Saleh Səmədova 9 il cəza istənilib
Cəmiyyət 30 Sentyabr 2026, 14:55
502
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Citypost.az xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.
Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib.
Həmçinin oxuyun
Növbəti proses oktyabrın 7-nə təyin olunub.
Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən növbəti operativ vergi nəzarəti tədbirləri çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda və Abşeron rayonunda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar müəyyən olunub.Bu barədə Citypost.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında Fərəcov Pünhan Arif oğlunun fəaliyyət göstərdiyi təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti zamanı aksiz markası ilə markalanmamış ümumi həcmi 5.695 litr olan 165 ədəd pivə çəlləyi aşkar edilib.Bundan əlavə, Abşeron rayonunda Hüseynov Mehrac Qurban oğlunun fəaliyyət göstərdiyi obyektdə aksiz markası düzgün tətbiq edilməyən və təkrar istifadə edildiyi müəyyənləşdirilən ümumi həcmi 890...
30 Sentyabr 2026, 15:40
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi.Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi.Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üçün çox vacib dost ölkə olduğunu deyən qonaq bu dostluğu davam etdirməkdə maraqlı olduqlarını vurğuladı.Lord Vernon Kioakerə sərgilərdə iştirak...
30 Sentyabr 2026, 15:34
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.Bu barədə Citypost.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.Bundan əlavə, Bakıdakı yarış 56 xarici televiziya kanalında yayımlanıb.Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.
30 Sentyabr 2026, 15:00
Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobusların hərəkətinə mane olunması faktları ilə bağlı sürücülərə müraciət edib.Bu barədə Citypost.az-a NİİM-dən məlumat verilib."Bir sürücünün zolağa daxil olaraq avtobusun hərəkətinə mane olması və qəza şəraiti yaratması həm avtobusda olan, həm də dayanacaqlarda gözləyən onlarla sərnişinin əlavə vaxt itirməsinə səbəb olur. Müşahidələr də onu deməyə əsas verir ki, xüsusilə nəqliyyat sıxlığının yarandığı və avtobus zolaqlarının təşkil edildiyi yollarda bəzi sürücülər sıxlıqdan yayınmaq məqsədilə həmin zolaqlara daxil olaraq avtobusların hərəkətinə çətinlik yaradırlar. Eyni zamanda avtomobillərinin sürücülərinin yaratdığı qəza şəraiti də marşurt avtobuslarının vaxtında dayancaqlara çatmasına mane olur.Sürücülər bilməlidir ki, avtobusun hərəkətinə yaradılan hər...
30 Sentyabr 2026, 14:26
Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.Bu barədə Citypost.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu gün Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən yığıncaqda nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.O, 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. Muxtar Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib.İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib.Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya...
30 Sentyabr 2026, 13:42
Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunmasını nəzərdə tutan saziş təsdiqlənəcək.Citypost.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.Layihəyə əsasən, 2026-cı il iyulun 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq ediləcək. Saziş 17 maddədən ibarətdir. Sənədin məqsədi tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların mühafizəsini təmin etməkdir. Qanun layihəsi sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.Sazişə əsasən, Azərbaycan tərəfdən səlahiyyətli təhlükəsizlik orqanı Dövlət...
30 Sentyabr 2026, 13:10