Bizə yazın

Baku

-°C

USD

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sahibkarı məhkəməyə verdi 

Cəmiyyət 01 Oktyabr 2026, 14:55

527

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi sahibkar Cavidan Avşarovu məhkəməyə verib.  

Citypost.az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, iddiaçı 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi məhkəməyə müraciət edərək 2017-ci ildə torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsini, Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən ümumilikdə 0,70 hektar meşə fondu torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsini və torpaq vergisi üzrə yaranmış 2 520 manat məbləğində borcun Cavidan Avşarovdan tutulmasını istəyib.

İş materiallarından məlum olub ki, tərəflər arasında 2017-ci ildə torpaq sahəsinin icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən, ümumilikdə 0,70 hektar meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaq sahəsi meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə 10 il müddətinə Cavidan Avşarovun istifadəsinə verilib. pizza mizza

İddiaçı məhkəməyə müraciətində cavabdehin müqavilə şərtlərini kobud şəkildə pozduğunu, uzun müddət icarə haqqını ödəmədiyini və bunun nəticəsində 2 520 manat məbləğində borc yarandığını göstərib. 

İddia ərizəsinə görə, edilmiş xəbərdarlıqlara baxmayaraq, Cavidan Avşarov üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Bu səbəbdən 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi icarə müqaviləsinin ləğv edilməsini, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsini və yaranmış borcun cavabdehdən tutulmasını tələb edib. 

İşə ilkin olaraq Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilib. Gəncə Kommersiya Məhkəməsi isə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Məhkəmənin diqqət yetirdiyi əsas məsələlərdən biri tərəflərin hüquqi statusu və aralarındakı münasibətin xarakteri olub.

Araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatları da nəzərə alıb. Vergi orqanının məktubuna əsasən, vergi ödəyicilərinin dövlət reyestrində sorğuda adı göstərilən Cavidan Avşarovun vergi orqanında vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilməyib.

Bundan başqa, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə aparılmış sorğunun nəticələrinə əsasən cavabdehin VÖEN-nə malik olmadığı müəyyənləşdirilib. Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında vergi ödəyicisi olmadığını bildirib.

Məhkəmə aidiyyət məsələsini həll edərkən qeyd edib ki, mübahisənin kommersiya məhkəməsində araşdırılması üçün yalnız münasibətin sahibkarlıq fəaliyyəti ilə bağlı olması kifayət etmir. 

Belə ki, kommersiya mübahisəsi hesab edilən işlərdə hüquq münasibətlərinin xarakteri ilə yanaşı, mübahisənin tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqəsindən irəli gəlməsi də nəzərə alınmalıdır.

Bu baxımdan Ali Məhkəmə hesab edib ki, tərəflər arasındakı mübahisənin kommersiya məhkəməsində baxılması üçün zəruri meyarlar mövcud deyil. Nəticədə mübahisənin kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə araşdırılmalı olduğu qənaətinə gəlinib. 

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cavidan Avşarova qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi və borcun tutulması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib. 

Beləliklə, məhkəmə bu mərhələdə icarə müqaviləsinin ləğv edilib-edilməməsi, 0,70 hektar meşə fondu torpaq sahəsinin qaytarılması və 2 520 manat borcun tutulması ilə bağlı iddianın mahiyyəti üzrə qərar qəbul etməyib. İşə həmin tələblər üzrə Gəncə Şəhər Məhkəməsində baxılacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyevin gəlininin keçmiş bankı ləğv edildi

Əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olmuş “Bank BTB”nin hüquqi varisi — “T-Kredit” bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.Citypost.az  xəbər verir ki, qərar qurumun İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli iclasında qəbul olunub.“T-Kredit”in lisenziyası təşkilatın öz müraciəti əsasında ləğv edilib. BOKT-a bu il iyulun 28-də verilmiş BKT-51 nömrəli lisenziya beləliklə, təxminən iki ay sonra qüvvədən düşüb.Qeyd edək ki, “T-Kredit” “Bank BTB”dən sonra yaradılmış ayrıca kredit təşkilatı deyil, bankın yenidən təşkili nəticəsində onun hüquqi varisi olub. Mərkəzi Bank martın 5-də bankın BOKT-a çevrilməsinə əvvəlcədən razılıq verib, iyulun 27-də isə “Bank BTB”nin bank lisenziyasını ləğv edərək hüquqi varisinə...

01 Oktyabr 2026, 14:40

Bakıda AQEM-in Media Forumu keçirilib 

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Birinci AQEM Media Forumu keçirilib.Citypost.az xəbər verir ki, forum Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutub.Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak ediblər.Tədbirdə rəsmi açılış hissəsi və iki panel müzakirə keçirilib.Forumun açılış mərasimində və panellərdə çıxışlar zamanı media sahəsində əməkdaşlığın genişləndirilməsi, etimadın gücləndirilməsi və qütbləşmiş dünyada medianın rolu ilə bağlı fikir mübadiləsi aparılıb....

01 Oktyabr 2026, 14:22

Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq 

Sabah Bakının Nizami rayonunun bəzi ərazilərinin suyun verilişində fasilələr olacaq.Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlı saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

01 Oktyabr 2026, 14:19

Sabah Azərbaycanda leysan yağacaq 

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüzdən arabir güclənəcək.Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər...

01 Oktyabr 2026, 13:46

YAP-ın VIII qurultayının nümayəndələri Heydər Əliyevin xatirəsini yad edib 

Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, siyasi təşkilatın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Bu barədə Citypost.az-a YAP-dan məlumat verilib.Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.Xatırladaq ki, YAP-ın VIII qurultayına 960 nəfər nümayəndə seçilib. Qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək....

01 Oktyabr 2026, 13:20

Türkiyənin hərbi rəhbərliyi Şuşada təlimdə sursat və texnikalara baxış keçirib

Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Yüksəksəviyyəli müşahidəçi günü” tədbirlərində iştirak edir.Citypost.az  xəbər verir ki, Yaşar Gülər Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıranla birlikdə Şuşada təlimin keçirildiyi əraziyə gedib.Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birlikdə təlim ərazisində nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnikalara da baxış keçirib....

01 Oktyabr 2026, 12:56