Hicran Hüseynova: “Rəfiqə Əliyevanın irsi daim yaşayacaq”
Cəmiyyət 21 Sentyabr 2026, 09:24
305
20 sentiyabr Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli görkəmli kimyaçı-alim, akademik Rəfiqə xanım Əliyevanın doğum günüdür.
Citypost.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rəfiqə Əliyevadan yazıb.
H. Hüseynovanın sözlərinə görə, Rəfiqə xanım Əliyeva haqqında danışarkən ilk növbədə elmə bağlılığı, müəllim kimi tələbələrinə münasibəti və insanlarla ünsiyyətindəki səmimiyyəti yada düşür. Onu tanıyanların xatirəsində sadəliyi, həssaslığı, mehribanlığı və yüksək insani keyfiyyətləri ilə seçilən əsl Azərbaycan ziyalısı kimi yaşayır.Akademik Rəfiqə Əlirza qızı Əliyeva bütün ömrünü Azərbaycan elminə, xüsusilə analitik kimyanın inkişafına həsr edib. Yarım əsrdən artıq davam edən elmi və pedaqoji fəaliyyəti ərzində böyük bir alim və müəllim məktəbi formalaşdırıb. Yetirmələri bu gün Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrində, eləcə də dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərirlər. 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində dünyaya gələn Rəfiqə Əliyeva ali təhsilini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda başlayıb, 1964-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasında çalışıb. Burada assistent vəzifəsindən professorluğa qədər yüksəlib, uzun illər kafedraya rəhbərlik edib. Elmi fəaliyyəti xüsusilə analitik və ekoloji kimyanın inkişafı ilə bağlı olub. 2001-ci ildə Bakı Dövlət Universitetində yaratdığı “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” Elmi-tədqiqat laboratoriyası elmi fəaliyyətinin vacib nəticələrindən biri idi. Laboratoriyada aparılan tədqiqatlar ətraf mühitin, xüsusilə neft hasilatı ilə bağlı tullantıların tərkibinin öyrənilməsinə, ağır və radioaktiv metalların müəyyənləşdirilməsinə yönəlmişdi. Yüzlərlə elmi məqalənin, monoqrafiyaların, dərs vəsaitlərinin və ixtiraların müəllifi kimi Azərbaycan kimya elminin inkişafına mühüm töhfələr verib. Rəhbərliyi ilə çox sayda gənc alim elmi işlərini müdafiə edib. Analitik kimya üzrə Azərbaycan-rus-ingilis terminlər lüğətinin hazırlanması, əsas elmi kitabların Azərbaycan dilinə tərcüməsi və tələbələr üçün dərsliklərin yazılması da elmə xidmətinin xüsusi istiqamətlərindən olub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilməsi uzun illər ərzində elmə verdiyi əməyin dövlət səviyyəsində qiymətləndirilməsinin göstəricilərindən idi. Əməkdar elm xadimi fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb. Həyat yoluna nəzər salanda bir həqiqət aydın görünür: insanın elmə verdiyi töhfə yalnız yazdığı əsərlərlə ölçülmür. Yetişdirdiyi tələbələr, öyrətdiyi gənclər, yaratdığı elmi ənənələr və insanların yaddaşında buraxdığı xoş xatirələr də həmin irsin ayrılmaz hissəsidir.
Həmçinin oxuyun
Deputat qeyd edib ki, Elmi və pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyət də həyatında mühüm yer tuturdu. Azərbaycan ziyalısının cəmiyyətdəki məsuliyyətini yaxşı anlayan, ölkənin ictimai həyatında fəal iştirak edən qadınlardan biri idi. Müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından olan Rəfiqə xanım müxtəlif şəhər və rayonlarda qadınlarla görüşlərdə iştirak edir, onların cəmiyyətdə daha fəal mövqe tutmasına dəstək göstərirdi. Bu fəaliyyətinə görə #DünyaAzərbaycanQadınlarıBirliyinin fəxri sədri seçilmişdi. İctimai mövqeyində qadınların təhsili, ictimai həyatda iştirakı və öz potensiallarını reallaşdırması məsələləri xüsusi yer tuturdu. Şəxsi həyat yolu da bu baxışların ən aydın nümunələrindən biri idi. Böyük elm adamı olmaqla yanaşı, ictimai həyatda fəal iştirak edən ziyalı qadın, qayğıkeş ana və cəmiyyətə bağlı vətəndaş kimi tanınırdı. İctimai fəaliyyətində diqqət çəkən əsas cəhətlərdən biri insanlarla birbaşa ünsiyyətə verdiyi önəm idi. Qadınlarla görüşlər zamanı onların fikirlərini dinləməsi, təklif və problemləri ilə maraqlanması ictimai həyatda da böyük hörmət qazanmasına səbəb olmuşdu.Əməkdar elm xadimi və qayğıkeş ana olan Rəfiqə xanım ömrünün son gününə qədər elmi və ictimai həyatda fəal olmuş, öz bilik və təcrübəsini gənc nəsillərə ötürərək Azərbaycan elminin möhkəmlənməsinə xidmət etmişdir.Bu gün biz, onun işıqlı xatirəsini böyük hörmətlə yad edərək əminliklə deyirik ki, akademik Rəfiqə Əliyevanın zəngin elmi irsi gənc alimlər üçün daim bir məktəb olacaq, Azərbaycan elminin gələcək inkişafına işıq tutacaqdır.Ruhu şad olsun!
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN-dən həftəlik statistika: 62 nəfər xilas edildi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 442 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62...
21 Sentyabr 2026, 10:00
İradə İsakdan dodaq estetikası ilə bağlı sərt irad: “Bu assimetriyanı kim icad edib?”
Tanınmış aparıcı və jurnalist İradə İsak son dövrlər geniş yayılan dodaq estetikası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,İ.İsak bəzi qadınların etdirdiyi estetik müdaxilələr nəticəsində üst dodağın həddindən artıq qalınlaşdırılmasını tənqid edib. O, təbii üz quruluşunda üst dodağın alt dodaqdan daha incə olduğunu qeyd edərək bu nisbətin dəyişdirilməsinə etiraz edib.Jurnalist paylaşımında dodaqların həddindən artıq böyüdülməsinin üz cizgilərinin təbii görünüşünü pozduğunu bildirib və bu tendensiyanı sərt ifadələrlə tənqid edib. O, “Bu assimetriyanı kim icad edib?” sualını verərək estetik müdaxilələrin ifrat həddə çatdığını vurğulayıb.İ.İsak həmçinin sosial mediada və müxtəlif platformalarda bu cür estetik görünüşlərin həddindən artıq nümayiş etdirilməsindən narazılığını ifadə edib.Turan...
21 Sentyabr 2026, 09:40
Aqşin Yenisey: “Tarixə pərəstiş bir xalqın ayaqlarını sındırmasıdır”
Orta Şərq nədən bataqlıqdır, nədən dönə-dönə eyni faciələri böyük fərəh hissiylə yaşamaqdan doymur?Bu sualın cavabını Karl Popperin “Tarixpərəstliyin səfaləti” əsərində aramaq lazım. (Popperin “historisizm” dediyi şeyi dilimizə “tarixpərəstlik” kimi tərcümə edərdim.) Tarixpərəstlik nə deməkdir? İndini və gələcəyi tarixi təcrübələr və əhvalatlar üzərinə inşa etmək. Qələmi qılıncın varisi olaraq tərbiyələndirmək. Tarixpərəstlik tarixdən mədəniyyət yaratmaq cəhdidir ki, yeri və zamanı gəldikdə o mədəniyyəti yenidən tarixə çevirə biləsən. Yəni tarixpərəstlik tarixin turşuya qoyulmasıdır. Tarixpərəstlik Teseyin köhnə gəmisinin taxtalarını söküb ona bənzəyən, amma başqa bir gəmi düzəldir. Bu gəminin adı mədəniyyətdir. Orta Şərq xalqları məhz bu işin mahir ustalarıdır. Onlar min illərdir tarixin köhnə gəmisinin taxtalarını eynisiylə əvəz...
21 Sentyabr 2026, 09:29
Yasamal və Nizamidə işıq olmayacaq – SAATLAR
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrinin...
21 Sentyabr 2026, 09:19
Alim Qasımovun duetinə jurnalistdən sərt sözlər: “Sənət nümunəsi deyil”
Jurnalist Ülviyyə Heydərova Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi “Nəyindən narahatsan” mahnısına münasibət bildirib.Citypost.az xəbər verir ki, U.Heydərova Alim Qasımovun səsinə və sənətinə heyran olduğunu qeyd etsə də, onun Üzeyir Mehdizadə ilə duet ifa etməsini tənqid edib. Jurnalistin sözlərinə görə, sözügedən ifada onun zövqünü oxşayan və ürəyə toxunan məqamlar yoxdur.O bildirib ki, duetin Milli Musiqi Günündə, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə təqdim olunması Azərbaycan musiqisinin hazırkı vəziyyəti ilə bağlı müəyyən suallar doğurur. U.Heydərova bunu “Azərbaycan musiqisinə təhqir” kimi qiymətləndirib.Jurnalist Üzeyir Mehdizadənin şəxsiyyəti ilə bağlı hər hansı probleminin olmadığını da vurğulayıb. O, müğənninin tərbiyəli və...
21 Sentyabr 2026, 09:18
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.Citypost.az , cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş...
21 Sentyabr 2026, 09:13