Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb 

İqtisadiyyat 02 Oktyabr 2026, 09:44

603

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,5 ABŞ dolları və ya 4,61 % artaraq 124,76 ABŞ dolları təşkil edib.

Bu barədə Citypost.az neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 127,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,04 ABŞ dolları və ya 4,48 % artaraq 117,33 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda quzu əti bahalaşdı

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.Citypost.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Toyuqlu pizzaSatıcılar bildirirlər ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.Qarşıdakı həftələrdə isə qiymətin stabil qalacağı gözlənilir....

02 Oktyabr 2026, 08:09

Azərbaycan qızıl ixracından gəlirini 29 %-ə yaxın artırıb 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 271,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.Citypost.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.Təkcə avqustda isə Azərbaycan 36,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,4 % çoxdur.8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib....

29 Sentyabr 2026, 11:51

Azərbaycan neftinin qiyməti KƏSKİN ARTDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,71 % artaraq 125,94 ABŞ dolları təşkil edib.Bu barədə Citypost.az-a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 125,52 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,54 ABŞ dolları və ya 3,95 % artaraq 119,26 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...

25 Sentyabr 2026, 09:48

İqtisadçıdan bank kartları ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hər müştəriyə yalnız bir bank kartı veriləcək” xəbəri doğru deyil. Ümumiyyətlə, belə bir məhdudiyyət də düzgün olmazdı.Əslində real məsələ başqa cürdür.Yeni yanaşmaya əsasən, hər bankın hər bir kart məhsulu üzrə bir müştəriyə manatla 1 kart, hər bir xarici valyutada isə 1 kart verilməsi baza qayda kimi müəyyən edilir.Yəni bu, bir şəxsin həmin bankda yalnız bir kartının ola biləcəyi demək deyil. Bankın müxtəlif kart məhsulları varsa, müştəri onların hər biri üzrə ayrıca kart əldə edə bilər.Əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, eləcə də sahibkarlıq və depozit hesablarına bağlı kartlar bu yanaşmadan istisnadır.Bundan başqa, bu limit də mütləq deyil. Müştərinin əlavə...

25 Sentyabr 2026, 08:48

Azərbaycan neftinin qiyməti 121 dolları keçib 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,69 ABŞ dolları və ya 3,13 % artaraq 121,43 ABŞ dolları təşkil edib.Bu barədə Citypost.az-a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 119,43 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,71 ABŞ dolları və ya 3,34 % artaraq 114,72 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...

24 Sentyabr 2026, 09:46

Ət BAHALAŞDI – İqtisadçı səbəbləri AÇIQLADI 

Son bir ay ərzində sümüklü mal ətinin qiyməti təxminən 1-2 manat artaraq hazırda 19 manata, sümüksüz mal əti isə 21-22 manata çatıb.Satıcılar bahalaşmanı mövsüm dəyişikliyi ilə əlaqələndirsələr də, qiymət artımının arxasında başqa iqtisadi amillərin olub-olmaması da sual doğurur.Bəs mal ətinin bahalaşması müvəqqəti xarakter daşıyır, yoxsa qarşıdakı dövrdə qiymət artımının davam etməsi gözlənilir?Citypost.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Musavat.com-a qeyd edib ki, mal ətinin qiymətindəki artım artıq müvəqqəti deyil, daimi xarakter daşıyır: “Çünki ölkədə mal-qaranın sayı kəskin azalır. Nəticədə yem bahalaşır, daşınma xərcləri artır, tənzimləyici orqanların, o cümlədən AQTA-nın müdaxilələri genişlənir. Cərimələr, sertifikatlaşdırma və digər tələblər də əlavə xərc yaradır....

22 Sentyabr 2026, 16:35