Bizə yazın

Baku

-°C

USD

-

“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub 

Cəmiyyət 16 Sentyabr 2026, 11:03

275

“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Dövlət ittihamçısı təqsirləndirilən Hafiz Həsənovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 5 il sınaq müddəti seçilməklə şərti hesab olunmasını təklif edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cəlilabadda kənd təsərrüfatının inkişafı müzakirə edildi

Cəlilabadda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.Citypost.az xəbər verir ki, sentyabrda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və toxumçuluq üzrə monitorinq rəhbəri, şöbə müdiri Pərviz Yusifov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Barat Baratov və Cəlilabad Su Meliorasiya Sistemlərinin İdarəsinin baş mühəndisi Arif Həsənov rayon ərazisində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer təsərrüfatları və sahibkarlıq subyektlərində, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə tanış olublar.Daha sonra...

16 Sentyabr 2026, 11:13

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi 

Georgi Zakaraşvili Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib.Citypost.az  xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən Georgi Zakaraşvili daha əvvəl ölkəsinin Ukraynada səfiri olub.Nazirlik bildirib ki, diplomat Gürcüstan XİN-in mərkəzi ofisində və diplomatik nümayəndəliklərdə uzunillik təcrübəyə sahibdir.

16 Sentyabr 2026, 10:48

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib 

Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə...

16 Sentyabr 2026, 10:41

Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının görkəmli mütəfəkkiri, azərbaycanlı alim, ilahiyyatçı-filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.Citypost.az xəbər verir ki, konfransın işi Ağdam şəhərində davam etdirilir.

16 Sentyabr 2026, 10:24

Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib 

Fövqəladə Hallar Nazirliyi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində birgə təlim keçirib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.Təlimin keçirilməsində məqsəd Penitensiar xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin,...

16 Sentyabr 2026, 10:18

Allahşükür Paşazadə: “Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir”

Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir.Citypost.az  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.O bildirib ki, Qarabağda məscidlər çoxdur, amma Ağdam Cümə məscidi "şəhid məscidi"dir. Birinci Qarabağ müharibəsində bu məsciddə bir çox şəhidin dəfnində iştirak edib:"Ağdam Cümə məscidinin divarlarında neçə ananın naləsi var. Bəzən şəhidlərin nəşini analarına, ailələrinə göstərə bilmirdik. Çox ağır zamanlar idi".QMİ sədri söyləyib ki, Birinci Qarabağ Müharibəsində və erməni işğalı dövründə Ağdam Cümə məscidi və Qarabağdakı digər məscidlər təhqir ediləndə müsəlmanlar dəstək olmadılar:"Bizə qardaş, dost deyən insanlar ana harayına...

16 Sentyabr 2026, 10:14