Bizə yazın

Baku

-°C

USD

-

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb 

Cəmiyyət 01 Oktyabr 2026, 10:32

447

Prezident İlham Əliyev Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Citypost.az  xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!

Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir.

Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır.

Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir.

Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir.

Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir.

Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir.

Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək.Citypost.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir.Drakonidlərin əsas cismi Yupiter ailəsi kometlərinə aid olan 21P/Giacobini–Zinner kometidir. Komet 1900-cü ildə fransız astronomu Michel Giacobini tərəfindən kəşf edilib, 1913-cü ildə isə Ernst Zinner tərəfindən yenidən müşahidə olunub. 2 km diametrə malik bu qısaperiodlu komet Günəş ətrafında bir dövrünü təxminən 6,6 ilə tamamlayır.Komet Günəşə yaxınlaşdıqca onun nüvəsindən ayrılan toz...

01 Oktyabr 2026, 11:02

Anar Eyvazov “Birliyin Gücü – 2026” təlimindən danışdı

"Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir.Citypost.az  xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü – 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.O bildirib ki, Azərbaycanda azad olunmuş ərazilərdə ilk dəfə bu miqyasda təlim keçirilir. Burada hibrid müharibələrin xüsusiyyətləri nümayiş olunur.A.Eyvazov qeyd edib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edirlər. Eyni zamanda, 9 ölkə - İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində qatılıblar."Təlimə 3570 nəfərdən çox şəxsi heyət, 135-dən çox insansız vasitələr,...

01 Oktyabr 2026, 09:35

Ramidə Allahverdiyeva: “Gənclərdə qüsur axtaranlar, arada özünüzə də baxın”

Son dövrlər baş verən məlum proseslər nəticəsində cəmiyyətdə müəyyən bir fikir formalaşıb. "Uşaqlarınıza tərbiyə verin" şüarı daha çox səslənməyə başlayıb. Yetişən nəsl ipə-sapa yatmır, lazımsız hərəkətlərə yol verir. Bəziləri hətta, ədəbsizlik göstərir. Misal üçün ictimai yerlərdəki davranışları və digər halları əsas gətirirlər. Avtobusda gənc bir yaşlıya yer vermədi, bu, ailə tərbiyəsindən irəli gəlir. Nə bilim məktəb biganəlik göstərib. Yoldaşlar, vətəndaşlar, ay millət, əvvəla, marşrutda kiməsə yer vermək kimi bir məcburiyyət və yaxud da qanun yoxdur. Hamı gediş haqqı kimi 60 qəpiyini ödəyib, gedir. Özündən böyüklərə yer vermək, bizim mental dəyərdir. Hörmət əlamətidir. Zamanla çox effektiv olub. Bir vaxtlar insanlar daha çox rahat,...

01 Oktyabr 2026, 09:19

Xatirə Xatun: “Ölümün rəngi çökmüş fotolara baxmaq çətindir”

Şairə Xatirə Xatun jurnalist Əvəz Zeynallının və digər tanınmış şəxslərin xəstəlik dövründə çəkilən son fotolarının yayılmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, şairə Xatirə Xatun qeyd edib ki, ağır xəstəlik insanın görünüşünü və həyatını ciddi şəkildə dəyişə bilər. O, bu səbəbdən xəstəliyin tanınmaz hala saldığı insanların son fotolarının yayılmasını arzuolunmaz hesab edir.“Şəxsən mən və elə bilirəm, bir çoxu xəstəliyin tanınmaz hala saldığı birinin son fotolarının yayılmasını istəmirəm. Allah Əvəz Zeynallıya rəhmət eləsin, axirəti rahat və nurlu olsun. Qoy yadda elə əvvəlki kimi qalsın deyirəm. Ölümün rəngi çökmüş o fotolara baxmaq çox çətindir”, – deyə şairə bildirib....

01 Oktyabr 2026, 09:15

Zaur Əhməd: “Maaş artdıqca xalqdan uzaqlaşırlar”

Jurnalist Zaur Əhməd dövlət rəsmilərinin əməkhaqlarının artması ilə bağlı fikirlərini bölüşüb.Zaur Əhməd bildirib ki, nazirlər, komitə sədrləri, ombudsman və deputatlar da daxil olmaqla dövlət ərkanının əməkhaqları son dövrdə əhəmiyyətli dərəcədə artıb.“Nazirlər, komitə sədrləri, ombudsman, deputatlar, xülasə, dövlət ərkanının əməkhaqqı 3-4 dəfə artıb. Allah hər kəsə qazancını sağlıqla yeməyi qismət eləsin”, – deyə jurnalist yazıb.Onun sözlərinə görə, məmurların əməkhaqları artdıqca onların cəmiyyətin müəyyən təbəqələri ilə sosial məsafəsi də arta bilər.“Təəssüf ki, məmurun maaşı artdıqca xalqdan məsafəsi də artır. Çünki hər kəs həyatı öz arşını ilə ölçür. Yüksək maaş alan üçün dolanmaq asandır. Düşünür ki: “İnsan maaşla niyə dolana bilməsin ki?””, –...

01 Oktyabr 2026, 09:08

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;10. Binəqədi şosesi, "Azadlıq prospekti" metro...

01 Oktyabr 2026, 09:03