Heydər Əliyev və xanımı film təqdimatında - Fotolar
Cəmiyyət 05 Oktyabr 2024, 10:26
21121
Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən "Tağıyev: Neft" bədii filminin premyerası olub.
Citypost.az xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
Əvvəlcə iştirakçılar foyedə filmin çəkilişi zamanı istifadə olunan geyim və tarixi əşyaların sərgiləndiyi guşə ilə tanış olublar.
Ekran əsərinin nümayişindən əvvəl məlumat verilib ki, "Tağıyev: Neft" filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı "Tağıyev" filminin ilk seriyasıdır.
Filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə olan 4 seriyalı filmin məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunması əlamətdar hadisədir.
Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Tağıyevin həyatının müxtəlif dövrlərinə işıq salır. Bu ekran işində onun verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, məqsədləri ilə bağlı inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi üçün atdığı tarixi addımlar haqqında məlumat almaq, yaşadığı dövrə səyahət etmək mümkün olacaq.
Film vasitəsilə Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması kimi diqqətəlayiq məsələlər diqqət mərkəzinə gətirilir.
Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.
Həmçinin oxuyun
Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.
Ekran işinin ərsəyə gəlməsinə "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətləri də dəstək verib.
Filmin təqdimatı böyük maraqla qarşılanıb.
Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin çəkilişlərinə göstərilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirib. O, ekran əsərinin çəkilişləri zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açıb və bu filmin Tağıyevin şəxsiyyətinə layiq bir iş olması üçün bütün güclərini səfərbər etdiklərini söyləyib.
Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Arzu Əliyevaya təşəkkür edib və yaradıcı heyət adından ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın tarix və mədəniyyətinin yaşadılmasına, təbliğinə mühüm töhfələr olan ekran əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Bu sırada "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz" və "Şuşa, sən azadsan!" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmləri qeyd edə bilərik.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müğənni Günelin 33 il əvvəlki görüntüsü gündəm oldu - VİDEO
Müğənni Günel Zeynalova sosial media hesabında arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb.Citypost.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi paylaşımında 1993-cü ilə aid videonu yayımlayaraq həmin kadrlarda "Şuşanın dağları" mahnısını ifa etdiyini bildirib.Günel paylaşımına "1993-cü il. Mahir əminin kamerasından. "Şuşanın dağları"nı oxumağımdan illər keçib. 2026-cı il tonu necədir?" sözlərini yazıb.İfaçı daha sonra Şuşanın azad olunmasına da toxunaraq bunları əlavə edib:"Şuşamın dağları bir vaxtlar xəyallarda idi, amma artıq həyatımızda, ayaq basdığımız torpaqlarımızdır. Çox şükür. Allah şəhidlərimizə rəhmət eləsin."ləsin"....
06 Avqust 2026, 16:32
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib.O bildirib ki, ixtisas seçimi zamanı yalnız rəsmi və etibarlı məlumat mənbələrinə istinad etmək vacibdir. Bu məqsədlə yaxın günlərdə "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr olunacaq və abituriyentlərə seçim prosesinə başlamazdan əvvəl jurnalla ətraflı tanış olmaq tövsiyə edilir.Məleykə Abbaszadənin sözlərinə görə, nəşrdə ixtisas seçimi elanı, müsabiqə şərtləri, elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul planı və seçim zamanı lazım olacaq digər vacib məlumatlar yer alıb.DİM sədri jurnalda dərc edilən psixoloq tövsiyələrinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə,...
06 Avqust 2026, 16:21
Zahid Oruc: "Ruben Vardanyan xeyriyyəçi yox, yeni işğal layihəsinin icraçısı idi"...
Vətən müharibəsində Qələbədən sonra Azərbaycan yeni hibrid müharibə ilə üzləşdi. Ruben Vardanyanın Qarabağa göndərilməsi xüsusi missiya idi. Onun bioqrafiyası adi biznesmen, xeyriyyəçi və ya siyasi fəalın həyat yolu kimi nəzərdən keçirilə bilməzdi. Çoxmilyardlıq sərvətə malik erməni iş adamının fəaliyyəti, Rusiya maliyyə elitası, ofşor kapital şəbəkələri, erməni diaspor institutları, Qərbdə yaradılan filantrop obrazı və Azərbaycan torpaqlarında uzun illər hökm sürən işğala son qoyulması ərəfəsində qanunsuz separatçı idarəetməni qorumağa göndərilməsi mürəkkəb hərbi-siyasi əməliyyat kimi qiymətləndirilməlidir. 2022-ci ildə Rusiya vətəndaşlığından imtina qərarı ilə onun Qarabağa gəlməsi və qısa müddət sonra qanunsuz rejimin “dövlət naziri” vəzifəsini tutması təsadüfi humanitar seçim adlandırıla bilməzdi. Vardanyan qapalı bölgəyə...
06 Avqust 2026, 14:20
Əhaliyə ŞAD XƏBƏR: Bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri oktyabrın 29-da Ankarada bir araya gələcəklər. Təşkilatın Zirvə görüşü Türkiyənin Cümhuriyyət bayramı gününə təsadüf edəcək. Bildirilir ki, türk dövlətləri vətəndaşların xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət edə bilməsi istiqamətində iş aparırlar.Bu təşəbbüs nə vəd edir? Mümkün üstünlükləri nələrdir?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, sözügedən görüş həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyır:“Zirvənin məhz Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümünə təsadüf etməsi Türk Dünyasının birliyinə və həmrəyliyinə verilən önəmin göstəricisidir. Bu, həm də ortaq tarixə, dəyərlərə və gələcəyə hesablanmış mühüm siyasi mesajdır. Zirvə çərçivəsində müzakirə ediləcək...
06 Avqust 2026, 11:32
Pensiya alanlara ŞAD xəbər - Tarix açıqlandı
Avqust ayı üzrə Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix məlum olub.Citypost.az xəbər verir ki,Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar avqustun 14-də ödəniləcək.Xatırladaq ki, ötən ay da eyni tarixdə pensiyalar ödənilmişdi.Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının nə zaman veriləcəyi isə hələki dəqiqləşməyib./Milli.az
06 Avqust 2026, 11:10
Bu üç BÜRC avqustda varlanacaq
2026-cı ilin avqust ayında üç bürc özünüdərkə diqqət yetirə biləcək ki, bu da tezliklə maliyyə uğuru gətirəcək.Citypost.az-ın məlumatına görə, tutulmalar Şir və Dolça bürclərinə daxil olacağı üçün astroloqlar uğur üçün ənənəvi meyarlardan uzaqlaşmağı və sizin üçün orijinal olana diqqət yetirməyi tövsiyə edirlər.Qız bürcüTərəzi bürcündə Venera ilə maliyyə uğurunuz tərəfdaşlıqlar vasitəsilə əldə ediləcək. Yeni əməkdaşlıq formaları kəşf edəcək və vaxt və resurslara investisiya qoymaqda komanda işini inkişaf etdirəcəksiniz. Bu dəyişikliklər həm şəxsi, həm də peşəkar həyatınıza təsir göstərə bilər. Veneranın sizi hara apardığına açıq olun.Tərəzi bürcündə Veneranın birinci mərhələsi hər şeyə başlamaq və sizə lazım olan imkanları yaratmaq üçündür. Veneranın geriləmə...
06 Avqust 2026, 08:50