaliyyətlərini artırmalı və millət əleyhinə proqramlarını çoxaltmalıdırlar.

Bundan başqa, Azərbaycanda milli və dini bayramların tamamilə ləğv edilərək bunların yerinə inqilab bayramları qoyulmalıdır.

Heç şübhəsiz, onun həbsini, güllənməsini sürətləndirən əsas məsələlərdən biri də Ruhulla Axundovun savadı, əsl sosializmin nə olduğunu bilməsi idi. 

Təbii ki, Stalinə savadlı, əsl sosializmin nə olduğunu yaxşı bilən Ruhulla Axundov sərf etməzdi. 

Bu səbəbdir ki, milli-mənəvi dəyərlərə qarşı mübarizə aparan rəhbərlərdən olduğu üçün, Bağırovun da əsas mübarizə hədəfi olmuşdur. 

Ruhulla Axundov Mart Soyqırımında da “fərqlənirdi”. 

Dəqiq desək, o, qırğınlar törədildiyi günlərdə əhalini "daşnakların silahsız sakinlərə toxunmayacağına" inandırmağa və xalqı passiv müdafiəyə səsləməyə çalışan bir adam idi. 

Azərbayacana və azərbaycanlılara zərəri ölçüyəgəlməz olan Ruhulla Axundovun məhv etdiyi həyatlar arasında Azərbaycan boyakarı, qrafiki və Əməkdar rəssamı Ələkbər Rzaquliyev də var. 

O, əvvəlcə, pantürkizm ideyalarını təbliğ etməkdə günahlandırılaraq həbs edilmişdi. 

Daha dəqiq, onu İbrahim adlı türkçü dostu ilə yaxınlığına görə "xalq düşməni" elan olunaraq uydurma ittihamla altı illiyinə Arxangelskə sürgünə yollayıblar. 

Ancaq məsələ bununla bitmir. 

Görkəmli rəssam sürgündən canını qurtarıb Bakıya gələndə küçədə qəfildən bolşevik rəhbərlərindən olan Ruhulla Axundovla qarşılaşır və bu qarşılaşma onun həyatını yenidən zindana çevirir. 

Azərbaycana xüsusi nifrəti olan Axundov rəssamın belə tez azadlığa çıxmasına qəzəblənərək dərhal onun yenidən sürgün edilməsi üçün əmr verir. 

Beləliklə, Rzaquliyev ikinci dəfə həbs olunaraq şaxtalı Şimala - Solovkiyə göndərilir.

Bir alim, yaradıcı adam başqa bir yaradıcı adama qarşı bu cür bir iş tutmaq üçün nə qədər nifrətkar olmalı idi?

Ancaq sirkə nə qədər tünd olsa, öz qapını çartladar misalı, rejimə etdiyi xidmətlərin sonunda elə rejim tərəfindən “qiymətləndirilən”Ruhulla Axundov, 17 dekabr 1937-ci ildə həbs edildi.

Qısa müddət sonra - 1938-ci ildə də güllələndi.

1956-cı ildə Axundova rəsmi bəraət verilsə də, bu qərar onun 1920–30-cu illərdə Azərbaycan xalqına qarşı aparılan siyasətdəki rolunu tarixdən silə bilmədi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ədəbiyyatımızın ögey balası...

Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür,...

26 Avqust 2026, 10:12

Gözlərin dəryasında qərq olan ömür: Zöhrab Mehdidən "Ürəyimi qoyum"

Ürəyimi qoyum Səhərtək açıl, istəsənAxşam kimi düş, üzümə!Çiçəktək saçıl, istəsənYaz kimi çök, qış üzümə!At başını, at üstünəYastıq elə də, sinəmi!Elə, nə desən razıyam -Şah da, kölə də... sinəmi!Kirpiklərini də qaldırÇalxansın dərya gözlərin!Ya qərq etsin məni, ya da...Gözlərin var ya, gözlərin!...Başı batmasın, başı daSənin keçdiyin küçənin!Bilmədimi kim olduğun Gəlib burdan da, keçənin?!Ayaq basdığın yer var haa...Axı, necə doyum ora!Gözləyirəm, sən qoy götür ...Ürəyimi qoyum ora!                (Z.M)...

25 Avqust 2026, 17:33

Fikrət Qocanın doğum günüdür

Bu gün böyük şair, böyük insan Fikrət Qocanın doğum günüdür.Lap cavan vaxtlarımdan biz həmişə bir yerdə olduq. Taleyimizdə oxşarlıqlar çox idi - hər ikimiz metro tikintisində fəhləlikdən başlamışdıq. Sonra Moskvada tələbəlik həyatımız... Hər ikimiz məşhur rus şairi Lev Oşaninin sinifində oxumuşduq. Hər ikimiz Oşaninin sevimli tələbəsi olmuşduq. Hər şıltaqlığımıza dözürdü, hər çətinliyimizi yoluna qoyurdu.O zamanlar Fikrət müəllim tez-tez Moskvaya gələrdi. Mümkünsüz idi məni tapmasın. Çox vaxt məşhur mehmanxanalarda yerini boş qoyub gəlib tələbə yataqxanasında yanımda qalardı. Bakıya qayıdandan sonra təqribən 2 il Yazıçıların Şüvəlan yaradıcılıq evində işlədim. Bakıda mənzil alandan sonra gedib-gəlməyin dərdindən işdən çıxdım yazı-pozu ilə məşğul olmağa başladım. O...

25 Avqust 2026, 17:14

SƏRVAZ HÜSEYNOĞLU: Ürəyi göynəyir xatirələrin

   Şəhla Şəlaləyə sayğılarlaİnsanın əbədi ehtiyacıdı,Geriyə dönəydi barı gedənlər.Tənha qu quşudu, qəm ağacıdıYanından çəkilib yarı gedənlər.Elə yaranışdan həmin həmindi,Bu dərdin kökləri dərindən dərin.İçindən baxırsan, bu ev sənindi,Çölündən baxırsan, xatirələrin.Bir üzdə gerçəkdi, bir üzdə yalanBil ki, dünya adlı bu qoca namərd.Hər dəfə ,,Sənsiz,,i çalanda çalanQövr edir o yara, oyanır o dərd.Kamillik örnəyi Kamillər gedir,Nizamı pozulur bu göyün, yerin.Bir şəhla baxışlı qadın dərd edir,Ürəyi göynəyir xatirələrin. Örpəyi çəkilmiş qaya kimidiUca zirvəsindən qarı gedənlər...Kamiltək ürəyə, yaddaşa köçüb,Belə gedəydilər barı gedənlər......

24 Avqust 2026, 15:10

BU ÇİÇƏK KARIXIB ÖMRÜN ƏLİNDƏ  

Zülümmü əlini üstünə çəkmiş,Bu nə dərd yüküdü… Gözlərin aydın.Tanrı bu çiçəyə ömür verməmiş,Əvvəl taleyini düzüb qoşaydın.Qorxur ki, yerisə, yer çökə birdən,Bu yandan göylər də uça üstünə.Tərpədə bilməyir ömrü yerindən,Açılan qollar yox, qaça üstünə.Görən, tezmi düşər güzarın bəri, Bir gör neyniyirsən… Bir düşün, Allah!Tez götür üstündən bəd nəzərləri,Əlinə keçməsin qurd-quşun, Allah! Yandırır dağları, daşları ahı,Yarəb, bundan betər pərişanmı var… Bizə sən yazırsan bəxti, İlahi,Sənin də işinə qarışanmı var… Bir gör, neyniyirsən, sıxılır hava, Sənin ki, fərmanın, əmrin əlində.Getməyə yeri yox, qalmağa yuva,Bu çiçək karıxıb ömrün əlində.Vasif Süleyman...

24 Avqust 2026, 13:54

Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq - Orxan Saffari yazır

Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq. Söhbət, əlbəttə, Xəlil Paşa Kutdan gedir. Məlum olduğu kimi, Xəlil Paşa Kut Nuru Paşa və Ənvər Paşanın əmisidir.Ancaq təəssüf ki, o, Azərbaycan uğrunda gedən mübarizədə əmilərinin davamçısı yox, bolşevik ideyalarının davamçısı kimi çıxış etdi. Şübhəsiz, tarixdə bu əməllərə müxtəlif cür bəhanələr var, ancaq fakt budur ki, Xəlil Paşanın bolşeviklərlə təması kifayət qədər mübahisəlidir. Əslində, o, ilk növbədə, yanlışı Mustafa Kamal Atatürkə etmişdi. Çünki Mustafa Kamalın tapşırığı ilə Xəlil Paşa silah və maddi yardımı almaq üçün Moskvaya, ümumən Qafqaza göndərilsə də, Xəlil Paşa bu fürsətdən istifadə edərək Sovet rəsmiləri ilə sıx əlaqələr qurmuşdu. Bəs onun bu...

24 Avqust 2026, 13:21