İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Cəmiyyət 16 Sentyabr 2026, 12:07
355
Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbinin fəaliyyətə başlaması gələn ilə qədər ertələnib.
Bu barədə APA-nın Türkiyə bürosuna Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Pərviz Məmmədzadə məlumat verib.
O bildirib ki, məktəb üçün ayrılan binada zəlzələyə qarşı gücləndirmə işlərinin aparılması ilə əlaqədar belə qərar qəbul edilib.
Həmçinin oxuyun
“Hazırda proses davam edir. Məktəbin gələn il fəaliyyətə başlaması planlaşdırılır. Binanın zəlzələyə davamlı olması üçün işlər aparılır”, - deyə Pərviz Məmmədzadə qeyd edib.
Qeyd edək ki, İstanbulda Azərbaycan məktəbinin yaradılması ilə bağlı qərar 23 sentyabr 2025-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanmış Əlavə Protokolda rəsmiləşdirilib. Protokol 23 dekabr 2025-ci ildə Azərbaycan Milli Məclisində təsdiqlənib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ateistin inkar etdiyi dinin adı yoxdur! — Aqşin Yenisey yazır
Din və musəvilik, din və islam, bunları eyniləşdirən cəhətlər, ayıran cəhətlərdən daha azdır. Din insanın yaradılış, kollektiv həyat, ölümdən sonrakı müəmma haqqında inanc halını almış ümumi düşüncə modelidir və şüurun başlanğıc nöqtəsidir. Musəvilik, islam isə bu ümumi inanc modelinin, yəni dinin içinə dolduruluş yəhudi, ərəb mentalitetidir. Əgər biz islamın içinə doldurulmuş ərəb mentalitetini təmizləsək ortaya çıxan şey təsəvvüf olacaq, irfan olacaq. Əslində, təsəvvüf, irfan din anlayışına daha uyğundur, nəinki islam. Farsların və onlardan öyrənən türklərin təsəvvüfə, irfana bu qədər aludə olmasının səbəbi də islamın tərkibindəki ərəb mentalitetindən arınmaq cəhdiydi. Çünki farsın, türkün islamdan öncəki kültürü zor-xoş qəbul etdikləri islamın içində bəslədiyi ərəb adətləriylə...
16 Sentyabr 2026, 12:11
Cəlilabadda kənd təsərrüfatının inkişafı müzakirə edildi
Cəlilabadda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.Citypost.az xəbər verir ki, sentyabrda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və toxumçuluq üzrə monitorinq rəhbəri, şöbə müdiri Pərviz Yusifov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Barat Baratov və Cəlilabad Su Meliorasiya Sistemlərinin İdarəsinin baş mühəndisi Arif Həsənov rayon ərazisində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer təsərrüfatları və sahibkarlıq subyektlərində, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə tanış olublar.Daha sonra...
16 Sentyabr 2026, 11:13
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.Dövlət ittihamçısı təqsirləndirilən Hafiz...
16 Sentyabr 2026, 11:03
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Georgi Zakaraşvili Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən Georgi Zakaraşvili daha əvvəl ölkəsinin Ukraynada səfiri olub.Nazirlik bildirib ki, diplomat Gürcüstan XİN-in mərkəzi ofisində və diplomatik nümayəndəliklərdə uzunillik təcrübəyə sahibdir.
16 Sentyabr 2026, 10:48
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə...
16 Sentyabr 2026, 10:41
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir
Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının görkəmli mütəfəkkiri, azərbaycanlı alim, ilahiyyatçı-filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.Citypost.az xəbər verir ki, konfransın işi Ağdam şəhərində davam etdirilir.
16 Sentyabr 2026, 10:24