Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib 

Cəmiyyət 30 Sentyabr 2026, 17:01

485

Azərbaycan Ordusunda silahlanmaya yeni qəbul edilmiş “VAŞAQ” xüsusi təyinatlı qüvvələr üçün əməliyyat maşını ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.

Citypost.az xəbər verir ki, “VAŞAQ”ın təyinatı döyüş zamanı xüsusi təyinatlıları əməliyyat yerinə çatdırmaqdır.

Saatda 100 kilometr sürətlə hərəkət edən, çəkisi 4,2 ton olan “VAŞAQ” 12,7 mm pulemyot və 7,62 mm pulemyotla təchiz edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib 

Bu gün "Qafqazinfo" xəbər portalı 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı Bilgəh qəsəbəsində yerləşən "Ahıllar evi"ndən reportaj hazırlayıb. Hazırlanan videomaterialda ahıllar keçmişi, bu günü və xatirələri ilə bağlı danışıblar. Videomaterialın ən təsirli anı isə jurnalistin "Kimin yanınıza gəlməsini istəyərdiniz?" sualı ilə bağlı olub. Onlardan bəziləri övladlarının, bəziləri nəvələrinin, digərləri isə analarının yanına gəlməsini istəyib. Videoreportajda digər diqqətçəkən məqam isə Mirvari Məmmədova adlı "Ahıllar evi" sakini olan qadının danışarkən özünün bir zamanlar deputat olduğunu bildirməsi olub. Bizim.Media xəbər verir ki, “Manset.az” adıçəkilən Mirvari Məmmədova ilə bağlı araşdırma edib. Məlum olub ki, "Ahıllar evi"nin sakini olan M.Məmmədova, həqiqətən də deputat olub. O, Bakının...

30 Sentyabr 2026, 17:24

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində keçirilən görüşlər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb."Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.Qardaş ölkəyə səfərdən məmnunluğunu bildirən general-leytenant Ş.Xalmuxamedov beynəlxalq tədbirlərdə və birgə təlimlərdə hərbi qulluqçularımızın iştirakını, qarşılıqlı təcrübə mübadiləsini, dostluq əlaqələri qurmasını əməkdaşlığın genişlənməsində müsbət fakt olaraq qeyd edib, "Birliyin Gücü - 2026" birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə və...

30 Sentyabr 2026, 17:16

MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək

Türkmənistanda Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.Citypost.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, Aşqabadda MDB XİN başçıları Şurasının iclası oktyabrın 7-də baş tutacaq.Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun iclasda iştirak edəcəyini söyləyib.

30 Sentyabr 2026, 17:06

Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib

Azərbaycan istehsal olan “SİQR” pilotsuz quru robotu ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.Citypost.az  xəbər verir ki, çəkisi 950 kiloqram olan robot silah daşıma, yaralıların təxliyəsi və yükdaşıma məqsədilə istifadə olunur.MSTİM şirkətinin istehsalı olan robot 4 növdə hazırlanıb.Robot saatda 10 kilometr sürətlə hərəkət edə bilir və gecə-gündüz görüntüləmə kameraları ilə təchiz edilib.

30 Sentyabr 2026, 17:03

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

30 Sentyabr 2026, 16:38

Azərbaycanla BƏƏ arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib

Bakı Ekspo Mərkəzində "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilib.Müdafiə Nazirliyindən Citypost.az  xəbərə görə, sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə İşləri üzrə Dövlət Naziri və Nazirlər Kabinetinin üzvü Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb.General-polkovnik Zakir Həsənov Azərbaycanla BƏƏ arasında son dövrlərdə hərbi əməkdaşlığın inkişafının müsbət nəticələri olduğunu qeyd edib.Həmkarına beynəlxalq sərginin təşkilinə görə təşəkkür edən cənab Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei Azərbaycana səfərinin və tədbirdə...

30 Sentyabr 2026, 15:54