Bizə yazın

Baku

-°C

USD

-

Araşdırmaçı jurnalist: “Ağlı başında olan heç kim Azərbaycanı pisləməz”

Siyasət 02 Oktyabr 2026, 09:35

599

Araşdırmaçı-jurnalist Şəhla Cabbarlı Türkiyədən Azərbaycana qarşı yayılan tənqidi və təhqiramiz paylaşımlara münasibət bildirib.

Citypost.az xəbər verir ki, Şəhla Cabbarlı iddia edib ki, son günlər Azərbaycana qarşı mənfi məzmun yayan bəzi sosial media səhifələri müəyyən siyasi və ideoloji qruplarla əlaqəlidir.

“Neçə gündür Türkiyədən Azərbaycanı təhqir edənlər var. Bunlar neo-osmanlıçılar, xilafətçilər, AKP iqtidarına bağlı troll səhifələri və kölgə medialardır”, – deyə jurnalist yazıb.

O, Türkiyədə müxtəlif siyasi partiyalara bağlı şəxslərin Azərbaycanla bağlı mövqeyinə də diqqət çəkib.

“Gör, bir nəfər MHP-li, CHP-li, İYİ-li, Zafer-li, Yeni-li Azərbaycan siyasəti, xalqı və rəhbərliyi haqqında mənfi nəsə yazdı? Yazmadı, yazmaz. Ağlı başında olan heç kim yazmaz. Əksinə, hörmətlə yanaşılmasını bildirdilər”, – deyə Şəhla Cabbarlı qeyd edib.

Jurnalist daha sonra Azərbaycana qarşı təhqiramiz ifadələr səsləndirən şəxsləri sərt şəkildə tənqid edib və onların mövqeyini Osmanlı tarixindəki bəzi siyasi yanaşmalarla əlaqələndirib.

Şəhla Cabbarlı həmçinin Türkiyənin İranla bağlı son addımlarını nümunə göstərərək, Azərbaycana qarşı dini arqumentlərlə çıxış edənlərin bu məsələyə münasibət bildirməməsini sual edib.

“Müsəlmanlığa ləkə vurmuşuqmuş. Dünən hökumətiniz İran təyyarəsini müsadirə etdi, yəhudilərdən təqdir aldı. Hanı müsəlmançılığınız? Niyə səsiniz çıxmır?” – deyə o bildirib.

Şəhla Cabbarlı sonda sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya apardığını düşündüyü şəxsləri tənqid edib və onları “pultla idarə olunan” trollar adlandırıb.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hikmət Hacıyev: “Ermənistan cəmiyyətini sülhə hazırlamalıdır”

Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə çağırır.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

02 Oktyabr 2026, 09:50

Əziz Rzazadə Rezayinin bədən dilini şərh etdi

Jurnalist Əziz Rzazadə Baş nazirin müavini Şahin Mustafayevin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə görüşünü şərh edib.Citypost.az xəbər verir ki, Əziz Rzazadə görüş zamanı Rezayinin bədən dilinə diqqət çəkərək, onun üzündə təbəssüm olmadığını və salamlaşma zamanı əlini bir qədər geri çəkdiyini bildirib.“Baş nazirin müavini Şahin Mustafayevin bu dəfə ən maraqlı görüşü, məncə, Möhsün Rezayi ilə olub. İran Ali Milli Təhlükəsizlik Şurası katibinin bədən dilinə fikir verin, üzündə təbəssüm yoxdur. Həm də görüşərkən əlini bir qədər geri çəkir. Təmas barmaqların ucu qədərdir. Yəni tam etimadsızlıq!” – deyə jurnalist qeyd edib.Onun sözlərinə görə, görüşün sonrakı görüntülərindən də tərəflər arasında...

02 Oktyabr 2026, 09:12

Asif Nərimanlı: “Rezayinin hərəkəti qəsdli görünür”

Politoloq Asif Nərimanlı İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı əl sıxması formasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Asif Nərimanlı qeyd edib ki, Rezayinin Mustafayevin əlini qəribə formada sıxması Azərbaycanda haqlı narazılığa səbəb olub:“Rezayinin hərəkəti – görüş zamanı Mustafayevin barmaq uclarını sıxması iki cür yozula bilər: məsafə saxlamaq, soyuqluğunu bildirmək, yaxud özünü, həm də ölkəsini qarşısındakından üstün göstərmək.Bu davranışın bilərəkdən edilmədiyini düşünmək olardı. Lakin belə görüşlərdə diplomatik etiket həssas olur. Digər tərəfdən, hərəkəti Rezayinin etməsi bunun Azərbaycana qarşı qəsdli olduğu fikrini ön plana çıxarır.SEPAH-ın keçmiş komandanı olmuş Rezayi İranda sərt xəttin tərəfdarıdır...

02 Oktyabr 2026, 09:03

Şəhla Cabbarlı: “Rezayinin hərəkəti diplomatik tərbiyəsizlikdir”

Araşdırmaçı-jurnalist Şəhla Cabbarlı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı baş verən salamlaşma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Şəhla Cabbarlı bildirib ki, görüş zamanı Rezayinin Şahin Mustafayevin əlini dartması diplomatik etikaya uyğun deyil.“İranın TŞ katibi Möhsün Rezayinin Şahin Mustafayevin əlini o formada dartması diplomatik tərbiyəsizlikdir. Başqa adı yoxdur. Bədən dili də ona heç bir üstünlük vermir”, – deyə o qeyd edib.Onun sözlərinə görə, rəsmi görüşlər zamanı dövlət nümayəndələri şəxsi münasibətlərindən asılı olmayaraq diplomatik protokol qaydalarına əməl etməlidirlər.“Sənin evinə qonaq gəlib, sənə gülümsəyərək yaxınlaşır və diplomatı o formada qarşılayırsan. Sən...

02 Oktyabr 2026, 08:54

Şöhrət Eldəniz: “İranın generalı Azərbaycanla yuxarıdan danışa bilməz”

Tehranda baş verən son görüş İran rejiminin mahiyyətini bir daha göstərdi. Özünü "general" adlandıran, əslində isə əli minlərlə günahsız insanın qanına batmış bir terror təşkilatının, SEPAH-ın üz qarası olan Möhsün Rezayi Azərbaycanın Baş nazirinin müavini ilə görüşərkən öz aləmində "üstünlük" nümayiş etdirməyə çalışdı.Amma mən sizə bu alçağın kim olduğunu deyim.Bu, murdar məxluq 40 ildir heç bir müharibədə bir döyüş belə qazanmayan, amma öz xalqını güllələməkdə, etirazçı qızları döyməkdə, zorlamaqda, Suriyada uşaqları bombalamaqda "qəhrəman" olan bir qurumun guya simvoludur. Möhsün Rezayi İran-İraq müharibəsində yüz minlərlə iranlı gənci "insan dalğası" ilə minaya göndərib məhv edən, sonra isə həmin müharibənin ən böyük uğursuz məxluqu...

02 Oktyabr 2026, 08:50

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 20-dən çox Avropa ölkəsinin nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul edib.APA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X”də bildirib.O qeyd edib ki, Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında inkişaf edir: “Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb.Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz vasitəsilə oynadığı strateji rol Aİ–Azərbaycan münasibətlərinin mühüm...

01 Oktyabr 2026, 17:48