Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəmiyyət 30 Sentyabr 2026, 15:34
505
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.
Citypost.az xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi.
Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üçün çox vacib dost ölkə olduğunu deyən qonaq bu dostluğu davam etdirməkdə maraqlı olduqlarını vurğuladı.
Həmçinin oxuyun
Lord Vernon Kioakerə sərgilərdə iştirak etdiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ADEX sərgisinin artıq uzun illərdir ki, mühüm beynəlxalq tədbirə çevrildiyini dedi.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə - müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğuladı.
Dövlətimizin başçısı ölkəmizdə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu bildirdi. Prezident İlham Əliyev müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkəmizdə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxundu, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğuladı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanla BƏƏ arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib
Bakı Ekspo Mərkəzində "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilib.Müdafiə Nazirliyindən Citypost.az xəbərə görə, sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə İşləri üzrə Dövlət Naziri və Nazirlər Kabinetinin üzvü Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb.General-polkovnik Zakir Həsənov Azərbaycanla BƏƏ arasında son dövrlərdə hərbi əməkdaşlığın inkişafının müsbət nəticələri olduğunu qeyd edib.Həmkarına beynəlxalq sərginin təşkilinə görə təşəkkür edən cənab Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei Azərbaycana səfərinin və tədbirdə...
30 Sentyabr 2026, 15:54
Cəlil Xəlilov: Azərbaycan hərbi texnologiyada diqqət mərkəzindədir
“Hərbi-texnoloji sahədə dərinləşən əməkdaşlıq Slovakiya-Azərbaycan dostluğunun bariz nümunəsidir”.Citypost.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.Polkovnik qeyd edib ki, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri və səfər əsnasında əldə edilən razılaşmalar Azərbaycan-Slovakiya dostluğuna töhfə verəcək:“Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri, səfər əsnasında verdiyi açıqlamalar Azərbaycan-Slovakiya əlaqələrinin sürətlə inkişaf etdiyini, iki dövlət arasındakı dostluq münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Səfər zamanı Robert Kalinak mətbuata açıqlamasında Azərbaycanın malik olduğu hərbi texnologiya, eləcə də PUA-ların ölkəsi üçün ciddi maraq...
30 Sentyabr 2026, 15:50
192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən növbəti operativ vergi nəzarəti tədbirləri çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda və Abşeron rayonunda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar müəyyən olunub.Bu barədə Citypost.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında Fərəcov Pünhan Arif oğlunun fəaliyyət göstərdiyi təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti zamanı aksiz markası ilə markalanmamış ümumi həcmi 5.695 litr olan 165 ədəd pivə çəlləyi aşkar edilib.Bundan əlavə, Abşeron rayonunda Hüseynov Mehrac Qurban oğlunun fəaliyyət göstərdiyi obyektdə aksiz markası düzgün tətbiq edilməyən və təkrar istifadə edildiyi müəyyənləşdirilən ümumi həcmi 890...
30 Sentyabr 2026, 15:40
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.Bu barədə Citypost.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.Bundan əlavə, Bakıdakı yarış 56 xarici televiziya kanalında yayımlanıb.Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.
30 Sentyabr 2026, 15:00
Saleh Səmədova 9 il cəza istənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.Citypost.az xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Müdafiə vəkili çıxış üçün vaxt istəyib.Növbəti proses oktyabrın 7-nə təyin olunub.Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib....
30 Sentyabr 2026, 14:55
Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobusların hərəkətinə mane olunması faktları ilə bağlı sürücülərə müraciət edib.Bu barədə Citypost.az-a NİİM-dən məlumat verilib."Bir sürücünün zolağa daxil olaraq avtobusun hərəkətinə mane olması və qəza şəraiti yaratması həm avtobusda olan, həm də dayanacaqlarda gözləyən onlarla sərnişinin əlavə vaxt itirməsinə səbəb olur. Müşahidələr də onu deməyə əsas verir ki, xüsusilə nəqliyyat sıxlığının yarandığı və avtobus zolaqlarının təşkil edildiyi yollarda bəzi sürücülər sıxlıqdan yayınmaq məqsədilə həmin zolaqlara daxil olaraq avtobusların hərəkətinə çətinlik yaradırlar. Eyni zamanda avtomobillərinin sürücülərinin yaratdığı qəza şəraiti də marşurt avtobuslarının vaxtında dayancaqlara çatmasına mane olur.Sürücülər bilməlidir ki, avtobusun hərəkətinə yaradılan hər...
30 Sentyabr 2026, 14:26