Bizə yazın

Baku

-°C

USD

-

"Havalar soyuyanda kölgə salan ağaclar unudulur" - Şəmsi Vəfadar yazır...

Cəmiyyət 04 Oktyabr 2024, 10:55

40023

Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilməsi barədə xəbər vermişdik.

Müvafiq  əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocəsən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi oğlu , mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

Yerli mediada sözügedən xəbərlər təqdim olunarkən  Mehriban Qaralovanın Zakir  Qaralovun yaxın qohumu kimi başlıqlara çıxarılması birmənalı qarşılanmayıb.

Tanınmış  şair  Şəmsi Vəfadar  CityPost.az  saytına  bununla  bağlı  tənqidi  fikirlərini  bölüşüb. 

- Mərhum professor Zahid Qaralovu tanımayan,barəsində eşitməyən az  adam tapılar.  O, həm də  Azərbaycan Milli  Oyanış  Hərəkatının  öncüllərindən olub.  Sözünün sanbalı olan ziyalılarından hesab olunurdu. Kimsə Zahid Qaralovu və ailəsini Zakir Qaralova görə tanıtmaq istəyirsə,bu səhv atılmış addımdır. Zakir Qaralov uğursuz baş prokuror kimi tarixin yaddaşına həkk olunub. Əgər onun Dövlətçilik qarşısında müstəsna xidmətləri  olsaydı,sözsüz ki, O da İsa Nəcəfov,Südabə Həsənova,İlyas İsmayılov,Fikrət Məmmədov kimi şərəfləndirilərdi və kənarda qalıb bu gün Əli Ömərov,Eldar Həsənov sayağı məşğul olduğu işlərlə başını qatmazdı. 
Böyük hörmət və nüfuz sahibi mərhum Zahid Qaralovun qızı yetərincə tanınmış ziyalı xanım Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur.Belə bir deyim var: Havalar soyuyanda kölgə salan ağaclar unudulur. Mehriban Qaralovanın İlqar Qaralov kimi ziyalılığına,mədəniyyətinə,əxlaqına və savadına görə seçilən qardaşı var.Zakir Qaralovun adı heç bir dəftərdə olmayanda Mehriban Qaralovanın atası Zahid Qaralov Azərbaycan SSR Elm və Təhsil nazirinin müavini idi. Belə faktlara toxunanda, kimlərinsə adlarını hallandıranda yaxşı olardı ki,jurnalistlərimiz tarixi faktları səhifələsinlər.

Müəllif: Müşərrəfxanım
 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nəsimidə küçələrdən biri Əhməd Yəsəvinin adını daşıyacaq

Bakının Nəsimi rayonunda küçələrdən birinə türk-islam dünyasının tanınmış mütəfəkkiri, sufi şair və alim Əhməd Yəsəvinin adı verilib.Citypost.az  "Unikal"a istinadən xəbər verir ki,  bu həm də Azərbaycan və Qazaxıstan arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə yönəlmiş addım hesab oluna bilər. Qeyd edək ki, XII əsrin görkəmli mütəfəkkir-şairi Əhməd Yəsəvi türk dünyasında sufizm ədəbiyyatının ilk yaradıcılarından biri hesab olunur. Sayramda anadan olan Yəsəvi İslamın Orta Asiya türkləri arasında yayılmasında mühüm rol oynayıb. İlk təhsilini atasından alan şair daha sonra Arslan Baba və Yusif Həmədaninin yanında təhsil alıb. Onun adı ilə bağlı əsas əsər “Divani-hikmət”dir. Əsər türk dilində təsəvvüf düşüncəsinin və ədəbiyyatının...

23 Sentyabr 2026, 08:26

Qanunsuz kömür quyuları aşkarlandı 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz, Lerik, Masallı, Tovuz, Göygöl, İsmayıllı və Ağsu rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.Citypost.az xəbər verir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Oğuz rayonu Muxas kənd sakini Rəşad Əhmədov, Lerik rayonu Dəvrədibi kənd sakini Ədalət Şərifov, Masallı rayonu Yolağacı kənd sakinləri Mirzəkişi Şirəliyev, Bəhmən Heydərov, Anar Sovziyev, Nüsrət Sovziyev, Tovuz rayonu Çobansığnaq kənd sakini Pərvin Hüseynov, Göygöl rayonu Toğanalı kənd sakinləri Samir Rüstəmov, Ədalət Bayramov, Səhhət İsgəndərov, İsmayıllı rayonu Tağlabiyan kənd sakini Fəxrəddin Canıyev, Ağsu rayonu Nuran kənd...

23 Sentyabr 2026, 08:09

Bakının bəzi küçələrində bu gün elektrik enerjisi olmayacaq

Sentyabrın 23-də Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.“Azərişıq” ASC-nin mətbuat xidmətindən Citypost.az-a  bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması gözlənilir....

23 Sentyabr 2026, 08:00

Kamil Xasiyev Avstriya XİN rəsmisi ilə görüşdü

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Baş katibi Nikolaus Marşiklə nəzakət görüşü keçirib və iki ölkə arasında mövcud tərəfdaşlıqların genişləndirilməsi müzakirə olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb."Görüşdə ölkələrimiz arasındakı münasibətlərin aktual aspektlərinə və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.Tərəflər siyasi, iqtisadi və mədəni dialoqun daha da dərinləşdirilməsində və mövcud tərəfdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar....

22 Sentyabr 2026, 20:47

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.Xatırladaq ki, daha əvvəl Bakı Dövlət Universiteti 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində...

22 Sentyabr 2026, 20:15

Səbinə Əliyeva türk hüquqşünas qadınlarla görüşüb 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasının dəvəti əsasında Azərbaycanda səfərdə olan Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, nümayəndə heyətinə Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri, Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyasının vitse-prezidenti, hüquqşünas və mediator Zübeyde Aksay rəhbərlik edib.S. Əliyeva hüquqşünas qadınların peşəkar inkişafının dəstəklənməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi, hüquq və ədalət prinsiplərinin təşviqi istiqamətində Cəmiyyətin fəaliyyətinin əhəmiyyətini qeyd edib.O, qadın və uşaqların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi və ayrı-seçkiliyin qarşısının alınmasının Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu bildirib. Qadınların hüquqlarının səmərəli təmin edilməsi, hüquqi maarifləndirilməsi, bərabər imkanlarının genişləndirilməsi...

22 Sentyabr 2026, 20:00