Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb 

Cəmiyyət 30 Sentyabr 2026, 19:25

360

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri cənab Haluk Görgün arasında görüş keçirilib.

MN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.

General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Haluk Görgün qardaş Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.

Beynəlxalq sərgi çərçivəsində Türkiyənin “ASELSAN”, “Baykar”, “Roketsan” və "TUSAŞ" hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb 

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.Qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib....

30 Sentyabr 2026, 19:56

Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkele­viçiusla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.Görüşdə regionda təhlükəsizlik məsələləri, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, həmçinin Litvanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə Aİ-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.Səfir qeyd edib ki, dəyişən geosiyasi və təhlükəsizlik şəraitində azadlığın dəyərini bilən ölkələrin fikir mübadiləsini daha da fəallaşdırması, bir-birini anlaması və dəstəkləməsi vacibdir....

30 Sentyabr 2026, 19:30

Zahid Oruc: “Dövlət qulluğunda kadr sabitliyi vacibdir”

Yeni Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi Vətən müharibəsində Qələbəmizdən sonra Konstitusiyanın ölkəmizin bütün coğrafiyasında həyata keçirilməsi, o cümlədən xalqımızın qarşısında dayanan mühüm vəzifələrin yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Zəfərdən sonra Azərbaycanda yeni institut-nümayəndəlik təsisatının da formalaşması sübut edir ki, yeni dövlət qulluğu siyasəti məhz ölkə başçısı tərəfindən daha genişmiqyaslı bir səviyyədə gerçəkləşməyə başlayıb.Xatırladaq ki, 2000-ci ildə qəbul olunan qanun fərqli bir dövrün, işğala və hakimiyyət çevrilişi cəhdlərinə məruz qaldığımız tarixi şəraitin məhsulu idi, Rusiyanın 1990-cı illərdə formalaşdırdığı Məcəllədən götürülmüşdü. Halbuki qonşu ölkə federativ konstitusiya quruluşuna, çoxpilləli təsnifat sisteminə və vəzifələrin qarışıq səviyyələrinə malikdir.   Azərbaycan isə unitar dövlətdir. Ona görə ölkəmizin...

30 Sentyabr 2026, 19:02

Külək güclənəcək - XƏBƏRDARLIQ 

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

30 Sentyabr 2026, 18:55

Prezidentin sosial media hesablarında "ADEX 2026" sərgisi ilə tanışlığına dair videoçarx paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:

30 Sentyabr 2026, 18:50

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb 

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qabardılıb.Qeyd olunub ki, Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub....

30 Sentyabr 2026, 18:40