Aqşin Yenisey: “Tarixə pərəstiş bir xalqın ayaqlarını sındırmasıdır”
Cəmiyyət 21 Sentyabr 2026, 09:29
315
Orta Şərq nədən bataqlıqdır, nədən dönə-dönə eyni faciələri böyük fərəh hissiylə yaşamaqdan doymur?
Bu sualın cavabını Karl Popperin “Tarixpərəstliyin səfaləti” əsərində aramaq lazım. (Popperin “historisizm” dediyi şeyi dilimizə “tarixpərəstlik” kimi tərcümə edərdim.)
Tarixpərəstlik nə deməkdir? İndini və gələcəyi tarixi təcrübələr və əhvalatlar üzərinə inşa etmək. Qələmi qılıncın varisi olaraq tərbiyələndirmək. Tarixpərəstlik tarixdən mədəniyyət yaratmaq cəhdidir ki, yeri və zamanı gəldikdə o mədəniyyəti yenidən tarixə çevirə biləsən.
Yəni tarixpərəstlik tarixin turşuya qoyulmasıdır.
Tarixpərəstlik Teseyin köhnə gəmisinin taxtalarını söküb ona bənzəyən, amma başqa bir gəmi düzəldir. Bu gəminin adı mədəniyyətdir.
Orta Şərq xalqları məhz bu işin mahir ustalarıdır. Onlar min illərdir tarixin köhnə gəmisinin taxtalarını eynisiylə əvəz edərək ondan mədəniyyətin yeni gəmisini düzəldirlər. Proses gedir, amma nəticə olaraq forma və məzmun dəyişmir. Orta Şərqdə min il əvvəl nə baş veribsə, bu gün də eynisi baş verir. Bu, tənbəl bir tələbənin eyni paltarı kirləndikcə çevirib yenidən geyinməsi kimi acınacaqlı, eyni zamanda gülməli bir işdir.
Bu gün Qırmızı dənizin yan-yörəsində yaşananlar vaxtilə Nəhavəd şəhərinin yan-yörəsində yaşananların ikinci seriyasıdır. Farslar Sasani tarixinin köhnə taxtalarını söküb onun eynisi olan yeni bir mədəniyyət yaratdılar, sadəcə, üstünü islamın yaşıl rəngiylə boyadılar.
İndi yeri və zamanı gəldi, mədəniyyətin altında gizlədilmiş tarix üzə çıxdı və artıq hər gün Qırmızı dənizi adına layiq boyamaqdadır.
Buradan bizim çıxarmalı olduğumuz nəticə: tarixi, sadəcə, öyrənmək lazımdır, tarixə pərəstiş bir xalqın öz ayaqlarını topuqdan sındırıb tərsinə, geriyə bitişdirməsidir.
Mədəniyyəti yalnız tarixpərəstlik üzərində qurulan hər yer Orta Şərqdir! Bataqlıqdır!
Aqşin Yenisey
Şair
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN-dən həftəlik statistika: 62 nəfər xilas edildi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 442 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62...
21 Sentyabr 2026, 10:00
İradə İsakdan dodaq estetikası ilə bağlı sərt irad: “Bu assimetriyanı kim icad edib?”
Tanınmış aparıcı və jurnalist İradə İsak son dövrlər geniş yayılan dodaq estetikası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,İ.İsak bəzi qadınların etdirdiyi estetik müdaxilələr nəticəsində üst dodağın həddindən artıq qalınlaşdırılmasını tənqid edib. O, təbii üz quruluşunda üst dodağın alt dodaqdan daha incə olduğunu qeyd edərək bu nisbətin dəyişdirilməsinə etiraz edib.Jurnalist paylaşımında dodaqların həddindən artıq böyüdülməsinin üz cizgilərinin təbii görünüşünü pozduğunu bildirib və bu tendensiyanı sərt ifadələrlə tənqid edib. O, “Bu assimetriyanı kim icad edib?” sualını verərək estetik müdaxilələrin ifrat həddə çatdığını vurğulayıb.İ.İsak həmçinin sosial mediada və müxtəlif platformalarda bu cür estetik görünüşlərin həddindən artıq nümayiş etdirilməsindən narazılığını ifadə edib.Turan...
21 Sentyabr 2026, 09:40
Hicran Hüseynova: “Rəfiqə Əliyevanın irsi daim yaşayacaq”
20 sentiyabr Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli görkəmli kimyaçı-alim, akademik Rəfiqə xanım Əliyevanın doğum günüdür.Citypost.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rəfiqə Əliyevadan yazıb.H. Hüseynovanın sözlərinə görə, Rəfiqə xanım Əliyeva haqqında danışarkən ilk növbədə elmə bağlılığı, müəllim kimi tələbələrinə münasibəti və insanlarla ünsiyyətindəki səmimiyyəti yada düşür. Onu tanıyanların xatirəsində sadəliyi, həssaslığı, mehribanlığı və yüksək insani keyfiyyətləri ilə seçilən əsl Azərbaycan ziyalısı kimi yaşayır.Akademik Rəfiqə Əlirza qızı Əliyeva bütün ömrünü Azərbaycan elminə, xüsusilə analitik kimyanın inkişafına həsr edib. Yarım əsrdən artıq davam edən elmi və pedaqoji fəaliyyəti ərzində...
21 Sentyabr 2026, 09:24
Yasamal və Nizamidə işıq olmayacaq – SAATLAR
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrinin...
21 Sentyabr 2026, 09:19
Alim Qasımovun duetinə jurnalistdən sərt sözlər: “Sənət nümunəsi deyil”
Jurnalist Ülviyyə Heydərova Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi “Nəyindən narahatsan” mahnısına münasibət bildirib.Citypost.az xəbər verir ki, U.Heydərova Alim Qasımovun səsinə və sənətinə heyran olduğunu qeyd etsə də, onun Üzeyir Mehdizadə ilə duet ifa etməsini tənqid edib. Jurnalistin sözlərinə görə, sözügedən ifada onun zövqünü oxşayan və ürəyə toxunan məqamlar yoxdur.O bildirib ki, duetin Milli Musiqi Günündə, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə təqdim olunması Azərbaycan musiqisinin hazırkı vəziyyəti ilə bağlı müəyyən suallar doğurur. U.Heydərova bunu “Azərbaycan musiqisinə təhqir” kimi qiymətləndirib.Jurnalist Üzeyir Mehdizadənin şəxsiyyəti ilə bağlı hər hansı probleminin olmadığını da vurğulayıb. O, müğənninin tərbiyəli və...
21 Sentyabr 2026, 09:18
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.Citypost.az , cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş...
21 Sentyabr 2026, 09:13