Bizə yazın

Baku

-°C

USD

-

40 yaşdan sonra sümük sağlamlığına diqqət artırılmalıdır – Endokrinoloqdan VACİB XƏBƏRDARLIQ

Tibb 01 Oktyabr 2026, 10:30

419

40 yaş insan həyatında mühüm mərhələlərdən biridir. Bu dövrdə orqanizmdə yaşla əlaqədar bir sıra dəyişikliklər baş verir və xüsusilə qadınlarda menopauzaya keçid dövrünün ilk əlamətləri özünü göstərə bilər. Məhz buna görə 40 yaşdan sonra sağlamlığın qorunması, düzgün qidalanma və fiziki aktivlik daha ciddi şəkildə diqqətdə saxlanılmalıdır.

Endokrinoloq Hidayət Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, bu yaş dövründə xüsusilə qadınlarda sümük sağlamlığına diqqət artırılmalıdır. Onun sözlərinə görə, perimenopauza dövrünə yaxınlaşdıqca orqanizmdə baş verən hormonal dəyişikliklər sümük sıxlığına da təsir göstərə bilər.

Həkim qeyd edib ki, osteoporoz yaş artdıqca inkişaf edə bilən və uzun müddət heç bir ciddi əlamət verməyən xəstəliklərdən biridir. Bu səbəbdən insan özündə problem olduğunu yalnız sümük sınığı baş verdikdən sonra öyrənə bilər. Məhz xəstəliyin səssiz inkişaf etməsi onun erkən mərhələdə profilaktikasını daha da vacib edir.

“Əslində 40 yaş qocalığın gəncliyi, gəncliyin qocalığı kimi bilinən mühüm bir dövrdür. Bu yaşda həkim olaraq xüsusilə qadınlara perimenopozal dövrə yaxınlaşmaları ilə bağlı müəyyən tövsiyələr veririk. Əsas məsələlərdən biri də osteoporozun qarşısının alınmasıdır. Osteoporoz yaşla birlikdə irəliləyən və çox vaxt səssiz gedən xəstəlikdir. Bəzən insanlarda sümük sınığı yaranana qədər bu problemin mövcudluğu məlum olmur”, – deyə mütəxəssis bildirib.

Endokrinoloqun sözlərinə görə, 40 yaşdan yuxarı qadınlar sümük sağlamlığının qorunması baxımından D vitamini səviyyəsinə diqqət etməlidirlər. Orqanizmdə D vitamininin kifayət qədər olması kalsium mübadiləsi və sümük sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin vitamin və mineral preparatlarının, o cümlədən D vitamininin həkim məsləhəti olmadan qəbul edilməsi düzgün yanaşma hesab edilmir. Əgər analiz nəticələrində çatışmazlıq müəyyən edilərsə, müvafiq müalicə və əlavə qəbulunun dozası həkim tərəfindən müəyyənləşdirilməlidir.

Mütəxəssis vurğulayıb ki, sümük sağlamlığının qorunması yalnız vitamin qəbul etməklə məhdudlaşmır. Gündəlik qidalanmanın keyfiyyəti də burada mühüm rol oynayır. Xüsusilə kalsiumla zəngin qidaların rasionda kifayət qədər yer alması vacibdir. Süd və süd məhsulları, yumurta, balanslı və müxtəlif qidalanma sümük sağlamlığının qorunmasına kömək edən amillər sırasında qeyd olunur.

Hidayət Məmmədov bildirib ki, 40 yaşdan sonra insanın həyat tərzi də əvvəlki dövrlə müqayisədə daha çox əhəmiyyət kəsb edir. Fiziki aktivliyin azalması, düzgün olmayan qidalanma, artıq çəki və digər həyat tərzi faktorları gələcəkdə müxtəlif sağlamlıq problemlərinin yaranmasına zəmin yarada bilər.

“40 yaşdan yuxarı insanlar artıq sağlamlıqlarına daha ciddi yanaşmalıdırlar. D vitamini, kalsiumla zəngin qidalanma, aktiv həyat tərzi və düzgün gündəlik rejim sümük sağlamlığının qorunması üçün vacibdir. Məqsəd yalnız hazırkı vəziyyəti qorumaq deyil, gələcək yaş dövrünə sağlam şəkildə daxil olmaqdır”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, menopauza dövrünü tamamilə “qarşısını alınmalı” bir proses kimi qiymətləndirmək düzgün deyil. Əsas məqsəd menopauza ilə əlaqədar yarana biləcək sağlamlıq problemlərinin və ağırlaşmaların riskini azaltmaqdır. Bunun üçün qadınlar 40 yaşdan etibarən mütəmadi tibbi müayinələrdən keçməli, qidalanmalarına, fiziki aktivliklərinə və sümük sağlamlığına diqqət göstərməlidirlər.

Həkim əlavə edib ki, sağlamlığa qoyulan sərmayə yalnız xəstəlik yarandıqdan sonra müalicəyə başlamaq deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısını almaqdır. Buna görə də 40 yaşdan yuxarı şəxslərin sağlam həyat tərzini gündəlik vərdişə çevirməsi, ehtiyac olduqda həkim nəzarətindən keçməsi və xüsusilə sümük sağlamlığı ilə bağlı risk faktorlarını vaxtında qiymətləndirməsi vacibdir.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

CRP yüksək çıxıbsa, bu, mütləq infeksiya demək deyil – Həkimdən AÇIQLAMA 

Laborator analizlər zamanı bəzi göstəricilərin normadan yüksək çıxması insanlarda ciddi narahatlıq yarada bilər. Xüsusilə C-reaktiv zülalın (CRP) yüksək olması bir çox şəxsdə avtomatik olaraq orqanizmdə infeksiyanın olduğu düşüncəsini formalaşdırır. Bəzi hallarda isə insanlar yalnız analiz nəticəsinə əsaslanaraq özbaşına antibiotik qəbul etməyə başlayırlar. Mütəxəssislər bildirirlər ki, bu yanaşma düzgün deyil. CRP-nin yüksəlməsi müxtəlif səbəblərlə əlaqəli ola bilər və yalnız bu göstəriciyə əsasən konkret xəstəlik və ya bakterial infeksiya diaqnozu qoymaq mümkün deyil.Doktor Elvin Abdullayev Citypost.az-a açıqlamasında CRP göstəricisinin nə ifadə etdiyini və yüksək nəticə aşkarlandıqda nələrə diqqət edilməli olduğunu izah edib.Həkimin sözlərinə görə, CRP – C-reaktiv protein və ya C-reaktiv zülal...

01 Oktyabr 2026, 09:30

“Hemoglobin normaldırsa, qan azlığım yoxdur” demək olmaz – Həkimdən vacib xəbərdarlıq

Qan azlığı, xüsusilə də dəmir çatışmazlığı ilə bağlı problemlər geniş yayılmış sağlamlıq məsələlərindən biridir. Lakin bir çox insan qan analizinin nəticələrində hemoglobin göstəricisinin normal olduğunu gördükdə orqanizmdə dəmir çatışmazlığının olmadığını düşünür. Halbuki mütəxəssislərin fikrincə, yalnız hemoglobin göstəricisinə əsaslanaraq dəmir çatışmazlığını istisna etmək düzgün deyil.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə dəmir ehtiyatlarının azalması ilə hemoglobinin aşağı düşməsi eyni vaxtda baş verməyə bilər. Bu səbəbdən insanın hemoglobini normal olduğu halda belə, dəmir deposunun tükənməsi prosesi artıq başlamış ola bilər.Həkimin sözlərinə görə, dəmir çatışmazlığı müəyyən mərhələlərlə inkişaf edir. İlk mərhələdə qanda dövr edən dəmirin miqdarı azalmağa başlayır. Daha sonra orqanizmdə dəmirin...

01 Oktyabr 2026, 08:30

Yeni doğulan körpənin üzündə ağ nöqtələr və səpkilər niyə yaranır? – Pediatrdən  AÇIQLAMA

Yeni doğulan körpələrin üzündə və bədəninin müxtəlif nahiyələrində xırda səpkilərin, qırmızı nöqtələrin və ya ağ rəngli kiçik qabarcıqların yaranması valideynləri çox vaxt narahat edir. Xüsusilə ilk dəfə valideyn olanlar körpənin dərisində hər hansı dəyişiklik gördükdə bunu xəstəlik əlaməti kimi qəbul edə bilərlər. Halbuki yeni doğulmuşlarda bəzi dəri səpkiləri kifayət qədər yayğındır və xüsusi müalicə tələb etmədən öz-özünə keçə bilir.Pediatr Nihad Abdullayev Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulan körpənin üzündə yaranan bəzi səpkilər fizioloji xüsusiyyət daşıya bilər və valideynlərin ilk növbədə panikaya düşməməsi vacibdir. Onun sözlərinə görə, xüsusilə toksik eritema kimi tanınan səpkilər yenidoğulmuş dövründə tez-tez müşahidə olunur və əksər hallarda...

30 Sentyabr 2026, 11:18

Hamiləlikdə bunları etməyin – Ginekoloqdan GƏLƏCƏK ANALARA XƏBƏRDARLIQ

nGinekoloq Firuzə Hüseynova Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı ən çox yol verilən səhvlərdən biri həkim məsləhəti olmadan müxtəlif preparatlardan istifadə etməkdir. Qadın hamilə qalmamışdan əvvəl qəbul etdiyi dərmanı hamiləlik dövründə də özbaşına davam etdirməməli, eyni zamanda “vitamindir, zərəri olmaz” düşüncəsi ilə müxtəlif əlavələr qəbul etməməlidir. Çünki dərmanların və bəzi əlavələrin tərkibində olan maddələr hamiləliyin müxtəlif mərhələlərində fərqli təsir göstərə bilər. Tibbi mənbələr də hamiləlik zamanı reseptlə və ya reseptsiz alınan dərmanlardan istifadə etməzdən əvvəl həkim, mama və ya əczaçı ilə məsləhətləşməyi tövsiyə edir.“Bəzən qadınlar ağrıkəsiciləri, vitaminləri və ya müxtəlif qida əlavələrini adi vasitə kimi qəbul edirlər. Amma hamiləlik dövründə...

30 Sentyabr 2026, 10:18

Sonsuzluqda kişi faktoru nə qədər rol oynayır? – Ginekoloqdan AÇIQLAMA

Sonsuzluq problemi ilə qarşılaşan cütlüklər arasında uzun illər formalaşmış yanlış təsəvvürlərdən biri də problemin əsas səbəbini yalnız qadınla əlaqələndirməkdir. Hamiləliyin baş verməməsi halında çox vaxt ilk olaraq qadın müayinələrə göndərilir, müxtəlif analizlər və müalicələr aparılır, kişi faktoru isə ikinci plana keçirilir. Halbuki sonsuzluq yalnız qadın sağlamlığı ilə bağlı məsələ deyil. Müasir tibbi yanaşmada həm qadının, həm də kişinin reproduktiv sağlamlığının paralel şəkildə qiymətləndirilməsi vacib hesab olunur.Məsələ ilə bağlı ginekoloq Mehriban Musayeva Citypost.az-a açıqlamasında bildirib ki, sonsuzluq problemlərinə baxdıqda kişi faktorunun da əhəmiyyətli yer tutduğu artıq daha çox qəbul edilir və bu istiqamətdə insanların maariflənməsi əvvəlki illərlə müqayisədə artıb.“Ümumiyyətlə, sonsuzluq problemlərinə...

29 Sentyabr 2026, 11:20

KT müayinəsini ildə neçə dəfə etdirmək olar? – Radioloqdan AÇIQLAMA

COVID-19 pandemiyası ilə birlikdə həyatımıza daha çox daxil olan müayinələrdən biri də kompüter tomoqrafiyası, yəni KT oldu. Pandemiyanın ən gərgin dövrlərində xüsusilə ağciyərlərin vəziyyətini qiymətləndirmək məqsədilə KT müayinəsindən geniş istifadə edilməsi cəmiyyətdə bu müayinə ilə bağlı marağı və eyni zamanda narahatlığı artırdı. Bir çox insanlar COVID-dən əvvəl adi rentgen müayinəsi ilə kifayətlənirdisə, pandemiya dövründə KT-nin daha detallı görüntü verməsi səbəbindən bu müayinəyə müraciətlər əhəmiyyətli dərəcədə artdı.Lakin KT-nin geniş istifadə olunması ilə bağlı başqa bir sual da gündəmə gəldi: bu müayinəni nə qədər tez-tez etdirmək olar? KT-də radiasiya yükü olduğu halda, insan ildə bir neçə dəfə müayinə oluna bilərmi? COVID keçirmiş...

29 Sentyabr 2026, 10:18