Bizə yazın

Baku

-°C

USD

-

Əlövsət Ağalarov: “Ermənilər səhifəmi kütləvi şikayət ediblər”

Cəmiyyət 01 Oktyabr 2026, 08:54

426

Sabiq deputat Əlövsət Ağalarov sosial şəbəkə hesabında üzləşdiyi problemlə bağlı paylaşım edib.

Citypost.az xəbər verir ki,Əlövsət Ağalarov bildirib ki, sosial şəbəkə hesabında təxminən iki saat ərzində paylaşım etmək mümkün olmayıb və bunun ermənilərin kütləvi şikayətləri ilə bağlı olduğunu düşünür.

“Dostlar, ermənilər kütləvi şikayət ediblər, iki saatdır heç nə paylaşmaq olmur. Kim bilir, nə eləməli? Telefonuma da müxtəlif ölkə kodları ilə 36 zəng gəlib. Açmıram, bloka atmışam. Sabah lazımi ünvanlara göndərəcəm, araşdırsınlar”, – deyə sabiq deputat yazıb.

Onun sözlərinə görə, hazırda Facebook səhifəsi yenidən aktivləşib, lakin bununla bağlı tam əmin deyil.

“Bu dəqiqə Facebook səhifəm aktiv oldu, amma tam arxayın deyiləm ki, belə qalacaq. Çünki üç gündür onların sürü kimi Azərbaycana hücumlarına kəskin və tutarlı cavablar yazıram. Arvadlı-kişili məni hədələməklə məşğuldurlar”, – deyə Ə. Ağalarov qeyd edib.

Sabiq deputat bildirib ki, qarşı tərəfin onun ailə üzvləri və fəaliyyəti barədə də məlumatlı olduğunu düşünür.

“Hətta Mahirin döyüşlərdə xeyli erməni yaraqlısını məhv etdiyini də bilirlər. Mənim bütün səhifələrimi oxuyublar”, – deyə o bildirib.

Əlövsət Ağalarov paylaşımının sonunda təhdidlərdən çəkinmədiyini vurğulayıb.

“Bu şərəfsizlər bilmirlər ki, biz millət olaraq qorxunu savaşın ilk günlərindən buraxmışıq. Qalib xalqıq və bunların hədə-qorxusu, revanşist çağırışları mənə milçək vızıltısı kimi gəlir”, – deyə sabiq deputat yazıb.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramidə Allahverdiyeva: “Gənclərdə qüsur axtaranlar, arada özünüzə də baxın”

Son dövrlər baş verən məlum proseslər nəticəsində cəmiyyətdə müəyyən bir fikir formalaşıb. "Uşaqlarınıza tərbiyə verin" şüarı daha çox səslənməyə başlayıb. Yetişən nəsl ipə-sapa yatmır, lazımsız hərəkətlərə yol verir. Bəziləri hətta, ədəbsizlik göstərir. Misal üçün ictimai yerlərdəki davranışları və digər halları əsas gətirirlər. Avtobusda gənc bir yaşlıya yer vermədi, bu, ailə tərbiyəsindən irəli gəlir. Nə bilim məktəb biganəlik göstərib. Yoldaşlar, vətəndaşlar, ay millət, əvvəla, marşrutda kiməsə yer vermək kimi bir məcburiyyət və yaxud da qanun yoxdur. Hamı gediş haqqı kimi 60 qəpiyini ödəyib, gedir. Özündən böyüklərə yer vermək, bizim mental dəyərdir. Hörmət əlamətidir. Zamanla çox effektiv olub. Bir vaxtlar insanlar daha çox rahat,...

01 Oktyabr 2026, 09:19

Xatirə Xatun: “Ölümün rəngi çökmüş fotolara baxmaq çətindir”

Şairə Xatirə Xatun jurnalist Əvəz Zeynallının və digər tanınmış şəxslərin xəstəlik dövründə çəkilən son fotolarının yayılmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, şairə Xatirə Xatun qeyd edib ki, ağır xəstəlik insanın görünüşünü və həyatını ciddi şəkildə dəyişə bilər. O, bu səbəbdən xəstəliyin tanınmaz hala saldığı insanların son fotolarının yayılmasını arzuolunmaz hesab edir.“Şəxsən mən və elə bilirəm, bir çoxu xəstəliyin tanınmaz hala saldığı birinin son fotolarının yayılmasını istəmirəm. Allah Əvəz Zeynallıya rəhmət eləsin, axirəti rahat və nurlu olsun. Qoy yadda elə əvvəlki kimi qalsın deyirəm. Ölümün rəngi çökmüş o fotolara baxmaq çox çətindir”, – deyə şairə bildirib....

01 Oktyabr 2026, 09:15

Zaur Əhməd: “Maaş artdıqca xalqdan uzaqlaşırlar”

Jurnalist Zaur Əhməd dövlət rəsmilərinin əməkhaqlarının artması ilə bağlı fikirlərini bölüşüb.Zaur Əhməd bildirib ki, nazirlər, komitə sədrləri, ombudsman və deputatlar da daxil olmaqla dövlət ərkanının əməkhaqları son dövrdə əhəmiyyətli dərəcədə artıb.“Nazirlər, komitə sədrləri, ombudsman, deputatlar, xülasə, dövlət ərkanının əməkhaqqı 3-4 dəfə artıb. Allah hər kəsə qazancını sağlıqla yeməyi qismət eləsin”, – deyə jurnalist yazıb.Onun sözlərinə görə, məmurların əməkhaqları artdıqca onların cəmiyyətin müəyyən təbəqələri ilə sosial məsafəsi də arta bilər.“Təəssüf ki, məmurun maaşı artdıqca xalqdan məsafəsi də artır. Çünki hər kəs həyatı öz arşını ilə ölçür. Yüksək maaş alan üçün dolanmaq asandır. Düşünür ki: “İnsan maaşla niyə dolana bilməsin ki?””, –...

01 Oktyabr 2026, 09:08

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;10. Binəqədi şosesi, "Azadlıq prospekti" metro...

01 Oktyabr 2026, 09:03

Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı

İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, itkin düşmüş şəxslərin taleyi və Birinci Qarabağ müharibəsi zamanı törədilən cinayətlərlə bağlı toplanan sübutların həm tarixi, həm də prosessual əhəmiyyəti var".Citypost.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Trend-ə və REAL TV-yə birgə müsahibəsində deyib.“Bu işlərin həm tarixi, həm də prosessual əhəmiyyəti böyükdür. Təəssüf ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı ümumilikdə 4 010 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, altı nəfəri isə İkinci Qarabağ müharibəsi dövründə itkin düşüb”, – deyə o bildirib.Kamran Əliyevin sözlərinə görə, itkin düşmüş şəxslərlə bağlı dövlət tərəfindən iş aparılır. Bu sahədə İtkin...

01 Oktyabr 2026, 08:14

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqələrində (TM) təmir işləri aparılacaq.Bununla əlaqədar rayonun Bəxtiyar Vahabzadə, Məhəmməd Hüseyn Şəhriyar, Süleyman Dadaşov və Şəfayət Mehdiyev küçələrində, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib....

01 Oktyabr 2026, 08:00