“Hemoglobin normaldırsa, qan azlığım yoxdur” demək olmaz – Həkimdən vacib xəbərdarlıq
Tibb 01 Oktyabr 2026, 08:30
356
Qan azlığı, xüsusilə də dəmir çatışmazlığı ilə bağlı problemlər geniş yayılmış sağlamlıq məsələlərindən biridir. Lakin bir çox insan qan analizinin nəticələrində hemoglobin göstəricisinin normal olduğunu gördükdə orqanizmdə dəmir çatışmazlığının olmadığını düşünür. Halbuki mütəxəssislərin fikrincə, yalnız hemoglobin göstəricisinə əsaslanaraq dəmir çatışmazlığını istisna etmək düzgün deyil.
Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə dəmir ehtiyatlarının azalması ilə hemoglobinin aşağı düşməsi eyni vaxtda baş verməyə bilər. Bu səbəbdən insanın hemoglobini normal olduğu halda belə, dəmir deposunun tükənməsi prosesi artıq başlamış ola bilər.
Həkimin sözlərinə görə, dəmir çatışmazlığı müəyyən mərhələlərlə inkişaf edir. İlk mərhələdə qanda dövr edən dəmirin miqdarı azalmağa başlayır. Daha sonra orqanizmdə dəmirin əsas ehtiyat mənbələrindən biri hesab olunan ferritinin səviyyəsi aşağı düşür. Ferritin bədəndə dəmirin saxlanılmasında mühüm rol oynadığı üçün onun azalması orqanizmin dəmir ehtiyatlarının tükənməyə başladığını göstərə bilər.
“Biz bilirik ki, hemoglobinin miqdarı qanımızdakı dəmir ionlarının miqdarı ilə əlaqəlidir. Hər hansı səbəbdən insanda qan azlığı yaranmağa başlayanda əvvəlcə dəmirin miqdarı azala bilər. Daha sonra dəmir deposu olan ferritin özündəki dəmiri qana dövrəyə buraxır və ferritinin səviyyəsi aşağı düşməyə başlayır. Ferritin ehtiyatı tükəndikdən sonra isə hemoglobinin miqdarı azalmağa başlayır”, – deyə Mehdi Babaşov qeyd edib.
Mütəxəssis vurğulayıb ki, məhz bu səbəbdən hemoglobin qan azlığının qiymətləndirilməsində vacib göstərici olsa da, dəmir çatışmazlığının erkən mərhələlərini müəyyənləşdirmək üçün təkbaşına kifayət etməyə bilər. İnsan özünü yorğun, halsız hiss edir, diqqət və iş qabiliyyətində azalma müşahidə edir, başgicəllənmə və digər şikayətlər yaranırsa, bunun səbəblərindən biri də dəmir çatışmazlığı ola bilər.
Həkimin sözlərinə görə, xüsusilə qadınlarda, uşaqlarda və yeniyetmələrdə dəmir çatışmazlığına diqqət yetirmək vacibdir. Bununla yanaşı, uzunmüddətli qan itkisi, düzgün qidalanmama, dəmirin orqanizm tərəfindən kifayət qədər mənimsənilməməsi və bəzi xəstəliklər də dəmir ehtiyatlarının azalmasına səbəb ola bilər.
Həmçinin oxuyun
“‘Hemoglobinin normaldır, deməli, qan azlığın yoxdur’ yanaşması hər zaman doğru deyil. Orqanizmdə dəmir ehtiyatlarının vəziyyətini də qiymətləndirmək lazımdır. Ferritin, transferin və dəmirin miqdarının yoxlanılması müəyyən hallarda vacibdir”, – deyə həkim bildirib.
Mehdi Babaşov qeyd edib ki, analiz nəticələrində hər hansı göstəricinin aşağı və ya yüksək olması mütləq şəkildə həkim tərəfindən qiymətləndirilməlidir. Dəmir preparatlarının isə yalnız analiz nəticələrinə və çatışmazlığın səbəbinə uyğun olaraq həkim məsləhəti ilə qəbul edilməsi məqsədəuyğundur. Çünki dəmir çatışmazlığının səbəbini müəyyənləşdirmədən yalnız preparat qəbul etmək problemin əsas mənbəyini aradan qaldırmaya bilər.
Mütəxəssis sonda bildirib ki, insanın özündə dəmir çatışmazlığından şübhələnməsi halında yalnız ümumi qan analizində hemoglobin göstəricisinə baxmaqla kifayətlənmək olmaz. Lazım gəldikdə dəmir mübadiləsini əks etdirən əlavə göstəricilər də araşdırılmalı və nəticələr həkim tərəfindən kompleks şəkildə qiymətləndirilməlidir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yeni doğulan körpənin üzündə ağ nöqtələr və səpkilər niyə yaranır? – Pediatrdən AÇIQLAMA
Yeni doğulan körpələrin üzündə və bədəninin müxtəlif nahiyələrində xırda səpkilərin, qırmızı nöqtələrin və ya ağ rəngli kiçik qabarcıqların yaranması valideynləri çox vaxt narahat edir. Xüsusilə ilk dəfə valideyn olanlar körpənin dərisində hər hansı dəyişiklik gördükdə bunu xəstəlik əlaməti kimi qəbul edə bilərlər. Halbuki yeni doğulmuşlarda bəzi dəri səpkiləri kifayət qədər yayğındır və xüsusi müalicə tələb etmədən öz-özünə keçə bilir.Pediatr Nihad Abdullayev Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulan körpənin üzündə yaranan bəzi səpkilər fizioloji xüsusiyyət daşıya bilər və valideynlərin ilk növbədə panikaya düşməməsi vacibdir. Onun sözlərinə görə, xüsusilə toksik eritema kimi tanınan səpkilər yenidoğulmuş dövründə tez-tez müşahidə olunur və əksər hallarda...
30 Sentyabr 2026, 11:18
Hamiləlikdə bunları etməyin – Ginekoloqdan GƏLƏCƏK ANALARA XƏBƏRDARLIQ
nGinekoloq Firuzə Hüseynova Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı ən çox yol verilən səhvlərdən biri həkim məsləhəti olmadan müxtəlif preparatlardan istifadə etməkdir. Qadın hamilə qalmamışdan əvvəl qəbul etdiyi dərmanı hamiləlik dövründə də özbaşına davam etdirməməli, eyni zamanda “vitamindir, zərəri olmaz” düşüncəsi ilə müxtəlif əlavələr qəbul etməməlidir. Çünki dərmanların və bəzi əlavələrin tərkibində olan maddələr hamiləliyin müxtəlif mərhələlərində fərqli təsir göstərə bilər. Tibbi mənbələr də hamiləlik zamanı reseptlə və ya reseptsiz alınan dərmanlardan istifadə etməzdən əvvəl həkim, mama və ya əczaçı ilə məsləhətləşməyi tövsiyə edir.“Bəzən qadınlar ağrıkəsiciləri, vitaminləri və ya müxtəlif qida əlavələrini adi vasitə kimi qəbul edirlər. Amma hamiləlik dövründə...
30 Sentyabr 2026, 10:18
Sonsuzluqda kişi faktoru nə qədər rol oynayır? – Ginekoloqdan AÇIQLAMA
Sonsuzluq problemi ilə qarşılaşan cütlüklər arasında uzun illər formalaşmış yanlış təsəvvürlərdən biri də problemin əsas səbəbini yalnız qadınla əlaqələndirməkdir. Hamiləliyin baş verməməsi halında çox vaxt ilk olaraq qadın müayinələrə göndərilir, müxtəlif analizlər və müalicələr aparılır, kişi faktoru isə ikinci plana keçirilir. Halbuki sonsuzluq yalnız qadın sağlamlığı ilə bağlı məsələ deyil. Müasir tibbi yanaşmada həm qadının, həm də kişinin reproduktiv sağlamlığının paralel şəkildə qiymətləndirilməsi vacib hesab olunur.Məsələ ilə bağlı ginekoloq Mehriban Musayeva Citypost.az-a açıqlamasında bildirib ki, sonsuzluq problemlərinə baxdıqda kişi faktorunun da əhəmiyyətli yer tutduğu artıq daha çox qəbul edilir və bu istiqamətdə insanların maariflənməsi əvvəlki illərlə müqayisədə artıb.“Ümumiyyətlə, sonsuzluq problemlərinə...
29 Sentyabr 2026, 11:20
KT müayinəsini ildə neçə dəfə etdirmək olar? – Radioloqdan AÇIQLAMA
COVID-19 pandemiyası ilə birlikdə həyatımıza daha çox daxil olan müayinələrdən biri də kompüter tomoqrafiyası, yəni KT oldu. Pandemiyanın ən gərgin dövrlərində xüsusilə ağciyərlərin vəziyyətini qiymətləndirmək məqsədilə KT müayinəsindən geniş istifadə edilməsi cəmiyyətdə bu müayinə ilə bağlı marağı və eyni zamanda narahatlığı artırdı. Bir çox insanlar COVID-dən əvvəl adi rentgen müayinəsi ilə kifayətlənirdisə, pandemiya dövründə KT-nin daha detallı görüntü verməsi səbəbindən bu müayinəyə müraciətlər əhəmiyyətli dərəcədə artdı.Lakin KT-nin geniş istifadə olunması ilə bağlı başqa bir sual da gündəmə gəldi: bu müayinəni nə qədər tez-tez etdirmək olar? KT-də radiasiya yükü olduğu halda, insan ildə bir neçə dəfə müayinə oluna bilərmi? COVID keçirmiş...
29 Sentyabr 2026, 10:18
Stress mədə-bağırsağı necə sıradan çıxarır? – Qastroenteroloqdan AÇIQLAMA
Müasir insanın gündəlik həyatında stress və əsəb gərginliyi demək olar ki, qaçılmaz hala çevrilib. İş yükü, ailə və sosial problemlər, yuxu rejiminin pozulması, maddi qayğılar, uzun müddət tıxacda qalmaq və digər amillər insanın psixoloji vəziyyətinə təsir etməklə yanaşı, orqanizmdə müxtəlif fizioloji dəyişikliklərə də səbəb ola bilər. Xüsusilə mədə-bağırsaq sistemi ilə beyin arasında sıx əlaqənin olması səbəbindən emosional gərginlik həzm sistemi ilə bağlı şikayətlərin yaranmasına və ya mövcud simptomların güclənməsinə təsir göstərə bilər.Qastroenteroloq Tərlan Qasımov Citypost.az-a açıqlamasında bildirib ki, xəstəliklərin yaranmasında çoxsaylı faktorlar rol oynayır və stressi bütün xəstəliklərin vahid əsas səbəbi kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, uzunmüddətli psixoloji gərginlik...
28 Sentyabr 2026, 10:30
Uzun və sağlam yaşamaq üçün bilməli olduğunuz 3 VACİB RƏQƏM
Ürək-damar xəstəlikləri uzun illər ərzində səssiz şəkildə inkişaf edə və insan bunu yalnız ciddi problem yarandıqdan sonra hiss edə bilər. Halbuki bəzi əsas göstəriciləri mütəmadi nəzarətdə saxlamaq ürək-damar riskinin qiymətləndirilməsində mühüm rol oynayır. Qan təzyiqi, qanda qlükoza və xolesterin səviyyəsi insanın ümumi sağlamlığı haqqında vacib məlumat verən göstəricilər sırasında yer alır.Kardioloq Yasmin Rüstəmova Citypost.az-a açıqlamasında bildirib ki, uzun və sağlam həyat üçün insanların bilməli olduğu əsas göstəricilərdən üçü məhz arterial təzyiq, qan şəkəri və xolesterindir. Onun sözlərinə görə, bu göstəricilərin mütəmadi yoxlanılması ürək-damar xəstəliklərinin risk faktorlarını vaxtında müəyyən etməyə və onların qarşısını almağa imkan verə bilər.Mütəxəssis ilk növbədə arterial təzyiqə...
28 Sentyabr 2026, 09:30