Zahid Oruc: “Dövlət qulluğunda kadr sabitliyi vacibdir”
Cəmiyyət 30 Sentyabr 2026, 19:02
1834
Yeni Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi Vətən müharibəsində Qələbəmizdən sonra Konstitusiyanın ölkəmizin bütün coğrafiyasında həyata keçirilməsi, o cümlədən xalqımızın qarşısında dayanan mühüm vəzifələrin yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Zəfərdən sonra Azərbaycanda yeni institut-nümayəndəlik təsisatının da formalaşması sübut edir ki, yeni dövlət qulluğu siyasəti məhz ölkə başçısı tərəfindən daha genişmiqyaslı bir səviyyədə gerçəkləşməyə başlayıb.
Xatırladaq ki, 2000-ci ildə qəbul olunan qanun fərqli bir dövrün, işğala və hakimiyyət çevrilişi cəhdlərinə məruz qaldığımız tarixi şəraitin məhsulu idi, Rusiyanın 1990-cı illərdə formalaşdırdığı Məcəllədən götürülmüşdü. Halbuki qonşu ölkə federativ konstitusiya quruluşuna, çoxpilləli təsnifat sisteminə və vəzifələrin qarışıq səviyyələrinə malikdir. Azərbaycan isə unitar dövlətdir. Ona görə ölkəmizin dövlət qulluğu sistemi millətimizin tələblərinə, peşəkar kadrların qorunmasına və yüksəlişinə, sosial təminatına yönəlməlidir.
2025-ci ilin sonunda Azərbaycanda dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Onların 44,2 faizi təkcə 7-ci təsnifat üzrə inzibati vəzifələrdədir, yardımçı vəzifələrin payı isə 23,2 faizdir. Dövlət qulluğunda 15 il və daha çox xidmət etmiş insanların payı cəmi 27,4 faizdir. Yəni, söhbət təxminən 7,5 min təcrübəli dövlət qulluqçusundan gedir.
Uzun müddət dövlət qulluğunda çalışan şəxslər bir neçə struktur və rəhbərlik dəyişikliyini, davamlı qanunvericilik islahatlarını, dövlətçiliyimiz üçün mühüm sınaqları və imtahanları keçiblər. Dövlət illərlə bir kadrın hazırlanmasına və təcrübə toplamasına vəsait və zaman sərf edir. “Yüksəliş” müsabiqəsinin məqsədi kadr bankı yaratmaqdır. Ona görə dövlət qulluğunda kadr sabitliyi idarəetmənin ən vacib tələblərindən biridir. Nazir, komitə sədri, agentlik rəhbəri müyən zaman periodunda dəyişə bilər. Struktur və institusional islahatlar da normal prosesdir. Lakin dövlət qulluqçusunun taleyi sahə qurumuna gələn birinci şəxsin subyektiv iradəsindən asılı olmamalıdır. Əks halda dövlətçilik məktəbi yaratmaq əvəzinə, rəhbərlikdən-rəhbərliyə dəyişən komandalar sistemi meydana çıxacaq.
İkinci böyük məsələ dövlət qulluğuna qəbuldur. 95 bal toplayan namizədin müsahibədə fikrini ifadə edə bilməməsi nümunəsi əks arqument kimi göstərilir. 2025-ci ilin nəticələrinə görə DİM-in üç əsas seçim xətti üzrə 4 065 vakansiya olub, 15 743 qeydiyyat aparılıb, 7 350 nəfər isə faktiki iştirak edib, 2 920 uğurlu nəticə qeydə alınıb və 2 054 təyinat baş tutub. Müsabiqə mərhələsində bir vakansiyaya orta hesabla 7,11 qeydiyyat düşdüyü halda, təyinatların boş yerlərə nisbəti cəmi 46,8 faiz olub. İllərlə ehtiyat siyahıda minlərlə işə qəbulu gözləyənlər olduğu halda 2800-dən çox vakant yer qalır, yəqin müqaviləli işçilərlə tutulur.
Halbuki imtahanın və müsahibənin məqsədi mümkün qədər çox insanı kənarda saxlamaq olmamalıdır. Təkrar qiymətləndirmə əvvəlki nəticələri, sonrakı əmək təcrübəsini, əlavə təhsili və peşəkar inkişafı nəzərə alan daha çevik mexanizmlə qurularsa, yeni Məcəllə həm xalqımıızn, həm də dövlət qulluqçusu olmağa çalışan insanların xeyrinə işləyər.
Həmçinin oxuyun
Yeni layihəyə görə, təyin edilməmiş uğurlu namizəd beş yox, iki il ehtiyat kadr kimi saxlanılır və həmin müddətdə analoji vakansiya yarandıqda təyin edilə bilər. Layihədə test imtahanlarının rübdə ən azı bir dəfə keçirilməsi də nəzərdə tutulur. Təklif var ki, daha balanslı yanaşma tətbiq olunsun, yəni sertifikatın ümumi qüvvədə olma müddəti 3 il və sadələşdirilmiş yenilənmə testi verməklə, vakansiya tapa bilməyən şəxslər üçün müəyyən keçid güzəştinin verilməsi faydalı olar. Çünki məqsəd peşəkarlığı qorumaqdırsa, namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür.
Digər tərəfdən, atestasiya ilə daimi imtahan rejimi bir-birindən fərqli anlayışdır. Dövlət qulluqçusu il ərzində bir neçə dəfə müxtəlif yoxlama, daxili imtahan və qiymətləndirməyə cəlb olunursa, onun vaxtının və enerjisinin nə qədər hissəsinin əsas işinə qaldığını da ölçmək lazımdır.
Başqa bir fundamental məsələ vahid vəzifə sistemidir. Unitar dövlətin qulluğunda eyni dəyərdə iş müxtəlif qurumlarda tamamilə fərqli karyera statusuna malik olmamalıdır. “Məsləhətçi”, “aparıcı məsləhətçi”, “böyük məsləhətçi”, “baş məsləhətçi” pillələrinin məsuliyyət və səlahiyyət səviyyəsi bir-birindən xüsusi fərqə malik deyil. Əvəzində titulların sayı çoxalsa da səlahiyyətlər böyümür, olduğu kimi qalır. Bütün dövlət orqanlarını əhatə edən vahid vəzifə təsnifatına ehtiyac var.
Əməkhaqqı və karyera məsələsi də bir-birindən ayrılmazdır. 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2 059 manat olub və əvvəlki illə müqayisədə 4,5 faiz artıb. Yeni Məcəllədə qulluq stajının əməkhaqqı pillələri ilə daha sistemli əlaqələndirilməsi diqqətəlayiq dəyişiklikdir. Lakin dövlət yüksək ixtisaslı hüquqşünas, iqtisadçı, data analitiki, mühəndis, İT mütəxəssisi uğrunda özəl sektorla rəqabət aparmaq istəyirsə, dövlət qulluğu yuxarı maddi təminata malik olması vacib şərtdir.
Sayı on minlərlə ölçülən insanlar ləyaqətlə xalqımıza xidmət edir, gündəlik əsasda dövlət siyasətini peşəkar şəkildə həyata keçirir, vətəndaşların hüquqi mənafelərini qoruyurlar. Dövlət qulluqçusunun nüfuzunu daim yüksək tutaraq ondan keyfiyyətli xidmət tələb etmək mümkündür. Qalib dövlətin qulluqçusu olmaq da cəmiyyətdə şərəfli və rəqabətli vəzifəyə çevrilməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb
Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.Qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib....
30 Sentyabr 2026, 19:56
Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçiusla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.Görüşdə regionda təhlükəsizlik məsələləri, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, həmçinin Litvanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə Aİ-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.Səfir qeyd edib ki, dəyişən geosiyasi və təhlükəsizlik şəraitində azadlığın dəyərini bilən ölkələrin fikir mübadiləsini daha da fəallaşdırması, bir-birini anlaması və dəstəkləməsi vacibdir....
30 Sentyabr 2026, 19:30
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri cənab Haluk Görgün arasında görüş keçirilib.MN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran...
30 Sentyabr 2026, 19:25
Külək güclənəcək - XƏBƏRDARLIQ
Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
30 Sentyabr 2026, 18:55
Prezidentin sosial media hesablarında "ADEX 2026" sərgisi ilə tanışlığına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:
30 Sentyabr 2026, 18:50
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qabardılıb.Qeyd olunub ki, Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub....
30 Sentyabr 2026, 18:40