Bizə yazın

Baku

-°C

USD

-

Peruda 1000 illik mumiyalar tapıldı: Yeni sirr üzə çıxdı

Dünya 02 Oktyabr 2026, 09:40

607

Perunun cənubunda qədim məbədin yaxınlığında aşkar edilən dörd mumiya Naska və Vari sivilizasiyaları arasındakı münasibətlərə dair yeni suallar yaradıb. Alimlər hesab edirlər ki, Varilərin Naska ərazilərinə yayılması yalnız hərbi fəthlə deyil, yerli əhali ilə əməkdaşlıq və mədəni mübadilə ilə də bağlı ola bilər.

Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mumiyalar 2022-ci ildə Huaca del Loro arxeoloji kompleksində, Vari məbədinin yaxınlığında aşkar edilib. Cəsədlərin dizləri sinəyə çəkilmiş vəziyyətdə dəfn olunması qədim Peruda geniş yayılmış dəfn adətlərinə uyğun gəlsə də, onların digər məzarlardan kənarda və min ildən artıq toxunulmamış qalması arxeoloqların diqqətini çəkib.

Tədqiqatçılar mumiyaların kompüter tomoqrafiyasını aparıb, DNT və izotop analizləri üçün nümunələr götürüblər. Bu araşdırmalar onların haradan gəldiyini, qohumluq əlaqələrini, qidalanmasını və bölgədə hərəkətlərini müəyyənləşdirməyə kömək edə bilər.

Alimlər Naska və Varilər arasında texnologiya, pambıq və digər resursların mübadiləsinin də mümkün olduğunu bildirirlər. Araşdırmanın nəticələri iki sivilizasiyanın bir-birinə münasibətinin rəqabət və fəthdən ibarət olub-olmadığını, yoxsa daha mürəkkəb əməkdaşlıq əlaqələrinin mövcudluğunu aydınlaşdırmağa imkan verəcək.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Türkiyənin İstanbul şəhərində Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmen də daxil olmaqla, 28 nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Eyüpsultan Bələdiyyəsinin xidmət binasında da axtarış aparılıb.Məhkəmə mənbələrinə əsaslanan məlumatlara görə, 28 şübhəli barəsində cinayət təşkilatına üzvlük, rüşvət alma, rüşvət vermə və tenderə müdaxilə etmə ittihamları üzrə saxlanılma qərarı verilib.Qeyd edək ki, Mithat Bülent Özmen 2024-cü il yerli seçkilərində Eyüpsultan Bələdiyyəsinin sədri seçilib.Xatırladaq ki, bir gün əvvəl Türkiyə Baş Prokurorluğunun üç bələdiyyəyə qarşı apardığı korrupsiya istintaqı çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli...

02 Oktyabr 2026, 10:20

Nike satışların azalacağını açıqladı: İş yerləri ixtisar ediləcək

ABŞ-ın idman geyimləri nəhəngi Nike satışların azalacağını proqnozlaşdıraraq şirkətdə qeyri-müəyyən sayda iş yerinin ixtisar ediləcəyini açıqlayıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, Şirkət 2027-ci maliyyə ilinin ilk rübündə gəlirlərinin 4 faiz azalaraq 11,2 milyard dollara düşdüyünü bildirib. Rüblük mənfəət isə 2 faiz azalaraq 712 milyon dollar olub. Nike Şimali Amerikadan başqa bütün əsas regionlarda satışların gerilədiyini açıqlayıb. Böyük Çində gəlirlər 22 faiz azalaraq 1,2 milyard dollara düşüb.Baş direktor Elliot Hill bildirib ki, şirkət daha çevik və səmərəli fəaliyyət göstərmək üçün struktur dəyişikliklərinə gedəcək. Onun sözlərinə görə, bu dəyişikliklər Nike-da daha az iş rolunun qalması ilə nəticələnəcək və iş yerlərinə təsir edən...

02 Oktyabr 2026, 10:00

Üç uşağını öldürən ABŞ qadınının bəraət tələbi rədd edildi

ABŞ-da üç uşağını öldürməkdə təqsirləndirilən Lindsi Klensinin bəraət tələbi məhkəmə tərəfindən rədd edilib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Boston yaxınlığındakı Plimut məhkəməsinin hakimi Uilyam Sallivan Klensinin cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət qədər əsas olmadığını bildirib. 36 yaşlı qadın 2023-cü ilin yanvarında beş yaşlı Kora, üç yaşlı Douson və səkkiz aylıq Kallanı boğaraq öldürməkdə ittiham olunur.Klensi uşaqlarını öldürdüyünü inkar etmir, lakin hadisə zamanı doğuşdan sonrakı psixozdan əziyyət çəkdiyini və uşaqlarını öldürməyi əmr edən səs eşitdiyini deyir. Müdafiə tərəfi onun dəlilik səbəbindən günahsız hesab edilməsini istəyib.Sentyabr ayında 9 qadın və 3 kişidən ibarət münsiflər heyəti yekdil qərara gələ bilməyib və...

02 Oktyabr 2026, 09:57

CNN: Kuşnerin şirkəti İsrailin hərbi təchizatçılarına yatırımlardan dolayı gəlir əldə edib

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə qeyri-rəsmi elçisi Cared Kuşnerin sahibi olduğu “Affinity Partners” investisiya şirkətinin İsrailin hərbi təchizatçılarına sərmayə qoyan “Phoenix Financial” şirkətində böyük payı olduğu üzə çıxıb. CNN-in araşdırmasına görə, “Phoenix” İsrail ordusuna məhsul və avadanlıq tədarük edən ən azı 9 şirkətə 456 milyon dollardan çox sərmayə qoyub.Bu şirkətlər arasında İsrailin ən böyük müdafiə sənayesi şirkəti “Elbit Systems” də var. “Phoenix”in bu şirkətdəki payının dəyəri ən azı 265 milyon dollar qiymətləndirilir. “Affinity Partners” həmin şirkətlərdə birbaşa paya malik deyil, lakin “Phoenix”in investisiyalarından əldə etdiyi gəlirlər Kuşnerin şirkətinin “Phoenix”dəki payının dəyərinə təsir göstərə bilər.Citypost.az CNN-ə istinadən xəbər verir...

02 Oktyabr 2026, 09:49

Almaniyada gölün dibində 10500 illik tikili izləri tapılıb

Almaniyanın Saksoniya-Anhalt bölgəsindəki Arenzsee gölünün dibində təxminən 10 500 il yaşı olan taxta tikili qalıqları aşkar edilib. Citypost.az “Phys.org”a istinadən xəbər verir ki, tapıntılar Mərkəzi Avropada əkinçiliyin yayılmasından minlərlə il əvvəl burada insanların müxtəlif tikililərdən istifadə etdiyini göstərə bilər.Arxeoloqlar 20 metr dərinlikdə yaxşı qorunmuş taxta hissələr, o cümlədən kəsilmə izləri olan 1,6 metrlik sütun və 1,3 metrlik taxta parçası tapıblar. Ərazidə həmin dövrə aid daş alətlər və heyvan sümükləri də aşkarlanıb.Tikililərin hansı məqsədlə istifadə edildiyi hələ məlum deyil. Alimlər onların daxma və ya digər yaşayış strukturlarının qalıqları ola biləcəyini ehtimal edirlər. Tapıntının mühüm tərəfi odur ki, onlar Mərkəzi Avropada ilk...

02 Oktyabr 2026, 09:43

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya ödədiyi alimentlə bağlı məhkəmə işi yekunlaşıb.Citypost.az axsam-a istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsinin mülki işlər üzrə kollegiyası sənətçinin keçmiş həyat yoldaşına aliment ödənilməsi ilə bağlı əvvəlki məhkəmə qərarını dəyişdirməyib.Beləliklə, Moskvanın Presnenski Rayon Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli qərarı qüvvədə saxlanılıb. Həmin qərarla Timur Rodrigezin Anna Devoçkinaya aliment ödənilməsi barədə sazişin ləğv edilməsi ilə bağlı tələbi təmin olunub.Qeyd edək ki, şoumen keçmiş həyat yoldaşının aliment sazişini ləğv etdirməyə nail olsa da, 2025-ci ilin dekabrında oğullarının alimentini azaltmaq istədiyi məhkəmədə uduzmuşdu.Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə...

02 Oktyabr 2026, 09:15