Bizə yazın

Baku

-°C

USD

-

Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Cəmiyyət 16 Sentyabr 2026, 08:00

391

Bu gün, sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq.

Citypost.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Akim Abbasov, Cəfərov qardaşları, Mətbuat, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Həmçinin 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə təmir işləri tətbiq olunacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Əkşəm, Hacıselli, Havarlı və Marzılı kəndlərini əhatə edəcək.

110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Lənkəran EŞ-yə daxil olan 35 kV-luq "Xanbulan" hava xəttində icra ediləcək təmir işləri zamanı saat 10:00-dan 13:00-dək Bürcəli, Xanbulan, Kərgəlan, Qurumba, Parakənd, Şağlaküçə kəndlərinin bir hissəsində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AFFA-da struktur dəyişdi – 3 yeni təyinat

AFFA-da yeni təyinatlar reallaşıb.Qurumdan Citypost.az -a verilən məlumata görə, dəyişikliklər çərçivəsində Media və İctimaiyyətlə əlaqələr şöbəsinə və qurumun mətbuat xidmətinə yeni əməkdaşlar təyin olunub.Murad Axundov Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Aida Əliyeva AFFA-nın mətbuat katibi, Kənan Səfərəliyev isə aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsini icra edəcək.

16 Sentyabr 2026, 08:08

Kursantlar "Polis andı"nı qəbul etdilər

Polis Akademiyasında andiçmə mərasimi keçirilib.Citypost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs kursantlarının “Polis andı”nı qəbul etmələri münasibətilə təntənəli mərasim keçirilib.

15 Sentyabr 2026, 19:52

Azərbaycan və Belarus müdafiə nazirləri bir araya gəldi

13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

15 Sentyabr 2026, 19:11

Şeyxülislamdan İlham Əliyevə: Verdiyiniz qiymətə görə təşəkkür edirəm

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verilən qiymətə görə təşəkkür edib.Citypost.az  xəbər verir ki, o, bu barədə sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən danışıb.Allahşükür Paşazadə deyib ki, Azərbaycan çiçəklənir, İlham Əliyevin rəhbərliyi ilə dünyada zirvələri fəth edir:"Sizin rəhbərliyinizlə suverenliyimizin, ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi bizim üçün böyük ərməğan olub. Biz onu ancaq röyalarımızda görürdük, fikirləşirdik. Amma həyatda Allah-taala mənə nəsib etdi. Çünki bəzi...

15 Sentyabr 2026, 18:39

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....

15 Sentyabr 2026, 18:28

TƏBİB sədri bu xanım baş həkimi də işdən çıxardı

TƏBİB-də kadr dəyişiklikləri və islahat prosesi davam edir.Citypost.az xəbər verir ki, TƏBİB sədri Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva tutduğu vəzifədən uzaqlaşdırılıb.Məlumata görə, A.Bəndəliyeva 1 saylı şəhər xəstəxanasının uşaq poliklinikasına şöbə müdiri təyin edilib.Eyni zamanda, boşalan rəhbər kürsüsünə yeni təyinatın olub-olmayacağı hələlik məlum deyil./nocomment.az/

15 Sentyabr 2026, 18:16