Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Si Cinpini təbrik edib 

Cəmiyyət 01 Oktyabr 2026, 12:10

399

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Citypost.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Çin Xalq Respublikasının Sizin qətiyyətli liderliyiniz və yürütdüyünüz uzaqgörən strateji kurs sayəsində milli rifah, sosial-iqtisadi və elmi-texniki tərəqqi, innovativ inkişaf və digər aparıcı sahələrdə qazandığı tarixi nailiyyətlər və uğurlar böyük rəğbət doğurur. Bu gün Çin qlobal miqyasda ən qüdrətli dövlətlər sırasında öz layiqli yerini tutaraq mühüm və nüfuzlu güc mərkəzi statusunu qazanmışdır.

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir. Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir.

Son dövrdə ikitərəfli əlaqələrimizin salnaməsi mühüm hadisələrlə zəngin olmuş, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımız dinamik inkişaf edərək yeni mahiyyət kəsb etmişdir. Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan vermişidir.

Eyni zamanda təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi "Kəmər və yol" layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir.

Məmnunluqla qeyd edirəm ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Ölkənizin aparıcı "Universal Energy" şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi səmərəli fəaliyyət təqdirəlayiqdir. Bu yaxınlarda şirkətin inşa etdiyi "Qobustan" Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir.

Hörmətli cənab Sədr,

Əminəm ki, qədim tarixə və xoş ənənələrə malik Azərbaycan-Çin dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlığı xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və daha da güclənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prokurorluq Kürdəmirdə 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır

Prokurorluq Kürdəmirdə şadlıq evində 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır.Bu barədə Citypost.az-a Baş Prokurorlıuğun Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır:"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb"....

01 Oktyabr 2026, 11:36

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək.Citypost.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir.Drakonidlərin əsas cismi Yupiter ailəsi kometlərinə aid olan 21P/Giacobini–Zinner kometidir. Komet 1900-cü ildə fransız astronomu Michel Giacobini tərəfindən kəşf edilib, 1913-cü ildə isə Ernst Zinner tərəfindən yenidən müşahidə olunub. 2 km diametrə malik bu qısaperiodlu komet Günəş ətrafında bir dövrünü təxminən 6,6 ilə tamamlayır.Komet Günəşə yaxınlaşdıqca onun nüvəsindən ayrılan toz...

01 Oktyabr 2026, 11:02

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb 

Prezident İlham Əliyev Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az  xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli Forum iştirakçıları!Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin...

01 Oktyabr 2026, 10:32

Anar Eyvazov “Birliyin Gücü – 2026” təlimindən danışdı

"Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir.Citypost.az  xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü – 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.O bildirib ki, Azərbaycanda azad olunmuş ərazilərdə ilk dəfə bu miqyasda təlim keçirilir. Burada hibrid müharibələrin xüsusiyyətləri nümayiş olunur.A.Eyvazov qeyd edib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edirlər. Eyni zamanda, 9 ölkə - İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində qatılıblar."Təlimə 3570 nəfərdən çox şəxsi heyət, 135-dən çox insansız vasitələr,...

01 Oktyabr 2026, 09:35

Ramidə Allahverdiyeva: “Gənclərdə qüsur axtaranlar, arada özünüzə də baxın”

Son dövrlər baş verən məlum proseslər nəticəsində cəmiyyətdə müəyyən bir fikir formalaşıb. "Uşaqlarınıza tərbiyə verin" şüarı daha çox səslənməyə başlayıb. Yetişən nəsl ipə-sapa yatmır, lazımsız hərəkətlərə yol verir. Bəziləri hətta, ədəbsizlik göstərir. Misal üçün ictimai yerlərdəki davranışları və digər halları əsas gətirirlər. Avtobusda gənc bir yaşlıya yer vermədi, bu, ailə tərbiyəsindən irəli gəlir. Nə bilim məktəb biganəlik göstərib. Yoldaşlar, vətəndaşlar, ay millət, əvvəla, marşrutda kiməsə yer vermək kimi bir məcburiyyət və yaxud da qanun yoxdur. Hamı gediş haqqı kimi 60 qəpiyini ödəyib, gedir. Özündən böyüklərə yer vermək, bizim mental dəyərdir. Hörmət əlamətidir. Zamanla çox effektiv olub. Bir vaxtlar insanlar daha çox rahat,...

01 Oktyabr 2026, 09:19

Xatirə Xatun: “Ölümün rəngi çökmüş fotolara baxmaq çətindir”

Şairə Xatirə Xatun jurnalist Əvəz Zeynallının və digər tanınmış şəxslərin xəstəlik dövründə çəkilən son fotolarının yayılmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, şairə Xatirə Xatun qeyd edib ki, ağır xəstəlik insanın görünüşünü və həyatını ciddi şəkildə dəyişə bilər. O, bu səbəbdən xəstəliyin tanınmaz hala saldığı insanların son fotolarının yayılmasını arzuolunmaz hesab edir.“Şəxsən mən və elə bilirəm, bir çoxu xəstəliyin tanınmaz hala saldığı birinin son fotolarının yayılmasını istəmirəm. Allah Əvəz Zeynallıya rəhmət eləsin, axirəti rahat və nurlu olsun. Qoy yadda elə əvvəlki kimi qalsın deyirəm. Ölümün rəngi çökmüş o fotolara baxmaq çox çətindir”, – deyə şairə bildirib....

01 Oktyabr 2026, 09:15