Kiyevə hücumda daha bir azərbaycanlı həlak oldu
Cəmiyyət 30 Sentyabr 2026, 17:46
435
Azərbaycan yeni mərmiatan dron istehsal edib.
"Report" xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir.
"Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədilə hazırlanıb.
Dronun üzərində kaset tipli sistem vasitəsilə müxtəlif çaplı sursatların yerləşdirilməsi mümkündür.
Həmçinin oxuyun
Təqdim olunan məlumata görə, dron 60 millimetrlik 10 ədəd, 80 millimetrlik 6 ədəd mərmi və 12 ədəd əl qumbarası daşıya bilir.
Dronun aşağı hissəsində yerləşdirilən kamera vasitəsilə operator ərazini və hədəfi müşahidə edir. Hədəf müəyyənləşdirildikdən sonra sursatlar drondan buraxılır və aparat tapşırığı yerinə yetirdikdən sonra geri qayıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda yeni PUA istehsal olunub
Azərbaycan istehsalı olan “ARROW-3” PUA-sı ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.Citypost.az xəbər verir ki, 26 kiloqram çəkisi olan PUA 5 kilometr yüksəklikdə və 10 kilometrədək məsafədəki hədəfləri zərərsizləşdirmək qabiliyyətinə malikdir.“ARROW-3” saatda 130 kilometr sürətlə hərəkət edə bilir.PUA bu il istehsal olunub.
30 Sentyabr 2026, 17:43
Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib
Bu gün "Qafqazinfo" xəbər portalı 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı Bilgəh qəsəbəsində yerləşən "Ahıllar evi"ndən reportaj hazırlayıb. Hazırlanan videomaterialda ahıllar keçmişi, bu günü və xatirələri ilə bağlı danışıblar. Videomaterialın ən təsirli anı isə jurnalistin "Kimin yanınıza gəlməsini istəyərdiniz?" sualı ilə bağlı olub. Onlardan bəziləri övladlarının, bəziləri nəvələrinin, digərləri isə analarının yanına gəlməsini istəyib. Videoreportajda digər diqqətçəkən məqam isə Mirvari Məmmədova adlı "Ahıllar evi" sakini olan qadının danışarkən özünün bir zamanlar deputat olduğunu bildirməsi olub. Bizim.Media xəbər verir ki, “Manset.az” adıçəkilən Mirvari Məmmədova ilə bağlı araşdırma edib. Məlum olub ki, "Ahıllar evi"nin sakini olan M.Məmmədova, həqiqətən də deputat olub. O, Bakının...
30 Sentyabr 2026, 17:24
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində keçirilən görüşlər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb."Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.Qardaş ölkəyə səfərdən məmnunluğunu bildirən general-leytenant Ş.Xalmuxamedov beynəlxalq tədbirlərdə və birgə təlimlərdə hərbi qulluqçularımızın iştirakını, qarşılıqlı təcrübə mübadiləsini, dostluq əlaqələri qurmasını əməkdaşlığın genişlənməsində müsbət fakt olaraq qeyd edib, "Birliyin Gücü - 2026" birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə və...
30 Sentyabr 2026, 17:16
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
Türkmənistanda Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, Aşqabadda MDB XİN başçıları Şurasının iclası oktyabrın 7-də baş tutacaq.Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun iclasda iştirak edəcəyini söyləyib.
30 Sentyabr 2026, 17:06
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib
Azərbaycan istehsal olan “SİQR” pilotsuz quru robotu ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.Citypost.az xəbər verir ki, çəkisi 950 kiloqram olan robot silah daşıma, yaralıların təxliyəsi və yükdaşıma məqsədilə istifadə olunur.MSTİM şirkətinin istehsalı olan robot 4 növdə hazırlanıb.Robot saatda 10 kilometr sürətlə hərəkət edə bilir və gecə-gündüz görüntüləmə kameraları ilə təchiz edilib.
30 Sentyabr 2026, 17:03
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
Azərbaycan Ordusunda silahlanmaya yeni qəbul edilmiş “VAŞAQ” xüsusi təyinatlı qüvvələr üçün əməliyyat maşını ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.Citypost.az xəbər verir ki, “VAŞAQ”ın təyinatı döyüş zamanı xüsusi təyinatlıları əməliyyat yerinə çatdırmaqdır.Saatda 100 kilometr sürətlə hərəkət edən, çəkisi 4,2 ton olan “VAŞAQ” 12,7 mm pulemyot və 7,62 mm pulemyotla təchiz edilib.
30 Sentyabr 2026, 17:01