Bizə yazın

Baku

-°C

USD

-

Unudulmaz unudulmuşlar silsiləsindən

Cəmiyyət 27 Avqust 2026, 10:19

457

Bu gün xalqımızın görkəmli tarixçilərindən və şərqşünaslarından biri, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi(1962-2004) və müdiri(2001–2004), Cənubi Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçısı, tarix elmləri doktoru, professor Seyidağa Onullahi (1925–2004) dünyaya gəlmişdir.

Seyidağa Mironullah oğlu Onullahi 1925-ci il avqustun 26-da Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdir. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında fəal iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Şimali Azərbaycana pənah gətirmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi” şöbəsində kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmiş, eyni zamanda BDU-da pedaqoji fəaliyyət göstərmişdir. 2001-ci ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin "Azərbaycan tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır.

 Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə sanballı monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifi olmuş, "Təbriz şəhərinin tarixi" (1982), "İran fəhlələrinin tətil hərəkatı: 1951–1953-cü illər" (1968), "Övliya Çələbi", "Gəncənin tarixi", "Azərbaycan tarixi" kitablarını yazmışdır. Onun "Erməni millətçiləri və İran" kitabı Londonda və Bakıda çap olunmuşdur. 

Professor Seyidağa Onullahi Azərbaycan tarixinə dair dəyərli mənbə olan farsca Məhəmməd Müfid Yəzdinin "Müxtəsəri-Müfid", Xondəmirin "Nameyi Nami", Əbülqasim Kaşaninin "Tarix-i Ulcaytu", Mahmud Nətənzinin "Nəqavət əl-asar fizikr-ül əxyar", Fəzli İsfəhaninin "Əfzəl-ət-təvarix", Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin "Tarix-i Abbasi" əsərlərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmiş, onların elmi təhlilini aparmışdır. Onun yaradıcılığında Səfəvilər dövləti, Təbriz, Naxçıvan, Qarabağın tarixi ilə bağlı araşdırmalar, Azərbaycan dili tarixinin saxtalaşdırılmasına qarşı mübarizə qırmızı xətlə keçir.   

Fars, ərəb, fransız, rus, türk dillərini mükəmməl bilirdi.

Görkəmli alim, professor Seyidağa Onullahi 2004-cü ildə Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

Fikrət Şiriyev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Daha atdan düşün, a bəy, bu xalqın da sizi təftiş etməyə haqqı var...  

Xalq çaşbaşlıq içində. Görəsən, dünənə qədər  örnək olan şəxsiyyətləri — Şah İsmayıl Xətaini, Babəki, Koroğlunu, Qaçaq Nəbini, M.F. Axundzadəni, Səməd Vurğunu və başqalarını hədəf seçməyin kökündə nə durur? Bu, bir mənəvi təxribatdırmı, yoxsa bəzi ziyalılarımızın Azərbaycana düşmən mövqedə dayanan ölkələrin mənbələrindən gen-bol istifadə etməyindəndirmi?!Axı hər bir millətin tarixi onun şərəfidir. Şah İsmayıl Xətai böyük bir ərazidə Azərbaycan adlı nəhəng dövlət qurdu, dağınıq tayfaları birləşdirdi, doğma ana dili, sərkərdəlik nümunəsi qoyub getdi. Babək qırx il boyunduruq altında yaşamaqdansa, bir gün azad yaşamağın şirinliyini öyrətdi. Bəs bu xalq sizdən nəyi öyrənəcək, hər kəs əlinə bir qara boya alıb tarixi keçmişimizi silib boşluğa...

27 Avqust 2026, 10:15

Polad Bülbüloğludan boşandığı deyilən xanımı danışdı - ONUN ƏTRAFINDA HƏMİŞƏ QADINLAR OLUB

“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”.Citypost.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Xalq artisti Polad Bülbüloğludan boşandığı deyilən həyat yoldaşı Gülnarə Şıxəliyeva deyib.O, həyat yoldaşından ayrılması barədə suala cavabında bunları deyib:“Səhhətimdə yüngül problemlər olduğu üçün bu aralar mən cəmiyyət içinə çıxa bilmirəm. Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə iştirak edə bilmədim.Mən, ümumiyyətlə, heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil. Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və...

27 Avqust 2026, 08:34

Bəs mənimlə evlənəcəkdin, bu, xəyanətdir... – Rəşid Behbudovun qızı

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun 3-cü dəfə evlənməsi ilə bağlı yayılan məlumatlar gündəmdə müzakirələrə səbəb olub.Xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid də xəbəri sosial şəbəkə səhifəsində paylaşaraq, maraqlı şərh yazıb: “Mənim sevimli quşcuğazım. Axı sən mənlə evlənəcəyini söz vermişdin, uzun illər mənə and içmişdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən xahiş etmişdin. Necə bir xəyanət... xəyanət...”Şərhlərdə onun bu sözlərı ironiya ilə yazdığı məlum olub.Qeyd edək ki, Rəşidə Rəşid özü ailəlidir, bir oğlu var.Xatırladaq ki, Rəşidə Rəşid atası Rəşid Behbudova olan münasibət və haqsızlıqla bağlı uzun illər Polad Bülbüloğluna qarşı tənqidi...

27 Avqust 2026, 08:12

Nigar Fərhad saxlanıldı

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad saxlanılıb.Citypost.az xəbər vetir ki, “Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, Nigar Fərhad Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Məlumata əsasən, onun xaricdə təhsil xidmətləri göstərmək adı altında çoxsaylı vətəndaşlardan pul aldığı, müxtəlif vədlər verdiyi, lakin həmin vədləri yerinə yetirmədiyi bildirilir. Hazırda məsələ ilə bağlı araşdırma aparıldığı qeyd olunur.Qeyd edək ki, bir neçə gün əvvəl Nigar Fərhadın həyat yoldaşı Samir Yəhya­zadə də cinayət məsuliyyətinə cəlb edilib. Onun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirildiyi bildirilir.Məhkəmənin qərarı ilə Samir Yəhya­zadə barəsində 3 aylıq həbs qətimkan...

27 Avqust 2026, 08:03

BİR ŞEİRİN TARİXÇƏSİ...

Rəhmətlik Allahverdi Müəllim olduqca dərin bir insan idi. Şairilyi, şeirləri şəxsiyyətinə ayna tuturdu, göründüyü kimi olan olduğu kim görsənən birisiydi. Onu tanıyanların yaddaşında elə bu cür də qaldı... Xatirəvi yaddaşımın ən gözəl səhifələrindəndir Allahverdi Müəllim və ailəsiylə qohumluq və tanışlığım sayəsində (Afət bibim bu evin gəlinidir) aşağıdakı şeirin necə yaranmasını mənə də özü danışmışdı. Rəhmətlik özü belə nəql edərdi ki,bir gün tələsik addımlarla üzü dikişə doğru yürürkən yamanca təngidim və hiss etdim ki ürəyim sözümə baxmır.Və həmin gün bu şeri yazdım Ürəyimə..ÜRƏYİMƏ...Gəl, soruşma hara getdi cavanlıq,Cavanlığı illər etdi yavanlıq.Hərdən susub köksüm altda bir anlıqSalma, ürək, bir azca...

26 Avqust 2026, 15:55

Kiber-dələduzluq təhlükəsi: SMS-lə gələn bu keçidlərə daxil olmayın!

Son zamanlar mobil telefon istifadəçilərinə göndərilən saxta SMS bildirişləri vasitəsilə həyata keçirilən kiber-dələduzluq hallarının sayı kəskin artıb. Kiber-cinayətkarlar müxtəlif dövlət qurumlarının, bankların, kuryer xidmətlərinin, məşhur brendlərin adından istifadə edərək vətəndaşlara təcili məzmunlu mesajlar yollayırlar. Bu mesajlarda adətən bağlamanın çatdırılması, bank kartının bloklanması, kommunal borc, yaxud qalib gəlinən uduş kampaniyası bəhanəsi ilə təhlükəli keçidlər (linklər) yerləşdirilir.Citypost.az xəbər verir ki, dələduzluq mexanizminin əsasını fişinq (şəxsi məlumatların tora salınaraq oğurlanması) üsulu təşkil edir. Mesajdakı saxta keçidə daxil olduqda istifadəçi orijinal saytlara tam bənzəyən saxta səhifələrə yönləndirilir. Həmin səhifələrdə bank kartı məlumatlarını, identifikasiya kodlarını, SMS vasitəsilə gələn təsdiq parollarını daxil edən şəxslərin hesabı anında...

26 Avqust 2026, 15:33