Bizə yazın

Baku

-°C

USD

-

Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət 17 Sentyabr 2026, 10:47

298

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Citypost.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi məmnunluq doğurur.

Qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin bariz nümunəsidir.

Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir.

Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.

Bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.

Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir. Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir.

Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk.

Türk Dövlətləri Təşkilatına sədrliyimiz dövrünə təsadüf edən əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir. Fürsətdən istifadə edərək, Təşkilata üzv ölkələrin dəyərli liderlərinə ehtiramımı ifadə edir, Qurultaya ünvanladıqları müraciətlərə və ümumiyyətlə Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatındakı sədrliyinin işinə göstərdikləri daimi dəstəyə görə təşəkkürümü bildirirəm.

Hörmətli tədbir iştirakçıları!

Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur. Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir. İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinin sadəcə siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığının, həm də uzunmüddətli strateji xarakter daşıdığının göstəricisidir.

Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir, Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik sahəsində dialoqu tamamilə yeni səviyyəyə qaldıraraq ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Belə ki, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlərlə mübarizə, kritik infrastrukturun mühafizəsi kimi məsələlər istənilən dövlətin təkbaşına həll edə bilməyəcəyi məsələlərdir. Bu səbəbdən, mühüm koordinasiya mexanizmi olaraq, təhlükəsizlik şuralarının üzərinə böyük məsuliyyət düşür.

Əminəm ki, Toplantı zamanı gündəlikdə duran mühüm məsələlər ətrafında aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüs və təkliflər ölkələrimizin əmin-amanlığına, təhlükəsiz gələcəyinə, Türk dünyasının qlobal təhdidlər qarşısında daha dayanıqlı və sarsılmaz bir gücə çevrilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Toplantının işinə uğurlar arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qərbi Azərbaycanda mədəni irsin məhv edilməsi: alimlərdən HESABAT

İnsanlıq tarixi göstərir ki, bir xalqın bir ərazidən silinməsi yalnız fiziki deportasiya ilə bitmir. Bunun ardınca həmin xalqın minilliklər boyu yaratdığı mədəni, tarixi və mənəvi izlər də hədəfə çevrilir. Bu gün Ermənistan ərazisi kimi tanınan Qərbi Azərbaycan torpaqları əsrlər boyu Azərbaycan xalqının köklü yaşayış məskəni olmuş, burada zəngin memarlıq, dini və etnoqrafik irs formalaşmışdır. İrəvan xanlığı dövründə (1747-1828) bu ərazilərdə yüzlərlə məscid, mədrəsə, karvansara, hamam, qala və yaşayış kompleksi inşa edilmişdir.XX əsrin əvvəllərindən, xüsusilə 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə həyata keçirilən kütləvi deportasiyalar və monoetnik dövlət quruculuğu siyasəti nəticəsində bu irs sistemli şəkildə dağıdılmışdır. Ermənistan rəhbərliyi Azərbaycan xalqının bu torpaqlardakı...

17 Sentyabr 2026, 10:27

Azərbaycanda 7 ayda 11 678 boşanma qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 22130 nikaha daxilolma və 11678 boşanma halları qeydə alınıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-avqust ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb....

17 Sentyabr 2026, 10:25

Azərbaycanda 7 ayda 1696 əkiz, 60 üçəm doğulub

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48954 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşüb.Citypost.az  xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-avqust ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1696-sı əkiz, 60-ı isə üçəm olub....

17 Sentyabr 2026, 10:23

Azərbaycan əhalisinin sayı 10,27 milyona çatdı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb.Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

17 Sentyabr 2026, 10:21

Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb 

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.Bu barədə Citypost.az-a  FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Ağcəbədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.Yoxlama zamanı məlum olub ki, maye qazdoldurma məntəqəsində quraşdırılmış 2 ədəd maye qaz çəninin üzərində olan qoruyucu klapanların dövri yoxlaması aparılmayıb, həmçinin sözügedən çənlərin texniki baxışı keçirilməyib.Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı...

17 Sentyabr 2026, 09:47

Natiq Muxtarlıdan SƏRT SÖZLƏR:  “Övladının tərbiyəsinə özün cavabdehsən”

Məktəbdə şagirdlərin elektron siqaret çəkməsinə ikili münasibət var: Sağlam düşüncəli insanlar bu davranışa görə ailəni – valideynləri günahlandırırlar. Kütlə - Tükəzbanlar, Fatmanisələr, Məmmədhəsənlər isə məktəbi, müəllimi günahkar bilir. Niyə, ay Tükəzban? Axı sən müəllimdən “tərbiyə verən” statusunu çoxdan alıbsan. Müəllim sənin övladına “belə hərəkət etmə” deyə bilməz. Müəllim nəinki şagirdə irad bildirə bilməz, hətta ona “dərsə niyə hazır deyiləsən” sualını da verə bilməz.  Bu sual Tükəzbanın övladının “çest”inə dəyə bilər. Tükəzbana görə uşaq sinifdə yatarsa, müəllim pencəyini onun kürəyinə salmalı, lay-lay deməlidir.  Tükəzbanın oğlu sinifdə anqırarsa, müəllim “nə gözəl səsin var, bala” deyib onu ruhlandırmalıdır. Bizim zamanımızda da məktəbdə uyğun olmayan davranış olurdu, buna görə...

17 Sentyabr 2026, 09:43