Bizə yazın

Baku

-°C

USD

-

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır 

Cəmiyyət 21 Sentyabr 2026, 09:13

417

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.

Citypost.az , cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.

DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.

Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.

İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə təqsirli bilinib.

Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.

Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İradə İsakdan dodaq estetikası ilə bağlı sərt irad: “Bu assimetriyanı kim icad edib?”

Tanınmış aparıcı və jurnalist İradə İsak son dövrlər geniş yayılan dodaq estetikası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,İ.İsak bəzi qadınların etdirdiyi estetik müdaxilələr nəticəsində üst dodağın həddindən artıq qalınlaşdırılmasını tənqid edib. O, təbii üz quruluşunda üst dodağın alt dodaqdan daha incə olduğunu qeyd edərək bu nisbətin dəyişdirilməsinə etiraz edib.Jurnalist paylaşımında dodaqların həddindən artıq böyüdülməsinin üz cizgilərinin təbii görünüşünü pozduğunu bildirib və bu tendensiyanı sərt ifadələrlə tənqid edib. O, “Bu assimetriyanı kim icad edib?” sualını verərək estetik müdaxilələrin ifrat həddə çatdığını vurğulayıb.İ.İsak həmçinin sosial mediada və müxtəlif platformalarda bu cür estetik görünüşlərin həddindən artıq nümayiş etdirilməsindən narazılığını ifadə edib.Turan...

21 Sentyabr 2026, 09:40

Aqşin Yenisey: “Tarixə pərəstiş bir xalqın ayaqlarını sındırmasıdır”

Orta Şərq nədən bataqlıqdır, nədən dönə-dönə eyni faciələri böyük fərəh hissiylə yaşamaqdan doymur?Bu sualın cavabını Karl Popperin “Tarixpərəstliyin səfaləti” əsərində aramaq lazım. (Popperin “historisizm” dediyi şeyi dilimizə “tarixpərəstlik” kimi tərcümə edərdim.) Tarixpərəstlik nə deməkdir? İndini və gələcəyi tarixi təcrübələr və əhvalatlar üzərinə inşa etmək. Qələmi qılıncın varisi olaraq tərbiyələndirmək. Tarixpərəstlik tarixdən mədəniyyət yaratmaq cəhdidir ki, yeri və zamanı gəldikdə o mədəniyyəti yenidən tarixə çevirə biləsən. Yəni tarixpərəstlik tarixin turşuya qoyulmasıdır. Tarixpərəstlik Teseyin köhnə gəmisinin taxtalarını söküb ona bənzəyən, amma başqa bir gəmi düzəldir. Bu gəminin adı mədəniyyətdir. Orta Şərq xalqları məhz bu işin mahir ustalarıdır. Onlar min illərdir tarixin köhnə gəmisinin taxtalarını eynisiylə əvəz...

21 Sentyabr 2026, 09:29

Hicran Hüseynova: “Rəfiqə Əliyevanın irsi daim yaşayacaq”

20 sentiyabr Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli görkəmli kimyaçı-alim, akademik Rəfiqə xanım Əliyevanın doğum günüdür.Citypost.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rəfiqə Əliyevadan yazıb.H. Hüseynovanın sözlərinə görə, Rəfiqə xanım Əliyeva haqqında danışarkən ilk növbədə elmə bağlılığı, müəllim kimi tələbələrinə münasibəti və insanlarla ünsiyyətindəki səmimiyyəti yada düşür. Onu tanıyanların xatirəsində sadəliyi, həssaslığı, mehribanlığı və yüksək insani keyfiyyətləri ilə seçilən əsl Azərbaycan ziyalısı kimi yaşayır.Akademik Rəfiqə Əlirza qızı Əliyeva bütün ömrünü Azərbaycan elminə, xüsusilə analitik kimyanın inkişafına həsr edib. Yarım əsrdən artıq davam edən elmi və pedaqoji fəaliyyəti ərzində...

21 Sentyabr 2026, 09:24

Yasamal və Nizamidə işıq olmayacaq – SAATLAR

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrinin...

21 Sentyabr 2026, 09:19

Alim Qasımovun duetinə jurnalistdən sərt sözlər: “Sənət nümunəsi deyil”

Jurnalist Ülviyyə Heydərova Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi “Nəyindən narahatsan” mahnısına münasibət bildirib.Citypost.az xəbər verir ki, U.Heydərova Alim Qasımovun səsinə və sənətinə heyran olduğunu qeyd etsə də, onun Üzeyir Mehdizadə ilə duet ifa etməsini tənqid edib. Jurnalistin sözlərinə görə, sözügedən ifada onun zövqünü oxşayan və ürəyə toxunan məqamlar yoxdur.O bildirib ki, duetin Milli Musiqi Günündə, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə təqdim olunması Azərbaycan musiqisinin hazırkı vəziyyəti ilə bağlı müəyyən suallar doğurur. U.Heydərova bunu “Azərbaycan musiqisinə təhqir” kimi qiymətləndirib.Jurnalist Üzeyir Mehdizadənin şəxsiyyəti ilə bağlı hər hansı probleminin olmadığını da vurğulayıb. O, müğənninin tərbiyəli və...

21 Sentyabr 2026, 09:18

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;7. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;8. Babək prospekti, mərkəz istiqamətində;9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd...

21 Sentyabr 2026, 08:54