Bizə yazın

Baku

-°C

USD

-

Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq

Cəmiyyət 30 Sentyabr 2026, 14:26

503

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobusların hərəkətinə mane olunması faktları ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Citypost.az-a NİİM-dən məlumat verilib.

"Bir sürücünün zolağa daxil olaraq avtobusun hərəkətinə mane olması və qəza şəraiti yaratması həm avtobusda olan, həm də dayanacaqlarda gözləyən onlarla sərnişinin əlavə vaxt itirməsinə səbəb olur. Müşahidələr də onu deməyə əsas verir ki, xüsusilə nəqliyyat sıxlığının yarandığı və avtobus zolaqlarının təşkil edildiyi yollarda bəzi sürücülər sıxlıqdan yayınmaq məqsədilə həmin zolaqlara daxil olaraq avtobusların hərəkətinə çətinlik yaradırlar. Eyni zamanda avtomobillərinin sürücülərinin yaratdığı qəza şəraiti də marşurt avtobuslarının vaxtında dayancaqlara çatmasına mane olur.

Sürücülər bilməlidir ki, avtobusun hərəkətinə yaradılan hər bir maneə onun marşrut üzrə qrafikindən geri qalmasına, nəticədə isə digər dayanacaqlarda sərnişinlərin daha uzun müddət gözləməsinə gətirib çıxarır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu məsələdə sürücüləri daha məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb 

"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.Bu barədə Citypost.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.Bundan əlavə, Bakıdakı yarış 56 xarici televiziya kanalında yayımlanıb.Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.

30 Sentyabr 2026, 15:00

Saleh Səmədova 9 il cəza istənilib 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.Citypost.az xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Müdafiə vəkili çıxış üçün vaxt istəyib.Növbəti proses oktyabrın 7-nə təyin olunub.Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib....

30 Sentyabr 2026, 14:55

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.Bu barədə Citypost.az  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu gün Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən yığıncaqda nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.O, 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. Muxtar Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib.İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib.Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya...

30 Sentyabr 2026, 13:42

Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq 

Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunmasını nəzərdə tutan saziş təsdiqlənəcək.Citypost.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.Layihəyə əsasən, 2026-cı il iyulun 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq ediləcək. Saziş 17 maddədən ibarətdir. Sənədin məqsədi tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların mühafizəsini təmin etməkdir. Qanun layihəsi sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.Sazişə əsasən, Azərbaycan tərəfdən səlahiyyətli təhlükəsizlik orqanı Dövlət...

30 Sentyabr 2026, 13:10

Xocalı və Ağdərəyə 87 nəfər köçürülüb

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, bu gün həyata keçirilən köç mərhələsində Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocalının Xanyurdu kəndinə 1 ailə, 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 4 nəfərdən ibarət 1 ailə qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir....

30 Sentyabr 2026, 13:04

Bu ölkəyə getmək istəyənlərə şad xəbər – Viza ləğv olunur! 

Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasportuna malik şəxslər üçün viza tələbi ləğv olunur.Citypost.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün baş tutan iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq olunması ilə bağlı qanun layihəsində yer alıb.Sənəd parlamentarilər tərəfindən səsə qoyularaq bir oxunuşda təsdiqlənib. pizza hutNazim Hacıyev...

30 Sentyabr 2026, 12:55